Uroloqa getməmişdən qabaq xəstələr necə hazırlaşmalıdır, nə etməlidirlər?
Sidiyin ümumi analizi
İlk olaraq hər xəstə uroloqa getməmişdən qabaq çox güman ki, nəsə bir şikayətləri olur, onunla bağlı gedir. Əgər sizin şikayətləriniz sidiklə bağlıdırsa, yəni ki, əgər xəstə sidiyə gedəndə yandırma, göynəmə, hansısa bir narahatlıq hiss edirsə, ən azından bu xəstə sidik analizi – sidiyin ümumi analizi verməlidir ki, vaxt getməsin.
Nəyə görə bu sidik analizi lazımdır və nə qədər bu analizi tez eləmək lazımdırmı? Qəti bir qərar yoxdur.
Əgər tutalım, səhər-səhər durdunuz, sizdə bu uroloji şikayətlər varsa, məsləhətdir ki, həmin gün siz sidiyin ümumi analizini verəsiniz.
Dərman içmədən analiz vermək lazımdır
Bir çox xəstələr var ki, uroloqa getməmişdən qabaq hansısa, tutalım qonşu oldu, qohum oldu, deyir ki, “Bu dərmanı başla, iç. Dərman kömək eləməsə, onda gedərsən uroloqa.”
Ona görə də tutaq ki, hansısa bir dərmandır, xəstə qəbul edir, şikayətlər azalır, amma tam olaraq yox və xəstə analiz verir, analizi normal çıxır. Əlbəttə, həkimin yanına gələndə həkim də baxır, deyir ki, bu normaldır. Burada guya ki, bir xəstəlik yoxdur. ilk olaraq sidik analizi dərman verilmədən, dərman qəbul etmədən verilməlidir. Bu, bunun düzgün yoludur. Çünki, dərman içəndən sonra bu analizin göstəriciləri dəyişilə bilər.
50 yaşdan yuxarı kişilər Total PSA analizi verməlidir
Əgər biz kişi xeylağından danışırıqsa, əgər yaşı 50-dən yuxarıdırsa, mütləq, uroloqa getməmişdən qabaq total PSA analizi mütləq verilməlidir. Mən bu haqda başqa postda qeyd etmişəm, PSA nədir və nə üçün lazımdır?
İlk növbədə bu onkomarker analizidir. Əgər bu analiz yüksəkdirsə, prostat xərçəngi şübhəsini göstərir. Yəni ki, normadan artıqdırsa, bu deməkdir ki, ola bilsin ki, prostat vəzidə xərçəng hüceyrələri var.
Uroloji ultrasəs müayinəsi
Sonra, hansı müayinələrdən keçmək lazımdır?
Ultrasəs müayinə burada bir az sual altındadır. Nəyə görə? Çünki, xəstə əvvəlcə tam olaraq bəlkə də anlamaz ki, hansı ultrasəs müayinə buna lazımdır. Bəzi hallarda prostat vəzi, sidik kisəsi, ya böyrəklər…
Ən yaxşı variant odur ki, xəstə həkimə gələndən sonra həkim tövsiyə etsin bu müayinəni.
Xronik xəstəlik varsa…
Əgər sizdə tutalım, hansısa bir xronik uroloji xəstəlik varsa, tutalım, böyrək çatışmazlığıdır, ya məsəl üçün, xronik prostatit, sistit… Hansısa bir xroniki xəstəlikdirsə və siz daimi olaraq bu xəstəliklərlə hansısa bir həkimdə müşahidə altındasınızsa, həmin halda sidiyin əkilməsi oldu, spermanın əkilməsi oldu, kreatinin və s. analizlər…
Siz bunları daimi olaraq verməlisiz və yenə də həkim yanına gedəndə bunları təzədən vermək tövsiyə olunur.
Bu 3 dənə müayinələr, ən azından bunlar olmalıdır ki, siz vaxt itirmədən müalicəyə başlaya biləsiniz. Əgər xəstənin şikayətləri kəskindirsə, əlbəttə ki, burada vaxt itirmək məsləhət deyil və siz hazırlıq edib, bu müayinələri eləyib gələ bilərsiniz ki, sizin müalicəyə qədər olan vaxt daha da qısalsın.
Leave a Reply