Sidik kisəsi törəmələri

Ümumiyyətlə götürsək, bizə iki qrup sidik kisəsində törəmə olanxəstə müraciət edir: böyük törəmələr və xırda törələr.

Əsasən də burada xırda törəmələrdən bəhs etmək istərdim. Çünki bu qrup xəstələr daha şübhə altında yaşayırlar.

Nəyə görə?

Elə bu günlərdə bir xəstəm olmuşdu. Xəstəyə haradasa 4 ay əvvəl adi ultrasəs müayinədən keçəndə demişdilər ki, “Sidik kisənizdə 1 sm-lik törəmə var və bunu götürmək lazımdır”.

Mən elə başa düşdüm ki, ancaq radioloqdan aldığı bir məlumat idi, tam ətraflı məlumat almamışdı və uroloqun konsultasiyasına getməmişdi.

Xəstənin 4 ay sonra yadına düşdü ki, belə bir şey aşkarlanmışdı və gəldi yanımıza. 3 ay ərzində bu xəstənin törəməsi haradasa 0,5 sm böyümüşdü.

Bu qrup xəstələrdə ən qorxulusu nədir?

Çünki bu törəmələr yaranır, böyüyür, amma tam şikayətsiz. Yəni ki, heç bir şikayət olmur. Elə bil adi həyatdır.

Amma müəyyən vaxt keçəndən sonra, törəmə böyüdükcə sidik kisəsinin divarını zədələyir, travma yaradır və adi sidiyə gedəndən sonra həmin o törəmə təzyiq etdiyi divarlarda qanaxma yaranır. Və yenə də, o qanaxma gözəgörünməz bir qanaxma kimi sayılır. Yəni ki, xəstə onu görmür.

Ancaq bu törəmə çox böyüyəndə, hətta sidik kisəsinin hansısa başqa bir divarlarına keçəndə və əlbəttə xəstələrdə şikayətlər başlayır: ağrılar, yandırmalar, göynəmələr və s.

Risk qrupları var.

Risk qrupları kimdir?

Siqaret çəkən adamlar. Bu qrup ən böyük risk altında olan bir qrupdur. Əgər siz siqaret çəkirsinizsə və kimdəsə ailədə müəyyən onkoloji diaqnoz, xəstəlik olubsa, xüsusilə də sidik kisəsi xərçəngi olubsa, siz mütləq ildə 2 dəfə müayinələrdən keçməlisiniz. Ən azından sidik kisəsinin ultrasəs müayinəsindən.

Amma yenə də sidik kisəsi xərçənginin müəyyən növləri var ki, onlar törəmə formasında olmur. Yəni ki, orada şiş deyil, amma sidik kisəsinin divarının içində müəyyən dəyişikliklər edir və ultrasəs müayinəsi ilə müayinə metodları bitmir.

Çünki sidik kisəsini MRT də bizə müəyyən məlumatlar verir hansısa bir proses haqqında və sistoskopiya dediyimiz bir metod var, o bizə məlumat verir. Yəni ki, sidik kisəsinin içinə, belə deyək, kamera ilə baxaraq biz tam olaraq hansı diaqnoz olduğunu təxminən araşdırıb deyə bilərik. Və lazım olan momentdə ya biopsiya götürüb, ya o törəməni tam şəkildə endoskopik şəkildə götürə bilirik.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *