Sual-Cavab

Burada urologia ilə bağı suallarınızı yazın. Cavab verməyə çalışacağam.

7 responses to “Sual-Cavab”

  1. Nar Avatar
    Nar

    Salam hekim. Sidik kisəsinin posterior divarında 9min ölçüdə postkontranst seriyalarında kontrastlanma gösdərən lezyon nə deməkdir. Xahiş edirəm bu barədə məlumat verəsiniz.

    1. Dr.İlkin Göyüşov Avatar

      Salam. Ola bilsin ki, sidik kisəsinin törəməsi (şişi) olsun.

  2. Sima müəllimə. Avatar
    Sima müəllimə.

    Salam, dr.Qızımda nevroz xəstəliyi var. Həkimlər dərmanlardan onda atoniya olduğunu dedilər, müalicə yazmadılar. Sizcə operasiya və ya müalicə ilə ona kömək edə bilərsiniz?

    1. Dr.İlkin Göyüşov Avatar

      Salam.

      Nevroz xəstəlik kimi qeyd olunmur. Problemin nə olduğunu dəqiqləşdirmək lazımdır. Travma olub, yoxsa başqa bir səbəb var? Daha dərin diaqnostika aparmaq lazımdır ki, səbəbi bilək.
      Bir də, xəstənin neçə yaşı var?

  3. Məmmədəli Avatar
    Məmmədəli

    Salam.Mənim 63 yaşım var.Kreatinim 245 qalxıb, 2 il bundan qabaq əməliyyat olmuşam,böyrəyimin birindən çoxlu daş çıcarıblar.ancaq ətin içərisindən olanları çıxara bilməyiblər.o biri börəyim az fəaliyyət göstərir.Xahiş edirəm mənə itiqamət göstərin,nefroloqa yoxsa uroloqa gedim.İnternetdən həkim axtarırdım,sizin videolarınızı gördüm.Düşündüm ki,mənə siz kömək edə bilərsiz.

    1. Dr.İlkin Göyüşov Avatar

      Salam. Zəhmət olmasa əlinizdəki müayinə nəticələri ilə birlikdə uroloqa yaxınlaşın. Ətraflı müayinə etdikdən sonra konkret nəsə demək olar.

      1. Məmmədəli Avatar
        Məmmədəli

        Salam
        🙏🙏🙏

Leave a Reply to Nar Cancel reply

Your email address will not be published. Required fields are marked *