Varikosele “varsa”, əməliyyat olunmağa tələsməyin

Xəstə gəlir, bilir ki, buna əməliyyat lazımdır və mən o xəstəni əməliyyat eləmirəm. Bu, hansı hallarda olur və nəyə görə olur? 

Mənim ən tez-tez rastlaşdığım durumlar, hansında ki, mən xəstəyə deyirəm ki, “Sizə əməliyyat lazım deyil” bu, çox vaxtı varikosele xəstəliyində olur. 

Hətta yaxın bir 3 ayda 3 dənə xəstəm oldu ki, hansı ki, şəhərin bir klinikasında ultrasəs müayinə etmişdilər, “ikitərəfli varikosele” nəticə göstərmişdi. Birinci xəstədə bir azca şübhələndim ki, bu varikosele dərəcəsi var və belə deyim xəstə o dərəcəni özü də dəyərləndirə bilər vizual olaraq, estetik olaraq. Əgər, tutalım yazıblar ki, ikinci, üçüncü, hətta dördüncü dərəcəli vizual olaraq görmək olur ki, xayada olan venalar genişlənib. Yəni bunu vizual görmək olar. 

Amma əgər, tutalım USM-də yazıblar ki, üçüncü, dördüncü dərəcəli, amma vizual olaraq heç bir şübhə də yoxdur ki, orda venalar var, əlbəttə ki, bu durumda xəstədə bir şübhə yaranmalıdır ki, bəlkə məndə nəsə düzgün deyil. 

Bu xəstələrdə də onu kimi… Mən şübhələndim ki, “ikitərəfli varikosele”, özü də ikisində də ikinci, üçüncü dərəcəli, nəsə bir az uyğun gəlmir. 

Xəstəni göndərdim başqa bir radioloq yanına və həkim təsdiqlədi ki, heç bir tərəfdə 1 dənə də varikosele yoxdur. Yəni, heç 1 səviyyəsində də yoxdur. Və əlbəttə ki, biz o xəstəni əməliyyat eləmədik. Dedik ki, rahat gedin, yaşayın. Heç bir problem yoxdur. 

Onun dalınca da 2-3 xəstə olub o müəssisədən. 

Hətta mən bilirəm ki, Bakıda tək 1 müəssisə deyil ki, belə bir nəticə verir. 

“Sizdə varikosele var” deyirlərsə, ikinci həkimə gedin

İlk növbədə varikosele olur şikayətli və şikayətsiz. Əgər, tutalım, sizə kimsə deyirsə, “Sizdə varikosele var”, siz özünüz özünüzdə heç bir şübhəli hal görmürsüzsə… 

“Şübhəli” deyəndə, tutalım sol xayadadırsa, sol xəyanın ölçüləri bir az böyüməlidir, venalar görsənməlidir, nəsə bir şikayət olmalıdır. 

Estetik olaraq, ağrı olaraq, ya hansısa bir şikayət… Əgər sizdə belə bir şübhə varsa ki, yəni ultrasəs müayinənin nəticəsi sizdə olan vəziyyət bir-birinə uyğun gəlmirsə, siz mütləq başqa bir müstəqil radioloq həkimin yanına gedə bilərsiniz nəticələri dəyərləndirməyə. 

Çünki belə bir hallar olur. 

Gecikmiş hallarda da əməliyyat etmirik

Başqa bir qrup xəstələr var ki, sidik kisəsi xərçəngi, ya məsəl üçün, prostat xərçəngi… Gəlirlər, fikirləşirlər ki, əməliyyat… Amma deyirəm ki, yox, sizə əməliyyat lazım deyil. Çünki prostat xərçəngində bu xəstələri dərmanla, ya hansısa bir üsullarla – kimyaterapiyamı, ya müəyyən bir metodikalar var, onlarla bu xəstələri əməliyyatsız yaşama müddətini artırmaq olar. 

Bəzən əlamət olmasa da əməliyyat lazım ola bilər

Hətta, tam tərsi də olur. 

Xəstə çox yaxşı əhval-ruhiyyədə gəlir ki, “Həkim, elə belə gəldim, yoxlanmağa.” 

Həkimdə isə, şübhə yaranır. Düzdür, heç bir əlamət yoxdur, heç bir şikayət yoxdur, amma yenə də ultrasəs müayinəsindən keçək. 

Belə bir hal yaxında həkim yoldaşımın pasiyenti ilə oldu.

USM eləyəndən sonra xəstədə böyrək törəməsi tapıldı. Təsadüfən! 

Belə hallar da olur. 

Ona görə də, müəyyən müayinələr var,mütləq hər 6 aydan bir, 1 ildən bir onlardan keçmək lazımdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *