Son zamanlarda əsasən də gənc kişilərdə “erkən boşanma” dediyimiz bir problem olur. Bir az konkret olaraq məlumat vermək istəyərdim xəstələrə. Belə bir diaqnoz qoyula bilər ancaq bir durumda: Əgər cinsi əlaqə 1 dəqiqədən az vaxtda olursa, buna erkən boşalma deyirlər.
Xəstələr müraciət edirlər: “Həkim, məndə 3 dəqiqə, 5 dəqiqə, 2 dəqiqə…” Əlbəttə ki, burada bir kriteriya yoxdur ki, sizdə var, ya yox. Amma real olaraq “erkən boşalma” diaqnozu o vaxt qoyulur ki, cinsi əlaqə 1 dəqiqədən az gedir.
Erkən boşalmanın səbəbləri
Əsas səbəblərini biz götürsək, 2 dənə səbəb ola bilər və bunların ikisi də bir yerdə ola bilər. 1) Psixoloji, 2) nevroloji də deməzdim, amma cinsiyyət orqanının həssaslığı, belə deyək və 3) bunlar ikisi də bir yerdə ola bilər. Qarışıq tip.
İlk sual gəlir ki, “Mən necə bunları bir-birindən ayıra bilərəm? Məndə psixolojidir, yoxsa sinir həssaslığıdır?…”
Əvvəllər hər şey yaxşı idi, erkən boşalma sonradan yarandı
Birincisi, hər şey normal olub və birdən bu ortaya çıxdı bu durum. Bu çox güman ki, sinirlərin həssaslığı bağlı deyil.
Çünki sinirlər həmişə ya həssas olur, ya da belə deyim, bunların həssaslığı normal səviyyədə olur. Yəni ki, əgər bu erkən boşalma sizdə əsl erkən boşalmadırsa, bu çox güman ki, sizdə həmişə olub. Yəni bu sonradan yaranan bir durum deyil.
Əgər siz qeyd eləyirsiz ki, bu yeni yaranıb sizdə, bunun səbəblərini axtarmaq lazımdır. Burada həm psixoloji ola bilər, bəzi hallarda prostatla bağlı ola bilər bu durum.
Erkən boşalmanın sinir həssaslığına bağlı olub-olmadığını necə bilmək olar?
Əgər siz tutalım, bundan əziyyət çəkirsinizsə, burda bir üsul var ki, bunu bir-birindən dəyərləndirmək olar. Bu çox sadə bir üsuldur. Hər bir kişi bu üsuldan istifadə edərək müəyyən ed bilər ki, onda hansı tipdir?
Belə bir qoruyucular var: Lidokainlə olan qoruyucular, prezervativlər. Yəni ki, anestetiklə olan prezervativlər. Əgər siz keyləşdirici olan qoruyucudan istifadə edirsinizsə və sizin cinsi əlaqəniz kifayət qədər artırsa, bu çox güman ki, sinir həssaslığıdır. Yəni ki, bu psixoloji durumla bağlı deyil. Bu sırf sinirlərlə bağlıdır.
Əgər qoruyucu ilə oldu, qoruyucusuz oldu fərq etmirsə, eyni müddətdirsə, bu çox güman ki, psixoloji məsələ ola bilər.
Erkən boşalmanın müalicəsi
Və ilk növbədə sual verirlər ki, “Bəs neyləyək? Bunun müalicə üsulları nədir bu durumun?” 3 dənə variant var.
Erkən boşalma psixoloji səbəblədirsə, həlli yolları
Əlbəttə ki, bu onun növündən asılıdır. Əgər bu psixolojidirsə, bəzi hallarda biz xəstələrə seksoloq, ya seksopatoloq deyilən bir mütəxəssislər – əslində onlar psixoloq olur, amma bu problemlə məşğul olurlar… Biz yönləndiririk bu mütəxəssislərə.
Erkən boşalma sinir həssaslığı səbəbilədirsə, həlli yolları
Həssaslıq məsələsidirsə, yəni çox həssasdır reseptorlar, bu halda 2 növ var: Ya dərman, ya da ki, əməliyyat.
Erkən boşalmaya qarşı dərman müalicəsi
Bir neçə tip dərmanlar var. Bunlar, həmin o sinirlərin həssaslığını azaldan dərmanlardır. Bunun bir neçə variantları var. Elələri var, məsəl üçün cinsi əlaqədən müəyyən vaxtdan qabaq içilməlidir. Eləsi var requlyar içilməlidir. Bunlar xüsusiyyətlərdir və hər xəstə üçün individual seçilir. Hansı daha realdır və daha rahatdır?
Erkən boşalmanın əməliyyatla müalicəsi
İkinci variant əməliyyatdır. Əməliyyatın məqsədi ondan ibarətdir ki, həmin o sinirlərdə olan o həssaslığı azaltmaq. Orda bir neçə variantlar, müəyyən xüsusiyyətləri var.
Onu xəstə ilə danışandan sonra, xəstənin vəziyyətini biləndən sonra biz dəyərləndirə bilərik ki, hansı əməliyyat növü bu xəstəyə daha rahat olar. Bunlar hamısı cinsi əlaqənin vaxtı ilə bağlıdır, müəyyən psixoloji durumla bağlıdır və s.
İndiki dövrdə bu durumun müalicəsi var. Hərtərəfli müalicəsi var. Sadəcə bəzi hallarda bu tək bir androloqun işi olmur. Yanaşı mütəxəssislər bu məsələyə cəlb oluna bilər. Seksopatoloq, seksoloq… Amma indiki dövrdə bu məsələ həll olunur və öz yolunu tapır.

Leave a Reply