El arasında işlətdiyimiz “soyuqdəymə” sözünün əsasən də urologiyada olan mənasından danışaq.
Bəzi xəstələr gəlir, deyir ki,
“Doktor, mənim böyrəklərim soyuqlayıb!”
Ya tutaq ki,
“Mənim prostatım soyuqlayıb!”
Belə müəyyən hallar olur, xəstələr gəlir, belə bir söz işlədir və bu “soyuqdəymə” termini bizim millət arası çox istifadə olunur.
Tibbdə “soyuqdəymə” sözü yoxdur
Ümumiyyətlə, tibbdə “soyuqdəymə” sözü yoxdur. Nə rus dilində, nə ingilis dilində, nə türk dilində “soyuqdəymə” sözü yoxdur. “İltihab” sözü var. Yəni, “inflammation”, “воспаление”, yəni “iltihab” sözü var. Çox güman ki, yəni burada söhbət ondan gedir.
“Soyuqdəymə” sözü böyrəklərə aid deyil. Böyrəklərdə əslində, tez-tez rastlaşdığımız bir neçə xəstəlik ola bilər: daşdır, iltihabdır və tutaq ki, törəmə və s. xəstəliklər. Amma ən çox rastlaşdığımız xəstəliklər: iltihab və daş xəstəliyidir. Əgər burada söhbət iltihabdan gedirsə, onda biz nəyi nəzərdə tuturuq? Yəni, “iltihab”, “soyuqlama” deməkdir çox güman ki…
“Soyuqdəymə”nin səbəbləri
Əgər xəstə fikirləşirsə, tutaq ki,
“Getdim, bir az soyuq oldu, mənə soyuq dəydi, sırf o soyuq ilə böyrəyə dəydi…”
Yox! Belə işləmir bu məsələ…
Bəzi hallarda xəstədə hansısa bir provokator hal ola bilər. Məsəl üçün, “soyuqdəymə”yə, ya “iltihaba” gətirən hansısa bəzi səbəblər ola bilər. Tutaq ki, hava faktoru. Tutalım, xəstə yaş paltarda müəyyən vaxt qalıb… Amma bu əsas səbəb deyil.
Əsas səbəb bakteriyalardır
Ümumiyyətlə, bizim bədəndə müəyyən bakteriyalar var. Bunların adı gedir, “şərti-patogen bakteriyalar.” Yəni ki, müəyyən miqdarda olanda bunların bizim üçün mənfi təsiri yoxdur.
Əgər bu bakteriyaların miqdarı müəyyən dərəcəyə qədər artırsa, bu artıq bədəndə “patogen” kimi sayılır.
“Patogen” – yəni ki, bizim bədənimizə və orqanizmimizə zərər gətirən hansısa bir bakteriya infeksiya və s. şeylər.
Yəni ki, müəyyən provokator olan səbəblərdən bu bakteriyaların miqdarı kəskin şəkildə arta bilər və bizim bədəndə müəyyən problemlər yarada bilər. Böyrəkləri və sidik sistemini götürsək, tutaq ki, E.coli dediyimiz bir şərti patogen var. Bizim bədənimizdə bu var və müəyyən miqdara qədər bu norma sayıla bilər. Amma müəyyən provokator faktorlar olduqda bu patogenin sayı, miqdarı arta bilər və artıq böyrəkdə, sidik sistemində iltihab yarana bilər. Elə bu ümumi prosesə bizdə “soyuqdəymə” deyirlər.
Leave a Reply