Sistit nədir?
Sistit sidik kisəsinin iltihabı deməkdir.
Biz həkimlər sistitə 90% hallarda qadınlarla rastlaşırıq. Yaşından fərqli olmayaraq bütün qadınlarda bu xəstəlik ola bilər.
Sistitin səbəbləri
Xəstələrə fikir verəndə görürsən ki, çox vaxtı sistit hansısa soyuqdəymədən sonra baş tuta bilər. İmmunitetin zəifləməsindən sonra və bəzi qrup xəstələrdə cinsi əlaqədən sonra da sistit ola bilər.
Sistitin əlamətləri
Əsas şikayətləri nədir?
Tez-tez sidiyə getmək, sidik zamanı göynəmə, yandırma, sidikdə qan ola bilər. Özü də kəskin şəkildə, çox miqdarda qan ola bilər.
Burada bir şey var ki, yəni bütün bu simptomlar hamısı birləşirsə və bunların yaranma vaxtı var…
Biri var ki, sizdə 1 ay var belə bir şikayətlər: bu çox güman ki, sistitlə bağlı deyil.
Kəskin sistit nədir?
“Kəskin sistit” və “xronik sistit” var.
Kəskin sistit, tutalıq ki, siz dünən rahat yatdınız və səhər-səhər durdunuz ki, bütün bu şikayətlər hamısı üzə çıxdı. Amma dünən yaxşı idiniz. Buna kəskin sistit deyirlər.
1 gün, 2 gün, 3 gün müalicə eləməyəndə kəskin sistit “kəskin pielonefritə” doğru gedir. Yəni ki, infeksiya sidik kisəsindən qalxır böyrək nahiyəsinə və böyrəkdə də iltihab prosesi başlayır. Bunlar bir-biri ilə bağlı məsələlərdir.
Xroniki sistit nədir?
Bir də var xronik sistit. Xronik sistit çox vaxt necə yaranır?
Özü də ki, qadınlarda xronik sistit çox ciddi bir mövzudur. Müəyyən xəstəliklərə gətirib çıxara bilər qadınlarda.
Xronik düzdür, müəyyən şikayətlər tutalım, 1 il ərzində, bir neçə ay ərzində xəstə qeyd edir ki, yadırma-göynəmə var, amma tez-tez getmirəm, ya da məsəl üçün tez-tez gedirəm, amma belə başqa şikayətlərim yoxdur.
Ümumiyyətlə xronik sistit belə bir mövzudur ki, bunu tam dəqiqliyi ilə araşdırmaq lazımdır. Çox vaxtı kəskin sistit zamanı xəstəyə bir dənə sidik analizi ilə, bir dənə ultrasəs müayinə ilə bu diaqnozu qoymaq olur. Amma xroniki sistit olanda burada daha çox müayinədən istifadə etməliyik ki, tam olaraq bunu aşkarlayaq və lazım olan müalicəni edək.
Postkaital sistit
Bir də 3-cü tip bir sistit var – postkaital.
Postkaital, yəni ki, nə deməkdir? Cinsi əlaqədən sonra olan sistit.
Bu mövzu çox yerdə müzakirə olunmur. Səbəblərin də çox vaxt adamlar bilmir.
Bu tipli qadınlarda hər cinsi əlaqədən sonra sistit yaranır və bunlar bunu lazım olan müalicə etmirlər deyə, bu sistit sonra yenidən təkrar-təkrar yaranır.
Bu sistitin bir necə səbəbi ola bilər.
- Birincisi, bəzi xanımlarda sidik kanalının dispozisiyasımı deyim, ya bir az anatomiyasında xüsusiyyətləri var ki, uşaqlıq yoluna daha yaxın yerləşir deyə və cinsi əlaqə zamanı reflüks kimi yarana bilər.
- İkincisi, cinsi partnyorda müəyyən infeksiyalar ola bilər, müəyyən bakteriyalar ola bilər, hansı ki, bu nəticəyə gətirib çıxarda bilər.
- Və üçüncüsü əlbəttə ki, bu, vaxtında normal müalicə olunmayan kəskin sistit, ya da xroniki sistit.
İnterstitial sistit
Ümumiyyətlə hər bir sistitin müalicəsi var. Sadəcə bir məsələ var ki, kəskin vəziyyətdə bunun bir müalicəsi var, xronik vəziyyətdə bunun başqa müalicəsi var və postkaital sistitdə bunun tamamilə başqa müalicəsi var.
Əgər xanım bu sistitlə qarşılaşırsa və lazım olan heç bir müalicə, müayinə etmirsə, sonra bu, sidik kisəsində ciddi bir dəyişikliklərə gətirib çıxarda bilər və “interstital” dediyimiz bir sistitə gətirib çıxara bilər.
“İnterstitial sistit” zamanı sidik kisəsinin həcmi balacalaşa bilər və əgər normada 150 ml – 200 ml yığılırsa, bu xəstələrdə 50 ml, 30 ml yığılan kimi kəskin sidik hissiyyatı gəlir və bu xəstə qaçmalıdır tualetə kəskin vəziyyətdə.
Ona görə əgər sizdə belə bir simptomlar varsa, mütləq bunları lazım olan müayinədən keçmək lazımdır və müalicə etmək lazımdır.
Sistitin müalicəsi
Sistitin müalicəsindən danışsaq, əgər xəstədə kəskin bir sistitdirsə, xəstədə kəskin ağrılar varsa, dözə bilmirsə, bəli, o halda biz xəstəyə müəyyən analizlərin nəticəsini gözləməyərək müalicə yaza bilərik.
Amma hər halda yaxşı olardı ki, əgər xəstədə belə bir simptom varsa, xəstə birbaşa sidiyin əkilməsini versin. Biz aşkarlayaq ki, bu hansı infeksiyadır hansı antibiotikə daha həssaslığı var. Bu halda bu xəstəliyin müalicəsi demək olar ki, 90-95% hallarda müsbət bir effekt alır xəstə.
Amma əgər xəstə bir dəfə kəskin oldu, getdi aptekə, aptekdə işləyən işçi dedi ki, “Mən sənə filan dərmanı məsləhət görürəm, filan antibiotiki..” Xəstə içir, həmin o bakteriyaların sayını azaldır, şikayətlər keçir, elə bilir ki, sağaldı, bir ay keçməmiş yenidən nəsə baş verir və yenidən sistit olur.
Əlbəttə ki, bu laqeydlikdir, belə etmək düzgün deyil.
Müəyyən pasiyentlər bir-birinə deyirlər ki, “Bax, mən bu dərmanı içdim, məndə keçdi”. Və digəri də gedir alır o dərmanı, içir, elə bilir ki, bunda həmin effekt olacaq.
Düzdür, effekt ala bilərsiz, amma o effekt müvəqqəti ola bilər və sonra hansısa bir provokasiya olan kimi yenə də sistit olacaq.
Amma o bir dəfə, iki dəfə, üç dəfə olan sistiti yenidən müalicə etmək daha çətindir, nəinki bunu ilkin olaraq normal müalicə etmək.
Sidiyin əkilməsi müayinəsini müalicəyə başlamadan əvvəl vermək
Məsələn, xəstə gəlir. Onda dözülməz bir vəziyyətdir. Xəstə əkilməni verir, biz əkilmənin nəticəsini gözləmirik.
Protokol var… O protokola əsasən, əgər xəstə gəlirsə və bunda ilkin olaraq kəskin sistitdirsə, xəstə əkilməni verir və biz o nəticəni gözləmədən buna lazım olan antibiotiki yazırıq.
Nə üçün?
Sabahsı gün, 3 gündən, 4 gündən sonra əkilmənin nəticəsi gəlir. Biz baxırıq – bizim antibiotik o bakteriya həssasdır, yoxsa yox? Amma bu 3 – 4 gün ərzində istər-istəməz xəstədə müsbət dinamika qeyd olunacaq. Yəni xəstə özünü yaxşı hiss edəcək.
Amma biz onu tam müalicə edə bilmərik bu antibiotiklə. Ona görə əkilmənin nəticəsini gözləyib, ola bilsin ki, antibiotiki dəyişib və başqa antibiotiklə müalicəni bitirmək üçün başqa antibiotik yazacağıq.
Sidiyin əkilməsini müalicədən sonra vermək
Əgər siz ümumiyyətlə əvvəlcədən əkilmə vermədinizsə, müalicəni başladınız və mən tövsiyə edirəm ki, o müalicə bitəndən sonra ən azı 1 həftə – 10 gün vaxt verirsiniz və ondan sonra əkilməni verirsiniz. Çünki antibiotik içə-içə “əkilməni” vermək bir az düzgün deyil. Ona görə ki, əkilmənin nəticəsi çox güman ki təmiz gələcək.
Əgər şikayət yoxdursa, müalicə normal gedirsə, bu halda…
Müalicə kömək etmədikdə
Əgər siz müalicə edirsiniz və görürsünüz ki, sizin şikayətlər getmir, daha da temperatur qalxır… Yəni ki, heç bir irəliləyiş yoxdur, amma siz antibiotik içirsiniz, bəli, bu halda, onda siz “əkilmə” verməlisiniz, mütləq.
Yarımçıq antibiotik müalicəsi
Və bir də bir qrup xəstələr var ki, tutalım gəldi xəstə… Kəskin sistit var bu xəstədə. Müalicəni yazırsan və xəstə gedir, belə deyək də, itir. Sonra bir aydan sonra təkrar gəlir, deyir ki, “Həkim, mən yenə sistit oldum.”
Başlayırsan dəqiqləşdirməyə ki, xəstə deyir: “Həkim, mən 2-3 gün dərmanı içdim, yaxşılaşdım və atdım, içmədim daha”.
Əlbəttə, bu düzgün davranış deyil.
Bu nəyə gətirib çıxardır?
Düzdür, siz o antibotiki içə-içə, sidik sistemində olan bakteriyaların konsetrasiyasını, miqdarını azaldırsınız. Amma bakteriyalarda antibiotikin təsirinə qarşı rezistentlik (müqavimət) yaranır və gələn səfər bu bakteriyalar həmin o antibiotikə qarşı həssas olmayacaqlar və daha da bizim işimiz çətinləşir ki, biz başqa antibiotikə keçməliyik.
Hamını bildiyi kimi hər bir antibiotikin mənfi tərəfi də var, müsbət tərəfi də var. Yəni ki, bir orqanı biz müalicə edirik, o birisini isə pis günə salırıq. Ona görə bu vəziyyətə çatdırmamaq üçün əgər sizə həkim kurs yazıbsa, antibiotik, siz bunu bitirməlisiniz.
Leave a Reply