Erektil disfunksiya 2 – Gənclərdə sərtləşmə problemi adətən psixolojidir

Cavanlarla yaşlıların arasında erektil disfunksiyada əsas fərq nədir?

Sonuncu yazımda qeyd etdiyim kimi, bu pasiyentlər əsasən 2 qrupa bölünür. 40 yaşına qədər və 40 yaşdan yuxarı kişilər. 

Burada əsas fərq nədədir? 

Əsasən yaşlı qruplarda bu problemlər çox güman ki, testosteronun aşağı düşməsi ilə və ya hansısa yanaşı xəstəliklərlə bağlıdır. Amma cavanlarda isə, vəziyyət çox fərqlidir. 

Mən bir neçə dəfə rastlaşmışam ki, tutalım 25 yaşlı bir gənc oğlan gəlir və deyir ki, 

“Həkim, məndə bir həftə bundan qabaq hər şey yaxşı idi. Heç bir problem yox idi. Sonra birdən-birə problem yarandı.” 

Burada bir məsələ var ki, əgər bu problem orqanikdirsə, yəni ki, hansısa bir xəstəliklə bağlıdırsa, bu problem bir həftənin içində yaranmır. Bu problem uzun müddətli bir məsələdir. 

Tutalım, xəstə qeyd eləyir ki, son 3 ayda, son 6 ayda sərtləşmədə zəifləmə var. Yavaş-yavaş, arta-arata gedir bu problem. Amma əgər bu problem 2 gün, 5 gün, 10 gün ərəfələrində yaranıbsa, əlbəttə ki, bu güman ki, nəsə bir psixoloji durumdur. 

Və başlayırsan araşdırmağa, görürsən ki, bu xəstə 1 həftə bundan qabaq hansısa bir stres yaşayıb və belə bir problem yaranıb. Əlbəttə ki, bu xəstəyə ilk olaraq nəsə bir müalicə, dərman ehtiyac yoxdur. Bu xəstəyə ilk olaraq normal psixoloji bir söhbət eləmək lazımdır. Əgər həkim görürsə bu belə səthi bir problem deyil, bunun daha dərin səbəbləri var, əlbəttə ki, bu başqa bir mütəxəssisə göndərilməlidir: psixoterapevt, ya da, seksoloq, seksopatoloq həkimlərinə. 

Cinsi zəifliyi aradan qaldırmaq üçüq dərman

Xəstələr gəlir və istəyir ki, nəsə bir dərman yazasan ki, problem həll olunsun. Və bəzən də mən xəstələrə nə isə yazıram. Amma o dərmanlar çox vaxtı, belə deyim, dərman tərkibli bir vasitə deyil, hansısa bir bioaktiv maddələrdir. 

Nə üçün? 

Bəzən xəstələr heç bilmir, araşdırmır nədir bu. 

Məndə bir neçə, bəlkə bir 10 dəfə, 15 dəfə belə bir məsələ olub ki, xəstə gəlir, “Həkim, məndə çox ciddi problem var…” Araşdırırsan, görürsən ki, bu psixolojidur. Amma görürsən ki, buna desən ki, sən psixoloqa getməlisən, psixoterapevtə getməlisən, məsələyə o qədər də ciddi yanaşmayacaq. Gedəcək başqa həkimin yanına. Orada da nəsə yazacaqlar. 

Mən bu xəstəyə nəsə bir vitamin kompleksi kimi bir şey yazıram. Deyirəm ki, “Bu sənə 100% kömək eləyəcək!” 

Və bu xəstə mənə bir ay sonra gəlir ki, “Həkim, içdim, hər şey super oldu!” 

Halbuki o dərmanın effekti deməzdim ki, çox ciddi belə bir nəticəyə gətirib çıxardacaq. Əlbəttə ki, bədən üçün xeyri var onun. Mikroelementlər, sink, selen, belə bir şeylər kömək edir ümumiyyətlə. 

Plasebo effekti

Amma yenə də mən soruşuram ki, dərman neçə gündən sonra başladı işləməyə? Dedi ki, “Səhərsi gün! İçən kimi hər şey super oldu!”

“Plasebo effekti” deyirlər buna. Bəzi hallarda biz bundan istifadə edirik.

Əgər xəstəyə bu kömək edirsə, niyə də istifadə etməyək? Yəni mən deyirəm ki, “Bunu 1 ay içirsən, sonra isə hər şey normal olacaq.” Və gəlir ki, “Hər şey düzəldi, hər şey yaxşıdır.” 

Məndə elə xəstə olub. Hələ Rusiyada işləyirdim. 30 günlük dərman idi. 31-ci gündə gəldik ki, “Dünən, həkim, dərman qurtardı, Bu gün hər şey yenə pisdir! Vəssalam!” 

Dedim, “Gəlin belə eləyək… Siz onda onu bir gündən bir için. Yavaş-yavaş çıxaq bu dərmandan.” 

Pasiyent problemin psixoloji olduğunu başa düşməlidir

O özü başa düşməlidir ki, bu problem psixolojidir. Bu problem xəstəlik deyil. Yəni uroloji, androloji xəstəlik deyil. Əsas budur. 

Çünki bu bəlkə də belə lifehack kimi mən indi söylədim. Amma o da hər adama olmur. Heç bir bioaktiv maddə bir gün ərzində bu problemi həll edə bilməz. 

Kompleks müalicə, əgər xəstədə bir problem varsa – orqanik, bəli həll edə bilər. Amma xəstə gəlir, görürsən ki, bir az depressiv formadadır, bir az nəsə problemləri var işdə, gücdə… Məsəl üçün, ilk olaraq deyirsən ki, “Sənin yuxu rejimin normal olmalıdır. Başqa məsələlər də normallaşacaq.” 

Amma bəzən xəstə gəlir, o qədər psixoloji gərgin vəziyyətdə və sən ona deyə bilməzsən ki, “Səndə hər şey yaxşıdır. Səndə bir problem yoxdur. Səndə psixolojidir və get bunu həll elə. Özün.” 

Bu “plasebo effekti” ümumiyyətlə tibbdə olan bir şeydir. Yəni bu eksperiment deyil ki, biz bunu aparırıq. Yox. Vitamin tipli dərmanlar – bunlar bədənə zərərli deyil, bunlar təhlükəsizdir, nəsə bir bahalı dərmanlar deyil. Sadəcə sink, selen, vitaminlər – belə tipli məhsullardır. 

“Qeyri-peşəkarlıq” burada demək olmaz. Bunu hamı istifadə edir. Bəzi həkimlər sadəcə bir sir kimi bunu saxlayır. 

Amma mənə elə gəlir ki, xəstə nə qədər başa düşsə ki, bunun problemi psixolojidir, xəstəliklə bağlı deyil və cinsiyyət orqanı ilə bağlı deyil, o qədər də bu xəstəni düzgün yola gətirən bir məsələdir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *