Bu həftə ərzində bəlkə bir 5-6 xəstələrimiz olub ki, hansı ki, yüksəlmiş PSA ilə müraciət eləyirlər.
İlk sualları odur ki,
“Həkim mənim həyatım bitdimi? Bu nədir? Bu nə xəstəlikdir? Xərçəngdir, xərçəng deyil?”
Panikaya düşmək lazım deyil
Bu panikaya düşməyin səbəbi isə, hal-hazırda sərbəst işlətdiyimiz İnternet və Süni İntellekt platformalarıdır.
İlk növbədə əlbəttə ki, Süni İntellektə girib bu sualları yazmaq daha tez nəticə əldə edər, nəinki bu xəstə dursun, getsin, yazılsın, həkimin yanına getsin, bütün suallarını versin.
Amma buna aldanmaq lazım deyil.
Çünki heç bir Süni İntellekt, heç bir onlayn şəkildə olunan baxış tam olaraq sizin vəziyyətinizi dəyərləndirə bilməz.
PSA müxtəlif səbəblərdən yüksələ bilər
PSA-nın yüksəlmə səbəblərindən biri
- prostat vəzinin iltihab prosesi,
- prostat vəzinin adenoması və
- cüzi səbəblər hansı ki, PSA-nı yüksəldə bilər. Bunlardan biri tutalım, cinsi əlaqədən sonra əgər analiz verilibsə, bu bir azca analizi yüksəldə bilər.
- Bir də dördüncü səbəb – xərçəng. Yəni ki, prostat vəzinin xərçəngi.
Birbaşa yüksək PSA analizdə görüb, bu, o demək deyil ki, sizdə xərçəng var. O bizə sadəcə bir siqnaldır. Yəni ki, prostat vəzidə hansısa bir proses düz getmir və bu PSA artıq dərəcədə bizim qanımıza ifraz olunur. Biz bu səbəbləri ya təsdiqləməliyik, ya da inkar etməliyik.
Analiz nəticə xəstənin şikayətləri ilə birlikdə qiymətləndirilir
Xəstənin şikayətləri də çox vacibdir. Sidiyə necə gedir, yandırma-göynəmə halları varmı, gecələr neçə dəfə tualetə gedir, ultrasəs müayinəsinin nəticələri çox vacibdir bizim üçün… Yəni ümumi olaraq əgər belə bir durumla rastlaşdınızsa, mütləq yəni gözləmədən həkimə gedin. Lazım deyil araşdırmaq ki, bunda necə idi, bunda necədir.
Çünki bizim mentalitetdə öyrəniblər ki, tutalım, prostat xərçəngidir.
“Həə… Bəs, mənim xəstəmdə belədir. Məndə niyə belə getdi bu?”
Yəni başlayırsan məsələni araşdırmağa, görürsən ki, tam fərqli bir xəstələrdir. Birində metastatik, birində metastaz olmayan. Əlbəttə ki, bunların ümumi vəziyyəti də fərqli olacaq.
Yenə dediyim kimi PSA analizinin yüksəkliyi siqnaldır. O siqnalın da məqsədi:
“Həkimə getməlisiniz!”
Yəni budur bu siqnalın məqsədi.

Leave a Reply