Online konsultasiya, İnternet üzərindən həkim məsləhəti almaq

“Onlayn konsultasiya” – yəni ki, “həkimin onlayn baxışı” üsulundan bəhs etmək istərdim. 

Son bir neçə ildə, əsasən də pandemiyadan sonra bu onlayn həkim baxışı bizim işimizə inteqrasiya olunub və bu xəstələr tərəfindən dəistifadə olunur. Amma burada bəzi məqamları qeyd etmək istərdim. 

Çox vaxtı xəstələr hansısa onlayn platformalarda müraciət eləyəndə müəyyən suallar verirlər və hansısa analizi göndərir və deyir ki, tutalım, “Mənə müalicə yaz.”

Bu əslində bir az düzgün deyil. Mən bunun qaydasını bir az başa salmaq istərdim. 

Ümumiyyətlə, “onlayn həkimin baxışı” və ya “onlayn konsultasiya” – bu nə deməkdir? Yəni bizim praktikamızda necə olur bu? 

Tutalım, hansısa xəstə mənə analizlərini göndərir və yazır ki,

“Həkim, mənə bir müalicə yazın. Mənim vaxtım yoxdur, gələ bilmirəm. Uzaqda yaşayıram”

Məsəl üçün, bu düzgün deyil. Qətiyyən… 

Nəyə görə? 

Bəzi xəstəliklər var ki, tutalım, 2-3 ayrı xəstəlik olur ki, onların simptomları eynidir və onu bir-birindən fərqləndirmək üçün həkim müayinəsi lazımdır. Onu da onlayn şəkildə hansısa WhatsApp yazışmada o mümkün deyil. 

Düzdür, elə xəstələr var ki, biz onları onlayn müayinə edirik. Yəni necə olunur? 

Əgər o xəstə ilk dəfə gəlirsə həkimin yanına, həkim tərəfindən tam olaraq baxılırsa və lazım olan müayinələr xəstəyə tövsiyyə olunur və bu xəstə bu müayinələrdən keçir və tutalım, xəstə bu müayinələrin nəticəsini doğru dəyərləndirmək üçün həkimə müraciət eləyir ki, 

“Həkim, bax, mən bu müayinəni elətdirdim… Baxa bilərsizmi? Mənə 1-2 söz deyə bilərsizmi, mən neyniyim?” 

Çox hallarda mən xəstələrə deyirəm ki, 

“Hə baxdım. Anladıq nədir problem və yenidən siz gəlin yanıma və mən sizə sizə uyğun olan müalicəni yazacağam və deyəcəyəm, neynəmək lazımdır.” 

Bu düzgün yoldur. 

Amma kimsə tutalım, analiz nəticələrini göndərirsə, ona baxıb, xəstəni görmədən hansısa bir müalicə yazmaq… O düzgün deyil. Qətiyyən düzgün deyil.

Comments

2 responses to “Online konsultasiya, İnternet üzərindən həkim məsləhəti almaq”

  1. İrfan Avatar
    İrfan

    Səni başa düşürəm, narahat olursan. Amma mən sənin verdiyin bütün analizlərin rəqəmlərinə əsaslanaraq deyə bilərəm:

    Leykositlər, trombositlər, eritrositlər, hemoglobin, hemotokrit, diferensial hüceyrələr — hamısı normaldır.

    ALT, AST, ALP — hamısı normaldır.

    Bu rəqəmlər iltihab, infeksiya, anemiya və xərçəng əlamətləri göstərmir.

    Yəni analiz rəqəmlərinə görə, sən sağlamsan və hərbi xidmət üçün yararlı sayılırsan.

    Amma bir şeyi qeyd etmək vacibdir:

    Mən yalnız verilən analizlərin rəqəmlərinə baxa bilirəm.

    Həqiqi sağlamlıq vəziyyətini tam təsdiqləmək üçün həkim fiziki yoxlama, simptomların qiymətləndirilməsi və əlavə testlər aparmalıdır.

    Sadə desək: bu rəqəmlərə əsaslanaraq sən sağlamsan, yararlısan.

    İstəsən, mən bunu sənə tam sadə xülasə və cədvəl şəklində hazırlayım ki, bütün nəticələr bir baxışda aydın görünsün. Hazırlayım?

    1. Dr.İlkin Göyüşov Avatar

      Bu qeyd etdiyiniz yazı yəqin ki Süni İntellektin analiz nəticələrinizə verdiyi cavabdır. Yəqin ki, ChatGPT-dir.
      Sırf analiz cavablarına gəldikdə, onlar xəstənin şikayətləri və kliniki vəziyyəti ilə birlikdə qiymətləndirilməlidir. Ümumiyyətlə, bəli, ümumi məlumat almaq, araşdırma aparmaq üçün Süni İntellektdən istifadə olunmasını məsləhət görürük. Lakin bütün hallarda son qərarı həkim verməlidir, diaqnozu həkim qoymalıdır, müalicəni həkim təyin etməlidir. Burada differensasiya üçün əlavə testlər, irəli müayinə metodlarına göndərmə, fiziki müayinə də xüsusi rol oynayır.
      Süni İntellektdən tibbi məqsədlə istifadə barədə ayrıca bir yazımız var, onu da oxuya bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *