Testosteron nədir, nə deyildir?

Testosteron əsasən də el arasında “kişi hormonu” deyilən bir maddədir. Əslində, testosteron həm qadınlarda olur, həm kişilərdə olur və bu normaldır. Sadəcə, orqanizmdə nəsə bir problem olanda bu onun miqdarı ilə bağlıdır. 

Biz əsasən kişilərdən danışaq və kişilərdəki testosterondan. Yəni, məsələ nədir? 

Son zamanlarda, son bir neçə ildə bu testosteron mövzusu çox belə trend olub bütün dünyada. Bir az bu məsələdə aydınlıq gətirim. Testosteron “kişi hormonu” kimi sayılır. Amma bu məsələni idarə edən tək hormon deyil. Yəni, ondan əlavə başqa maddələr də var, hansı ki, bu prosesdə iştirak edir. 

Testosteronun bir neçə forması var. Yəni, var ümumi testosteron, var sərbəst testosteron, onun yanında olan müəyyən hormonlar var ki, hansı ki, bu testosteronun təsirində rol oynayır. 

Nəyə görə bu mövzu belə çox trend olub? 

Kişilərdə hansısa bir cinsi zəiflik, cinsi problem olanda bu məsələni birbaşa testesteronla əlaqələndirirlər. Əslində, bunların əlaqəsi var və bir neçə böyük təqdiqatlarla bu təsdiqlənib. Amma burada məsələ tam elə birbaşa testosteronla bağlı deyil. 

Məsəl üçün, xəstələr gəlir yanıma, deyir ki, 

“Həkim, mən testosteronumu yoxlamaq istəyirəm.” 

Verir testesteron. Tutaq ki, hansısa bir rəqəm çıxır və biz baxırıq ki, bu, norma aralığındadır. Amma ümumi götürsək, bu, bir az düzgün deyil. 

Nəyə görə? 

Birincisi, belə bir mövzu var ki, hər adamın testosteronu individual olaraq bir ölçüdür. 

Tutalım 2 dənə xəstə var, ikisində də nəticə 5 gəlib. Yəni, bunda da 5-dir testestesteron, bunda da. Amma birində heç bir şikayət olmaya bilər. O birisində isə, cinsi həyatında çox ciddi bir şikayətləri ola bilər. Bu o deməkdir ki, testonun göstəricisi fərdi bir ölçüdür. 

Yəni demək istəyirəm ki, hər bir adam üçün öz normativi var, norması var. Və bu normanı tapmaq üçün bir azca ola bilsin vaxt və bir az məlumat toplamaq lazımdır xəstədə. 

Ümumiyyətlə, testesteron reseptorları bütün bədəndə var. Amma ki, xəstələr elə bilir ki, elə testesteronun düşməsi birbaşa cinsi həyata nəsə təsir göstərir. Amma bu həmişə belə deyil. 

Ümumiyyətlə, bir kişi xaylağını götürsək, əgər biz görürük ki, kişidə artıq çəki var, ikincisi, təzyiqində bir problem ola bilər, şəkərli diabet ola bilər, depressiya, halsızlıq, gücsüzlük – bu hamısı testesteronun aşağı düşməsi ilə əlaqəli ola bilər. 

Sindromlar var. Məsəl üçün, Klaynfelter sindromu və bəzi genetik sindromlar var ki, əvvəldən testesteron bu adamda yaranmayıb və bu xəstələri birbaşa görmək olur. Heç analiz etmədən birbaşa, belə deyim də, xəstənin üzündən görmək olur ki, bunda testosteron çatmamazlığıf var.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *