İmmunetin zəifləməsi və gücləndirilməsi

İmmunitetin zəifləməsi 

Həkimin yanına xəstə gəlir. Fərqi yoxdur, hansı xəstəlikdir. Burun boğaz oldu, böyrək oldu… Fərqi yoxdur. Xəstə gəlir, deyir ki, 

“Məndə böyrəklərdə iltihab var. Mənim immunitetim zəifdir indi, hal-hazırda. Bununla bağlıdır çox güman ki, mənim bütün bu durumlarım.” 

Amma əslində tam tərsi doğrudur.

Əgər adamda bir iltihab yaranırsa, böyrək oldu, boğaz oldu, fərqi yoxdur, bu o deməkdir ki, həmin momentdə immun sistem daha aktivdir, nəinki, şikayətlər olmayan halda. 

Bəzi adamlar var ki, “immunodefisit” deyilən xəstəliklər var, məsəl üçün, onlarda həmin xəstəliklər var. Onları biz müqayisə eləsək, adi xəstələrlə hansında ki, tutalım, böyrəklərdə iltihab başlayan kimi kimsə çox sərt reaksiya verir.

“Reaksiya” mən nəyə deyirəm? Temperatur qalxır 40-a qədər, məsəl üçün, ağrılar… İndi, ağrı immun reaksiyası deyil. Əslində, ən tez-tez gördüyümüz immun reaksiyası bu temperaturdur… 

Əgər bədən temperaturu qalxırsa, bu o deməkdir ki, bizim immun sistemimiz bu xəstəliklə mübarizə aparır. Əgər xəstədə şikayətlər varsa, temperatur varsa, yəqin ki, bu, fikirləşməsin ki, bunun immuniteti həmin halda zəifdir. Tam tərsinə, bu durumda bizim immun sistemimiz ən aktiv fazasındadır. Yəni ki, zəif deyil həmin halda. Ona görə də bu durum tam tərsinədir. 

Xəstəlikdən qabaq çox güman ki, immun sistem zəifləyir. Amma xəstəlik baş verəndə bizim sistemimiz, immun sistemimiz ən aktiv fazasındadır, belə deyim, ən belə güclü yerindədir. 

İmmuniteti necə gücləndirmək olar?

Bəzi xəstələr mənə sual verir ki, 

“Bəs, immun sistemi aktiv necə saxlamaq olar? Gərək elə biz xəstələnək daimi olaraq?” 

Qısa cavabı nədir? Hamımızın bildiyi peyvənd. 

Peyvənd necə işləyir? 

Ən loru dilində desək ki, peyvənd həmin o hansısa bakteriyanın, infeksiyanın tam cüzi miqdarı və ya hansısa bir genetik materialıdır. Bunu bizim bədənimizə daxil edirlər və bizim immun sistemimiz ona başlayır reaksiya verməyə. 

Çünki bizim immun sistemimizdə hüceyrələr var, hansı ki, yaranır, mübarizə aparır və ölür. Başqa tip immun hüceyrələr var ki, hansı ki, bu dəfə yaranır və ömrü boyu bizim bədənimizdə qalır. Yəni ki, peyvəndin də məsələsi odur. Yəni, bir azca immuniteti gücləndirir, müəyyən hüceyrələr yaradır ki, birdən o xəstəliyin tam şəklində biz yoluxarıqsa, bizim immun sistemimiz ona hazır olsun. 

İmmuniteti gücləndirən qidalar

Əslində çox vaxt normal qidalanma, normal həyat tərzi, vitaminlər, (təbii vitaminlər, ya hansısa tablet formasında vitaminlər) yetərlidir immun sistemini normal şəkildə saxlamağa.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *