Erektil disfunksiya 3 –  Cinsi maarifləndirmə

Təəssüf ki, Azərbaycanda kişilərdə belə bir problem var ki, hansısa cinsi problem olanda ya bu məsələni çox gecikdirirlər və ondan sonra həkimə müraciət eləyirlər, ya da ki, ümumiyyətlə utanırlar kiməsə söyləməyə, danışmağa həkiməmi, yoldaşınamı: “Belə bir problemlər var”. 

Bəzən yanıma belə bir xəstələr gəlir ki, yoldaşı gətirir,

“Baxın, görün nədir? Problem var”.

Düzgün yanaşma deyil. Utanılacaq bir məsələ də deyil. 

Əgər problem varsa da, kişi mütləq həkimə müraciət eləməlidir ilk olaraq. 

Bir neçə yazılarda qeyd etmişəm ki, bu problemin bir neçə səbəbləri var

Bəzən suallar verirlər ki,

“Bu problemlə kimə biz gəlməliyik?”

– Androloqa gəlməlidir xəstə mütləq və androloq dəyərləndirməlidir ki, bu nəsə bir androloji problemdir, yoxsa, nəsə bir psixoloji problemdir. Əgər bu psixoloji problemdirsə, onda androloq sizi başqa bir mütəxəssisə göndərir. Əgər sırf androloji problemdirsə və vaxtında aşkarlanırsa, bunun hamısının müalicəsi var və xəstələr uzun illər normal yaşayırlar, cinsi problemləri də bütün həll olunur. 

Amma bizdə təəssüf ki, bəzən xəstələr çox gecikmiş vaxtda gəlirlər. 3 il, 4 il problem olur, ondan sonra hansısa bir səbəbə görəmi, yoldaşımı gətirir, ya bəzən özü elə bir hala çatır ki, yəni belə bir problemlə yaşamaq çətin olur və ondan sonra müraciət eləyir. Bu bir az düzgün deyil. 

Əgər kişidə bir problem varsa da mütləq müraciət etməlidir həkimə və heç olmasa araşdırmaq üçün bu problemin səbəbi nədir?.. 

Bəzən cüzi bir şeylər olur və onlar tez həll olunur və problem də aradan qaldırılır. 

Bəzən vəziyyəti bir az çətin olur. Araşdırmaq lazım olur daha dərin bu problemi və yenə də sonda bu həll olunur. Yəni bu bir diaqnoz deyil. Bu ömürlük deyil. Yəni bundan çıxış yolları var. 

Ona görə də gərək bu mövzuya toxunanda kişilər susmasınlar. Yəni ürəklərində saxlamasınlar. 

Mən həmişə tərəfdarıyam ki, kişilər maariflənsinlər, ümumiyyətlə. 

Bəzi fizioloji proseslər necə keçir?

Yəni tutalım,

“Ereksiya necə yaranır?”,

“Hormonlar necə özünü aparır?”

Əlbəttə ki, kişi öz bədənində olan prosesləri biləndən sonra, bunları da idarə etmək daha yüngül olur, daha mənalı olur. Əlbəttə, xəstə maariflənəndən sonra, normal halı biləndən sonra və sonra bir problem yarananda düzgün yola əl atıb müraciət eləyəndə, əlbəttə ki, bu problemlər hamısı həll olunan bir şeydir. 

İlk olaraq əlbəttə ki, bu maariflənmə məsələsidir. 

Bu dəqiqə bizdə 21-ci əsrdir, süni intellekt var saytlar var – harada məsəl üçün, informasiya tapmaq olar. Amma yenə də, bütün bu üsullar – bu hamısı maarifləndirici bir üsuldur. Yəni müalicə variantımı, ya nəsə bir başqa variant orda axtarmaq – bu düzgün deyil. Sadəcə əgər sizdə bir şikayətlər varsa da, girib onu araşdırmaq – bu normal bir şeydir. 

Yaxşı nümunə: problemi haqqında məlumatlı pasiyent

Bir pasiyentim gəlidi. Xəstəliyi ilə bağlı hər şeyi bilir. Özü danışır. Məsəl üçün, belə olub, belə olub, bu yox idi, indi belədir… Yəni nəzarət eləyir. Bir “gündəlik” kimi deyərdim. Amma o “gündəlik” əlbəttə ki, yazılı formada yox, beynində bir “gündəlik” formasında hər şeyi izah etdi mənə. 

Əlbəttə ki, bu xəstənin xəstəliyə yanaşması və müalicənin nəticəsi də daha yaxşı olacaq. Çünki xəstə başa düşəcək ki, məsəl üçün,

“Həkim mənə bunu yazdı. Bu dərmanın effekti nədir və bu nəyə təsir edəcək?” 

Bəzi hallarda bu problem bir dənə dərmanla həll olunmur. Kompleks müalicə lazım olur və əlbəttə ki, hər komponentlərin nəyə təsir etdiyini xəstə biləndən sonra özü də rahat olur ki,

“Mənə düzgün müalicə olunur.” 

Əgər sizdə bir problem varsa, bu o demək deyil ki, tək sizdədir bu problem. Bəzən kişilər bir-birindən də bu məsələni gizlədir. Bir cəmiyyətdə bəlkə də 70% kişilərdə bu problem ola bilər. Amma vaxtında müalicə, ya diaqnostika üsulları olandan sonra bu hamısı həll yolunu tapır. 

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *