Bəzən cəmiyyətdə oluram və orda uroloq yoxdur, məndən başlayırlar soruşmağa ki,
“Həkim, bu… Siz bu cinsi zəiflik problemini son olaraq tutalım, dərmanla həll olunmursa, siz bunu nə ilə həll edirsiniz?”
“Penil protez” cavabını eşidəndə hamını gülmək tutur.
Əslində gülməli bir şey yoxdur. Bu, əslində ciddi bir məsələdir.
Ereksiya yaranma prosesi – Sərtləşmə necə yaranır?
Ümumiyyətlə götürsək, ereksiya prosesi necə yaranır?
Cinsiyyət orqanının damarlarına qan yığılır və sərtləşmə ona görə yaranır. Və əgər lazım olan qədər qan toplanmırsa, damarlarda geriyə klapanlarda qaçaq varsa, damarlarda problemlər varsa, bununla bağlı sərtləşmə problemi ola bilər və sərtləşmə ümumiyyətlə olmaya bilər.
Heç bir dərmanın, heç bir müalicə üsulunun kömək etmədiyi çox ağır vəziyyətlərdə bizim sadəcə bir dənə üsulumuz qalır: o da penil protezlərdir.
Falloprotez də deyirlər, penis implantı da deyirlər, penil protez də deyirlər. Bir neçə variantları var.
Adi adamlara bu gülməli gəlir. Nəyə görə? Çünki inanmırlar ki, belə bir şeylər ümumiyyətlə var. Və “var” deyəndə, 20 ildən artıqdır ki, bu üsullar Avropada, Amerikada, bütün dünyada istifadə olunur və bəzən siz heç bilə bilməzsiz ki, bu adamda penil protez var.
Penil protez nədir?
Penil protez xüsusi materiallardan hazırlanmış bir implantdır. Protezin formaları eyni cürdür, amma cürbəcür variantlar olur.
Penil protezləri 2 qrupa bölə bilərik: Var “sərt penil protezlər” və var “sərtləşə bilən protezlər”. Fərqi nədədir?
Sərt (rigid) penil protezlər
Əgər birinci tip – sərt penil protez implantasiya olursa, cinsiyyət orqanı daimi olaraq sərtləşmə vəziyyətindədir və onu dəyişdirmək mümkün deyil.
Sərtləşəbilən penil protezlər
Əgər ikinci variantdırsa, yəni sərtləşəbilən penil protezdirsə, lazım olan momentdə sərtləşmə yarana bilər. Protez necə sərtləşir?
Adi adamlar da elə ona gülürlər ki, yəni necə bu yaranır?
Əslində bu bir az çətin bir sxemadır. Penil protezlər 3 komponentli, ya 2 komponentli olur. Əsasən 3 komponentli protezlər qoyurlar.
Sərtləşmə nəyə görə yaranır o protezlərdə?
Birincisi, demək istəyirəm ki, o protezlər yerləşir cinsiyyət orqanının içinə. Onu heç kim görmür vizual olaraq. Yəni heç kim bilə bilməz ki, bu protezdir.
Sistemin bir komponenti bunun protezdir.
İkinci komponenti – “rezervuar” deyirlər və üçüncü komponenti, loru dilində desək, “düymə”.
Lazım olan momentdə düyməyə basılır və sərtləşmə yaranır.
Amma bu “düymə” adi bir “düymə” kimi deyil. Bu düymə xayalığın içinə yerləşdirilir. Rezervuar isə, sidik hissəsinin yanına yerləşdirilir.
Lazım olan momentdə bir dəfə basılır və sərtləşmə özü yavaş-yavaş yaranır. Cinsiyyət aktı bitəndən sonra yenidən düyməyə basılır və sərtləşmə bitir.
Əslində mən başa düşmürəm burada gülməli nə var? Amma bəzən adi adamlar bunu eşidəndə gülmək tutur camaatı. Amma real olaraq bu ciddi bir məsələdir. Araşdırmalar və dünyaca məşhur şirkətlər var, hansı ki, bunları istehsal edir.
Gülmək məsələsi bu protezlərin qiymətini biləndən sonra tamamilə bitir. Çünki bu problemi həll etmək üçün heç də ucuz başa gələn bir məsələ deyil. Adətən bu əməliyyatların qiyməti haradasa 10-15 min dollardan başlayır.
Çünki bu plastik bir əməliyyat kimi sayılır və həyat keyfiyyətini yaxşılaşdırır.
Penil protezlə cinsi akt zamanı hissiyat
Bəzən mənə suallar verirlər ki, “Bəs, bu protezdir, adam özünü necə hiss edir?”
Fərq demək olar ki, heç yoxdur. Həssaslıq – həminki həssaslıq qalır. Bəzən heç kişinin cinsi partnyoru bilmir ki, kişi əməliyyat olub, onda protez var…
Yəni ki, bu məsələ ən ideal vəziyyətə gətirilib, çıxardılıb ki, kişilər bundan istifadə edir.
Penil protezlər geniş istifadə olunumurmu?
Bəzən Avropada bu protezləri sığorta ilə qoyulur. Yəni plastik əməliyyat olmağına baxmayaraq, bu məsələ sığorta ilə həll olunur.
Deməzdim ki, kütləvi şəkildə, amma əgər xəstədə göstəriş varsa, penil protezin qoyulmasına, əlbəttə ki, qoyulur. Azərbaycanda da, Avropada da, Türkiyədə də, Rusiyada da belədir.
Penil protez əməliyyatı sadə əməliyyatdır?
Fikirləşmək lazım deyil ki, bu xırda bir əməliyyatdır, problemsiz bir əməliyyatdır.
Hər bir protez kimi bu əməliyyatın da protezə uyğun olaraq ağrılaşmaları olur.
Ən çox hansı ağrılaşma burada ola bilər: infeksiyalaşma.
Protez tam steril şəkildə gəlir və steril şəkildə də yerləşdirilməlidir.
Hər bir xəstəxanada, hər bir əməliyyatxanada o əməliyyatı eləmək olmaz. Oranın lazım olan qədər havalandırma sistemi olmalıdır, steril sistemi olmalıdır.
Adi əməliyyatda olan sterillik bu protezlər üçün yetərli deyil.
Penil protez əməliyyatından qabaq lazım olan hazırlıqlar görülür, protez sifariş olunur. Ölçü məsələsi var… Yəni burada bir çox xüsusiyyətlər var.
Amma bütün hallarda prosesin sonunda problem həll olunur.
Penil implant orqanizmdə nə qədər müddət qala bilər?
Bu, əlbəttə ki, xəstədən asılıdır.
Bəzən tutalım, xəstədə diabet və ya başqa xəstəliklər varsa, bu penil protezin orqanizmdə qalma müddətini azalda bilər.
Amma ortalama götürsək, ortalama təxminən 10 il ərzində bu protezlər rahat orqanizmdə qalır və işləyir.
Xəstələr özləri də araşdıra bilər. “AMS penil protezləri” – Boston Scientific dediyimiz bir şirkət var, dünyaca tanınmış və bu protezləri kütləvi şəkildə istehsal edir və bütün dünyaya verir.
Əsasən də bu problem yaşlılarda olur. Hansında ki, biz bütün dərman müalicə üsullarından istifadə edərkən lazım olan effekti görməyəndə və son olaraq penil protez yerləşdirilməsi məsləhət görürük.
Azərbaycanda penil protezlər implantasiya olunurmu?
Bəzən mənə suallar verirlər ki,
“Həkim, bəs Azərbaycanda penil protezlərdən kimsə istifadə edirmi?”
Əgər, siz bu mövzudan heç bir şey bilmirsinizsə, deməli, çox güman ki, bəli, istifadə olunur, amma sizin bundan xəbəriniz yoxdur.
Nəyə görə?
Çünki bu xəstələrdə, şəxsən bizim klinikada, çox ciddi konfidensial protokollar biz tətbiq edirik bu xəstələrə.
Yəni ki, statistika var əslində, amma biz pasiyentlərlə bağlı məlumatları heç yerə vermirik.
Çünki, xəstə barədə olan informasiya konfidensial formada tamamilə qorunur.
Mən sizə deyə bilərəm ki, yəni Azərbaycanda kifayət qədər xəstələrə bu protezlər qoyulur və lazım olan effekti alırlar. Bəli, biz də bu penil protezləri xəstələrimizə implantasiya edirik və əlbəttə ki, lazım olan effekti alırıq.

Leave a Reply