Xaya və xaya artımı iltihabı: orxit və epididimit

Latınca xaya “orchis” deməkdir. Xaya artımı isə epididymis. Xəstəliklər isə, epididimit və “orxit”. Yəni ki, bu iki orqanın iltihabı. 

Epipidimis 

Hər bir xayanın ətrafında xaya artımı deyilən bir orqan var. Xaya artımı nə üçün lazımdır?

Spermatozoidlər xayada ifraz olunur. Sonra isə düşür xaya artımına və orada müəyyən reaksiyalardan sonra spermatozoidlər aktivləşir. Spermatozoidlər xaya artımından çıxır. Xaya isə spermatozoidləri yaradır. 

Xayanın başqa funksiyası da var: Hormonal funksiyası – testosteron və cürbəcür maddələri ifraz edir bizim bədənimizə… Əlbəttə ki, bu bədənin inkişafında və ümumiyyətlə yaşamda bu vacib bir orqandır. 

Epididimit nədir?

Bu iki orqanda bir neçə xəstəlik ola bilər. Ən tez-tez rastlaşdığımız xəstəlik: epididimitdir. 

Epididimit nədir? Epididimit xaya artımının iltihabı xəstəliyidir. 

Epididimit 2 cür olur: 1) xronik epididimit, 2) kəskin epididimit. 

Əslində haradasa bir 80-90% hallarda xaya artımının iltihabı xayanın iltihabı ilə bir yerdə gedir. Yəni ki, bu iki orqan bir-biri ilə bağlıdır deyə, sırf xaya artımında iltihablanma olmur. Əlbəttə ki, xayaya da bu təsir edir və xayada da iltihab başlaya bilər. 

Epididimit və orxitin əlamətləri

Xəstələr ilk növbədə hansı şikayətləri deyə bilərlər? 1) Xayada böyümə, 2) ağrı. Əsas şikayət iki dənədir. 3) Bədən temperaturunun yüksəlməsi… 

Bu böyümə dediyim şikayət kəskin şəkildə baş verir. 1 günə, 2 günə, 3 günə xaya öz ölçüsündən 3-4 dəfə böyüyə bilər. Buna kəskin epididimit, ya da kəskin orxit deyirlər. 

Epididimit və orxit səbəbləri

Səbəbləri əsasən də cinsi yollarda hansısa bir infeksiyanın olmağı kimi ola bilər, immunitetin zəifləmə səbəblərindən ola bilər, bəzən hansısa bir qrip xəstəliyi, hansısa bir “soyuqdəymədən” sonra bu bir ağırlaşma kimi ola bilər. Prostatitdən sonra ola bilər, ya prostatit zamanı ola bilər. Yəni cürbəcür variantları var. 

Epididimit və orxitin diaqnostikası

Bu diaqnozları hansı üsulla qoymaq olur? 

90% hallarda USM eləyəndə xayaları bu diaqnoz qoyula bilər. Yəni ki, USM yetərlidir ki, xəstəyə diaqnoz qoyaq. 

Əlbəttə ki, xəstənin özünə də baxmaq lazımdır. Palpasiya eləmək lazımdır. Şikayətləri dəyərləndirmək lazımdır. Bunlar hamısı bir şəkilə formallaşır və xəstəyə diaqnoz qoyulur. 

Epididimit və orxitin müalicəsi

Müalicəsi isə, 95% hallarda dərman müalicəsidir. Yəni konservativ müalicə olunur. 

Müalicə müddəti 

Təxminən 10 gün ərzində tamamilə bu müalicə olunur. Amma xayanın ölçüsünün öz yerinə qayıtmağı bir az vaxt çəkə bilər. 10 gün yox, 1 ay da çəkə bilər, 1,5 ay da çəkə bilər. Ona görə müalicədən sonra əgər şikayətlər keçdisə, amma xaya elə böyük ölçüdədirsə, bundan qorxmaq lazım deyil. Bu bir müddətə özü öz yoluna düşəcək. 

Epididimit və orxitin ağırlaşması

Epididimit və orxit müalicə olunan xəstəlik. Amma əgər sizdə xayanın böyüməsi ilə bir yerdə bir neçə gün temperatur varsa, yəni yüksək temperatur, 38-dən artıq, bu normal deyil. Ola bilsin ki, xayada çirk yığılsın. Bu daha ağır nəticələrə gətirib çıxarda bilər ki, tam xaya götürülə bilər. Ona görə özünüzü çatdırmayın o dərəcəyə. İlk növbədə hansısa bir dediyim şikayətlərdən gördünüz ki, sizdə varsa, onda mütləq həkimə müraciət eləyin.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *