Mən Dr.İlkin Göyüşov uroloq, onkoloqam.
Rusiyanın Nijni Novqorod şəhərində anadan olmuşam və uzun müddət orada yaşamışam.
Nijni Novqorod Dövlət Tibb Akademiyasını, sonra urologiya ixtisası üzrə rezidentura, daha sonra da onkologiya ixtisası üzrə internaturanı bitirib, 2016-cı ildən onkoloq-uroloq işləyirəm.
Hazırda Bakıda, Respublika Diaqnostika Mərkəzində fəaliyyət göstərirəm.
Böyrək, prostat vəzi, sidik kisəsi və kişi reproduktiv orqanlarının xəstəliklərinin cərrahi müalicəsi ilə məşğulam.
Səhifəmdə sahəmlə bağlı paylaşımlar edirəm. Sizin üçün maraqlı olarsa izləyin, fikirlərinizi qeyd edin və faydalı hesab edirsinizsə dostlarınızla bölüşün.