PSA analizinin nəticələri #2: Prostat vəzin xərçəngi aşkarlanarsa?

Tutaq ki, histoloji müayinədə bizdə gəlir ki, prostat vəzin xərçəng xəstəliyidir. Biz onda nə edirik?

Burada ən birinci məqam biz xəstəni risk qrupuna aid etməliyik.

Prostat vəzi xərçəngi risk qrupları

Tutaq ki, xəstə var ki, onun PSA-sı 5 gəlir, o birisi xəstə də isə, onun PSA-sı 15 gəlir, o birisi isə 20, 25, 30 gəlir.

  • Birinci risk qrupu — “Aşağı risk qrupu” PSA 10-a qədərdir.
  • “Orta risk qrupu” PSA 10-dan 20-yə qədərdir.
  • “Yüksək risk qrupu” 20-dən artıq olan PSA-dır.

Xəstəni risk qrupuna aid etmək üçün tək PSA bəs eləmir. Biz MRT-də baxıb görürük ki, doğrudandamı 1 payda, ya 2 paydamı var bu proses? Bir də ki, histoloji müayinənin nəticəsində bədxassəli hüceyrələrin, belə deyək də, aqressivliyini bizə məlumat verir həkim.

Qlison təsnifatı

Bir təsnifat var: qlison deyirlər, təsnifatın adı. Qlison var 6, 7 və 8-dən yuxarı olan qlison. Yəni ki, 6 — bu aşağı risk sayılır, 7 — orta risk sayılır və 7-dən artıq — bu yüksək risk sayılır.

Bu məlumatı toplayandan sonra xəstəni risk qrupuna aid edirik və sonra isə müalicə üsullarını seçirik.

Prostat xərçənginin müalicəsi

Müalicə üsullarından danışsaq, aşağı risk qrupunda bizim əlimizdə radikal əməliyyatlar var, yəni ki, “radikal prostatektomiya” deyirlər əməliyyat. Onun açıq və laparoskopik variantı var. İndi daha populyar variantlar ya laparoskopik və robotik variantlardır,

ikincisi isə radikal şüa terapiyası, yəni “radioterapiya” deyilən bir üsuldur. Bu əslində belə götürsək əməliyyat deyil, yəni ki, şüa terapiyasıdır və bütün prostat vəzinə lazım olan dərəcədə şüa verilir və xəstə sonra müşahidə altında qalır və hansısa yaxşı nəticə əldə edir.

Axırıncı tədqiqatlara görə tutaq ki, bir xəstə var, biz ona ya əməliyyat elədik, ya şüa terapiyası elədik, bu xəstə üçün, xəstənin ümumi yaşama müddətinə təsiri yoxdur. Yəni ki, demək mümkün deyil ki, burada hansısa yaxşıdır, hansısa pisdir. Yəni ki, hər bir xəstə tutaq ki, bir xəstə var, ona əməliyyat elədilər, o birisi xəstəyə şüa elədilər, bunların ömrü eyni, bir olacaq. Yəni bunlar ən azından təxminən 10 ilə qədər 95%-99% xəstələr sağ qalır. Yəni bu xəstəlikdə. Yenə də qeyd edim ki, aşağı risk qrupunda.

Prostat xərçənginin müalicəsində yeni trend

Yeni bir trend var.

Trend, yəni ki, bir mövzu var ki, aşağı risk qrupunda olan xəstələri, tutaq ki, 70 yaşından sonra, ya hansısa bir ağır xəstəliklər olanda, ürək xəstəliyimi, hansısa bir başqa xroniki xəstəliyi olanda, hansısa yanaşı bir xəstəlik olanda “aktiv müşahidə” deyilən bir metod var. Yəni ki, nə?

Tutaq ki, sizdə prostat xərçəngi tapıldı və biz heçnə eləmirik. Nə əməliyyat, nə şüa, heç nə… Ancaq müşahidə edirik.

Çünki 1% xəstələrdə bu xərçəng xəstəliyi həmin mərhələdə illərcə qala bilər.

Tutaq ki, xəstə gəldi PSA 5 ya 6, biopsiya elədik xərçəng tapdıq və biz bunu müşahidə edirik. Hər 3 aydan bir PSA verir xəstə və tutaq ki, PSA bir səviyyədə gəlirsə hər 3 aydan bir, bu xəstəyə əslində elə bu müşahidə bəs eliyir.

Amma tutaq ki, xəstə 1 il müşahidə altında qaldı və sonra PSA verəndə gördük ki, PSA-sı yüksəlir, bu o deməkdir ki, xəstəlik, belə deyək də, baş qaldırıb və artmağa gedir və bu momentdə də biz bu xəstəni hansısa bir radikal metoda, müalicə üsulunu seçib etməliyik. Ya şua, ya əməliyyat.

Radikal müalicə üsulu nədir?

Ümumiyyətlə “radikal” sözü tək urologiya aid deyil, ümumiyyətlə onkoloji məsələyə aiddir. “Radikal histerektomiya” var, “radikal prostatektomiya”, “radikal nefrektomiya”…

“Radikal” o deməkdir ki, orqan tam olaraq götürülür, damarları ilə birlikdə və ətraf toxumaları ilə. Bəzi hallarda isə, limfa düyünləri ilə bir yerdə götürülür. Yəni “radikal” sözü bu deməkdir.

Çünki prostat vəzində olan xəstəliklər, tutalım, adenoma xəstəliyidir və qabaqlar məsəl üçün, “açıq adenomaktomiya” eləyirdilər, burada da, onun da adı “prostatektamiya” gedirdi, amma əslində tam prostat vəzi götürülmürdü, müəyyən hissəsi götürüldü, müəyyən hissəsi qalırdı. Amma “radikal” sözü o deməkdir ki, orqan tam götürülür.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *