Author: Dr.İlkin Göyüşov

  • enukleasiya

    Enukleasiya latınca enucleo, enucleatum – nüvəni çıxartmaq, qabıqdan çıxartmaq sözündən götürülüb. Cərrahi əməliyyat kontekstində enukleasiya kapsulu olan anatomik və ya patoloji törəmənin xaric edilməsi mənasına gəlir.

    Urologiyada prostat adenomasının cərrahi müalicəsi zamanı prostat vəzin lazer enukleasiyası (HoLEP, ThuLEP) əməliyyatlarından istifadə olunur.

  • Təkrar yaranan böyrək daşları

    “Daş oldu, götürüldü… Bəs niyə məndə 1 ildən sonra daş yarandı? Bu necə olur?” 

    Pasiyentlər bunu başa düşməlidir ki, əgər sizdə daş varsa və sizə hansısa bir cərrahiyyə üsulu, belə deyim də, tətbiq olunubsa, fərqi yoxdur, lazerlə, nə bilim, cürbəcür variantlar var… Bunlar bu prosesin qarşısını almır. Bunlar xəstəliyin nəticəsini aradan qaldırır. 

    DAVAMI
  • Böyrəkdə “lal daş” nəyə deyilir, onunla nə eləmək lazımdır?

    Xəstələr mənə suallar verirlər ki, “Doktor, məndə lal daşdır, yoxsa yox?” 

    Biz məsəl üçün, Avropanı, Rusiyanı götürsək, orada “lal daş” deyilən bir termin yoxdur. Dünyanın başqa yerində buna “simptomsuz daş” deyirlər. Azərbaycanda ona “lal daş” deyirlər. 

    DAVAMI
  • Böyrək Anatomiyası və Daş Xəstəliyi: Terminlər və Həqiqətlər

    Tibbi müayinələrdə xəstələrin ən çox qarşılaşdığı və bəzən terminoloji qarışıqlığa səbəb olan mövzulardan biri böyrək anatomiyasıdır. Azərbaycanda tibbi terminologiyada latın, ingilis və yerli terminlərin qarışıq istifadəsi bəzən pasiyentlərin məlumat almasını çətinləşdirir.

    Gəlin bu sahəyə bir az aydınlıq gətirək.

    DAVAMI
  • laparoskop, laparoskopiya, laparoskopik əməliyyat

    Laparoskop endoskopik alətdir. Onun köməkliyi ilə qarını yarmadan, kiçik bir dəlikdən keçərək qarın boşluğu orqanlarını vizual olaraq görüntüləmək, müayinə etmək mümkündür. Bu müayinəyə laparaskopiya (həmçinin abdominoskopiya və ya peritoneskopiya) deyilir. Laparoskopik əməliyyat isə, qarın boşluğu orqanlarının laparoskop köməyi ilə minimal invaziv cərrahiyyəsinə deyilir.

  • Böyrəkdə duz, daş, kalsinat, mikro-kalsinat, konkrement nədir?

    Böyrək mövzusunda danışanda xəstələr mənə belə suallar verirlər ki, “Duz nədir, daş nədir, kalsinat nədir?” 

    Ultarasəs müayinəsinin nəticəsində hər bir adam belə bir sözlər görə bilər: kalsinat, mikrokalsinat, duz, daş, konkrement… 

    DAVAMI
  • Kişilərdə gecə sidiyə qalxma şikayəti: səbəbləri və həlli yolları

    Gecə vaxtı sidiyə durmaq şikayəti. – Hansı hallarda bu normal ola bilər? Hansı hallarda bu normal deyil və nəyin göstəricisi bu ola bilər? 

    Bu problemi mən iki yerə bölərdim. Cavan xəstələrdə və bir azca yaşlı kişilərdə. Çünki çox güman ki, bu problemin səbəbləri bu 2 qrup xəstələrdə fərqlidir. 

    DAVAMI
  • feoxromositoma

    Feoxromositoma böyrəküstü vəzində görülən törəmələrdən biridir.

    Feoxromositoma xoşxassəli bir törəmədir.

    Bu törəmənin qan sisteminə ifraz etdiyi elementlərə görə xəstələrdə təzyiq ani şəkildə qalxıb düşə bilir.

    Feoxromositoma laborator analizlərlə təyin olunur.

  • Böyrək genişlənməsi – hidronefrozun əlamətləri, yaranma səbəbləri və müalicəsi

    Hidronefrozun iki variantı olur: kəskin yaranmış bir hidronefroz və xronik hidronefroz. 

    Amma ümumi götürsək, hidronefrozun dörd dərəcəsi var. Bir, iki, üç, dörd. 

    DAVAMI
  • Normal PSA nəticəsi və prostat xərçəngi eyni adamda ola bilərmi?

    Son bir ayda bir neçə xəstələrimiz olub, hansında ki, prostat xərçəngi aşkarlanıb. Amma bu xəstələrin PSA analizi normal olub. 

    Hansı səbəblərdən bu mümkün ola bilər? 

    Birincisi, statistikanı götürsək, belə halların faizi çox aşağıdır. Amma yenə də statistikada bununla biz rastlaşırıq. 

    DAVAMI