Testosteronu artırmağın iki yolu var.
1) dərmansız və 2) dərmanlı yolu.
Testosteronu təbii üsullarla necə artırmaq olar?
Dərmansız yoluna biz baxsaq, testostor səviyyəsini aşağı salan problemlər nədir xəstələrdə, ona baxmalıyıq?
Yuxu rejiminin pozulması testosteron səviyyəsini aşağı salır
Normal yuxu rejimi olmalıdır. Çünki hormonlar, bizim bədənimizdə onların ifrazatı tsiklla bağlıdır. Və əgər biz lazım olan qədər istirahət eləmirik, yatmırıqsa, əlbəttə ki, ilk növbədə bu hormonal proses pozulur və testosteron lazım olan qədər ifraz olunmur bizim bədənimizdə.
Stres testosteron səviyyəsini aşağı salır
İkincisi, stres.
Stres olanda əlbəttə ki, bizim orqanizmiz stresə düşür və hansısa hormonlar düşür, o birisilər qalxır və əlbəttə ki, əgər mümkündürsə, özünüzü hansısa bir stresdən uzaq tutmaq, əlbəttə ki, bu köməklik göstərəcək.
Düzgün qidalanma testosteron səviyyəsini artırır
Üçüncü, qidalanma.
Bu da çox vacib bir mövzudur və bütün mən dediyim bu məsələlər hamısı təqdiqatlarla təsdiqlənib ki, bunların effekti var. Qidalanma… Əlbəttə ki, bu sağlam qida olmalıdır, fastfood olmamalıdır. Qidadan burada çox danışmaq olar. Amma ümumi belə götürsək, sağlam qida olmalıdır və balans edilmiş bir qidalanma olmalıdır.
Fiziki aktivliyin testosteron səviyyəsini artırır
Dördüncü mövzuya toxunsaq, hərəkətli həyat.
Hərəkətli yəni ki, demək deyil ki, durub qaçmalısız, gəzməlisiz, neynəməlisiz… Əlbəttə ki, hər bir, fərqi yoxdur, üzgüçülük oldu, trenajor oldu, bunların hamısı bizim bədənimizdə testosteronun səviyyəsini artırır.
Zərərli vərdişlər testosteron səviyyəsini aşağı salır
Beşinci mövzu zərərli vərdişlərdir.
İstəyir alkoqol oldu, istəyir siqaret oldu… Əlbəttə ki, bunların hamısının mənfi təsiri var. Təsdiqlənibdir bu.
Bunların hamısını götürəndə bu mövzuda cavan kişilərdən danışmaq istərdim. Nəyə görə?
Bir qrup kişilər var ki, hansı ki, məsəl üçün, gedir sport zala və orada hansısa əlavə qidalardan istifadə edir. Bəziləri var, məsəl üçün, testosteron qəbul edir, iynəmi, tabletkasımı, ya hansısa gel formasında. Həkimin kontrolu olmayanda bu çox ciddi bir fəsadlara gətirib çıxarda bilər. Ona görə, burada çox diqqətli olmaq lazımdır.
Testosteronu dərmanla artırmaq
İkinci mövzudan danışsaq, yəni bunun dərman müalicəsi, burada çox diqqətli olmaq lazımdır. Bu universal bir preparat deyil ki, bunu mən içdim, bu 100% qalxdı… Yox, bu belə işləmir. Bəzi hallarda xəstələrdə müəyyən vaxt lazımdır ki, bu nəticəni alsın.
Burada birincisi, başa düşmək lazımdır testosteron nəyə görə düşüb, ikincisi, hansı fraksiyası düşüb, testosteronun hansı tipi düşüb və xəstənin yanaşı xəstəlikləri də mütləq diqqət altında qalmalıdır.
Biri var cavan adam qəbul edir bu testosteronu, biri də var yaşlı adam… Bunların reaksiyası bu testosterona çox fərqli ola bilər və yaş getdikcə testosteron reseptorları azalır və işləməyən bir vəziyyətə düşür. Cavanda daha bu effekti almaq olur, məsəl üçün, nəinki yaşlı adamda.
Amma düz dozaları seçəndə, düz dərmanı seçəndə və requlyar olaraq bunu eləyəndə bu çox yaxşı bir nəticələrə gətirib çıxardır.
Əlbəttə ki, burada mən dərman adlarını deyə bilmərəm, hansı dərmanlardır, nədir.. Bu, düzgün deyil. Bu mütləq reseptur formada yazılır.
Hər xəstə üçün bu dozası seçilə bilər, növü seçilə bilər. Necə vurulmalıdır, nə təhər olunmalıdır?.. Bunların hamısı individual olaraq seçilir və xəstəyə müəyyən müalicə yazılır.
Bu o demək deyil ki, mən testosteronu vurdum, ya içdim, ya gel yaxdım… Vəssalam, bununla da bu bitdi! Yox! Bunu kontrol eləmək lazımdır.

Leave a Reply