Erektil disfunksiya – sərtləşmə probleminin həlli yollarından penil prozezlərlə bağlı paylaşımımıza müəyyən suallar gəldi:
“Penil protezi qoyulursa, bəs cinsi əlaqə zamanı cinsi əlaqədə olan həssaslıq, ya spermanın ifrazı olurmu, olmurmu və bu məsələlər necə olur bu xəstədə?”
Penil protez, sinir sistemi, həssaslıq, həzz və sperma ifrazı
Bunu qeyd eləmək istəyirəm ki, penil protez sırf cinsiyyət orqanında olan kovernoz korpusların içinə qoyulur. Protezi qoyarkən biz sinir sisteminə, həssaslıq sisteminə və spermanın ifraz sisteminə heç bir təsir göstərmirik və bizim cərrahiyyəmiz də bu bölgələrlə bağlı deyil.
Sadəcə penil protezlər sərtləşmə funksiyasını yerinə yetirirlər. Həssaslıq yerində qalır.
Sperma ifrazı da ki, əgər sizdə bundan əvvəl heç bir prostat vəzidə əməliyyat keçirilməyibsə, hamısı öz yerində qalacaq. Yəni bu problem deyil.
Penil protezlər və cinsi istək
Başqa bir izləyicidəi belə bir sual gəldi ki,
“Penil protezin cinsi həvəs, istək məsələsinə bir təsiri vaR, yoxsa yoxdur?”
Yox! Bunun istəyə heç bir təsiri yoxdur. İstəyə nə təsir edə bilər? Bu, testosteronun səviyyəsi… İstək məsələsi testosteronla bağlıdır çox vaxtı. Əgər testosteron özü aşağıdırsa, istəyirsiniz penil protez qoyun, ya başqa bir nəsə məsələlər, yəni bu kömək etməyəcək, istəklik yaratmayacaq bu penil protez. Bu sadəcə mexaniki funksiyasını yerinə yetirir. Başqa heç nə.
Penil protez mövzusu – bu o demək deyil ki, elə hər bir adamda əgər hansısa bir həvəs yoxdursa, istək yoxdursa, və ya erektil disfunksiya varsa, bu hamıya olunmalıdır və möcüzə bir müalicə metodu kimidir. Xeyr, bu belə deyil.
Penil protezlərin əməliyyatı üçün göstərişlər var. Əlbəttə ki, psixoloji durumlar bura aid deyil. Əgər sizdə hansısa bir psixoloji stres, depressiya varsa da, bu o demək deyil ki, siz qaçmalısınız, birbaşa protez qoymalısınız. Protez sizin probleminizi həll etməyəcək.
Əgər doğurdan da hansısa bir xəstəlik varsa və həmin o xəstəlik sərtləşmədə problemlərə gətirib çıxardıbsa, o zaman penil protez sizin üçün doğurdan da möcüzəvi bir müalicə metodu kimi mən deyərdim.

Leave a Reply