Sidik kisəsi xərçənginin təkrarlamasının səbəbləri

Bəzən belə bir hallar olur ki, xəstədə hansısa bir törəmə tapılır sidik kisəsində, tutaq ki, xırda bir törəmə, xəstə gedir uroloqun yanına, əməliyyat olunur, – endoskopik əməliyyat və lazım olan müalicə, dərman, belə bir şeylər… 3 aydan sonra təkrar, yenidən şiş yaranır. Yenə eləyir, yenə şiş yaranır… 

Əslində, belə durumla çox rastlaşmışam. Yəni son zamanlarda bəlkə bir 2-3 dənə xəstələrim olub ki, hansında ki, yaxın il ərzində bir neçə dəfə transuretral əməliyyatlar keçiriblər sidik kisəsində və bu sual yaranır: 

“Niyə, məsəl üçün, kimdəsə bu, tam yaxşı kömək edir, amma başqa xəstələrdə 3 aydan 1 residiv yaranır. Yəni təkrarlanır bu törəmə. 

Burada vacib bir məqam var. 

Şiş tam götürülübmü?

Birincisi, bu durumlar nədən asılıdır? Törəmə tam götürülüb, yoxsa yox? 

Sidik kisəsinin divarında düzgün, normal işləmək üçün müəyyən bacarıq lazımdır. Çünki sidik kisəsi elə bir orqandır ki, dolur və onun divarının qalınlığı 3-4 mm-dir, təxminən. Qoy, məsəl üçün, bəzi hallarda 5-6 da ola bilər… Və təsəvvür edin ki, törəməni elə götürmək lazımdır ki, sidik kəsinin ən xarici divarına əl vurmayasan. Hətta əzələ qişasına lazım olan zamanlarda əl vurmayasan. Sadəcə, 59 selikli qışası ilə bir yerdə törəmə götürülməlidir. Amma əzələ qişasından mütləq material götürülür və göndərilir yenə də “əkilməyə”. 

Bu hallarda əgər bu prosedurlar düzgün olunmursa, residiv halları baş verir. İkinci, ən tez-tez rastlaşdığımız durum nəyə görə hər 3 aydan 1, 1 aydan 1, 2 aydan 1 törəmələr yenidən əmələ gəlir? 

İkincili xərçəng

Bəzən olur ki, törəmə sidik hissəsində olmur, böyrəyin içində olur, ləyəndə olur, sidik axarında olur… Amma o sidik kisəsinə düşən hüceyrə ikincili olaraq yaradır sidik hissəsində və həkim girir, görür ki, sidik kisəsində törəmədir… Aha! Tez bunu, belə deyək, qaşıyıb götürür və elə bilir ki, xəstəlik bunla da bitir. Amma yox! Bəzi hallarda əsas ocaq sidik axarında və ləyəndə olur. Və bizim son bir 3 ayda bir 2-3 dənə belə xəstəmiz olub. 

Ona görə, mütləq əgər sidik kissəsində bir neçə dənə törəmə varsa, və ultrasəs müayinə zamanı böyrəkdə hansısa genişlənmə, ya hansısa bir şübhə varsa uroloji kontrastlı tomoqrafiya eləməlidir. Kontrastlı! Mütləq! 

Çünki sidik axarında olan və ləyəndə olan törəmələri ancaq kontrastlı KT, ya da ki endoskopik müayinə göstərə bilər. Bu halda əlbəttə ki, ilk problem ordadır və problemi o səviyyədə həll eləmək lazımdır. Sidik kisəsi ikinci dərəcəli bir problemdir, belə deyək. Bu hallar da olur. 

Əməiyyatdan sonra dərman müalicəsi faktoru

Və üçüncü səbəb hansında ki, bu xəstəlik yenidən təkrarlana bilər… Hətta dördüncü də var. Üçüncü, düzgün, yəni ki, lazım olan əməliyyatdan sonra dərman müalicəsi. Bizim əlimizdə bir neçə dənə üsullar var. Əgər xərçəng əzələ qişasına invaziya etməyibsə, bizim əlimizdə 2 dənə, 3 dənə variant var. Əməliyyat sonrası kimyaterapiya. “Kimyaterapiya” dedikdə, yəni ki, sidik kissəsi daxili kimyaterapiya. Venadaxili yox. Bunun 3 variantı var və nə ilə o seçilir? Törəmə götürüləndən sonra verilir əkilməyə və orda həmin o törəmənin aqresivliyi göstərilir. Birinci, ikinci, ya ücüncü dərəcəli. Əgər birinci dərəcəlidirsə, bu zaman, yəni heç nə lazım olmur. Əməliyyat yetərlidir. Əgər ikinci dərəcəlidirsə, orada həftədə 1 dəfə müəyyən vaxt üzrə sidik kəsi daxili kimyaterapiya lazımdır. Əgər üçüncü dərəcəlidirsə və aqresiv bir törəmədirsə, onda xəstəyə BCG terapiya lazımdır. Bu da yəni ciddi bir müalicə üsuludur və bunun da qaydası var: necə xəstəni ona hazırlamaq lazımdır və necə eləmək lazımdır? 

Sidik kisəsi xərçəngi aqressivdirsə 

Dördüncü səbəb doğurdan da törəmə, ya xərçəng xəstəliyi o qədər aqressivdir ki, heç bir müalicə üsuluna tabe olmur və inkişafı davam edir və çox pessimistik bir proqnozlara gətirib çıxarda bilər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *