Erektil disfunksiyadan ilk olaraq xəstələrin fikirləşdiyi mövzu sərtləşmə ilə olan problemlərdir. Əslində bu düzgün bir düşüncədir. Problem sərtləşmədə olur və xəstələr bununla bağlı müraciət edir.
Erektil disfunksiya – Sərtləşmə probleminin səbəbləri
Bu problemin bir neçə səbəbləri ola bilər. Xəstələri mən 2 qrupa bölürəm. Cavan xəstələr və haradasa 40-45 yaşından yuxarı olan xəstələrə 2 qrupa bölünür.
Ümumi belə götürsək, 3 dənə səbəbi var.
Sərtləşmə probleminin orqanik səbəbləri
1) Orqanik səbəblər. Orqanik – yəni nə deməkdir? Yəni, bu orqanla bağlı deyil. Orqanik – bu o deməkdir ki, xəstədə hansısa bir xəstəlik var və belə bir nəticəyə gətirib çıxardıb.
Sərtləşmə probleminin psixoloji səbəbləri
İkinci variantı: psixoloji səbəblər. Burada da cürbəcür variantları var.
Sərtləşmə probleminin qarışıq səbəbləri
Üçüncü səbəb isə, qarışıq. Yəni bir az ola bilsin orqanik problem var, bir az da psixoloji problem. Bəzən bu problemlər bir-biri ilə bağlı olur. Yəni ki, ilk olaraq orqanik problem olur, nəsə yüngül bir dərəcədə, amma sonra isə, psixoloji tərəfi də bu məsələyə qoşulur.
Cinsi zəifliyin – sərtləşmə probleminin orqanik səbəblərin növləri
Orqanik səbəblər, bir neçə tip səbəblər ola bilər. İlk olaraq testosteronun azalması. Yəni bizim bədənimizdə bu prosesləri idarə edən hormon testosterondur və onun bir neçə variantları və fraksiyaları var.
Əgər doğurdan da testosteron bədəndə azalıbdırsa, son olaraq sərtləşməyə də bunun təsiri var və son olaraq sərtləşmədə problem yaradır.
İkinci səbəblər isə, orqanik səbəblərdən hansısa xəstəliklər… Bəzən xəstələrdə şəkər xəstəliyi, ürək xəstəlikləri, ürək çatmamazlığı… Bu xəstəliklərdən əziyyət çəkən xəstələrdə belə bir problem olur.
Nəyə görə?
Bütün bu mən dediyim problemlər diabet, ürək xəstəlikləri – bunlar hamısı damarla bağlı olan problemlərdir. Damarlarla… Kişilərdə sərtləşməni yaradan damarlardır. Əgər ümumi damarlarda bir problem varsa: ateroskleroz oldu, daralma oldu – bunlar əlbəttə ki, həm ürəkdə də ola bilər, həm cinsiyyət orqanında ola bilər.
Şəkər xəstəsi də oxşar mövzudur.
Və bəzən bu xəstələr müəyyən dərmanlar qəbul edir, hansı ki, sərtləşmənin keyfiyyətini azalda bilər. Amma bu xəstələr bu dərmanı məcburi qəbul edir. Yəni ki, deyim ki, qəbul etməsin, Burada bir az ciddi yanaşmaq lazımdır bu məsələyə.
Bəzən orqanik dediyimiz xəstəliklərdə belə bir mövzu da var ki, cinsiyyət orqanının venoz – yəni ki, venalarında problem olur. Bu, üçüncü tip bir problemdir. Venoz qaçaq deyirlər buna. Lazım olan qədər qan cinsiyyət orqanına toplanmır. Haradasa qaçaqlıq var venalarda və ona görə də sərtləşmə lazım olan qədər olmur.
Cinsi zəiflik – sərtləşmə probleminin diaqnostikası
Diaqnostikadan danışsaq, biz burada səbəbini axtarmalıyıq bu problemin.
Əgər orqanikdirsə, biz bu tərəfə yanaşmalıyıq.
Əgər psixoloji bir məsələdirsə, burada bir az yanaşma fərqlidir. Əgər bu məsələ psixolojidirsə, əlbəttə ki, burada tək uroloqun işi yox, burada uroloqla yanaşı ya psixoterapevt, ya da ki seksoloq, seksopatoloq dediyimiz bir mütəxəssislər var, bunlar məşğuldur bu məsələ ilə.
Amma yenə də bu halları bir-birindən ayırd etmək lazımdır.
Əgər doğurdan da orqanik bir problemdirsə, bu xəstəyə müalicə lazımdır və müalicə ilə də yaxşı nəticə almaq olur.
Cinsi zəiflik – sərtləşmə probleminin müalicəsi
Müalicəyə toxunsaq, burada bir neçə variantlar var.
Qeyd etdiyim kimi, yəni psixolojidirsə bu mütəxəssisə yönləndirilməlidir.
Əgər orqanikdirsə, əgər bu problem testosteronun düşməsi ilə bağlıdırsa, əlbəttə ki, bu məsələ araşdırılıb, ondan sonra ola bilsin ki, xəstəyə testosteron terapiya lazım olsun.
İkinci isə, əgər tutalım xəstədə venoz qaçağı varsa, bu da təsdiqlənir dopler müayinəsində. Orada da bəzi momentlər var, hansı ki, xəstəyə kömək edə bilər. Ya dərman, ya əməliyyat nəticəsində.
21-ci əsrdə bu problemin demək olar ki, hansı variantı belə olsa onun həlli var. Sadəcə burada düzgün yanaşma lazımdır.

Leave a Reply