Testosteron qəbulunun fəsadları

Əgər siz testosteron qəbul edirsinizsə, fərqi yoxdur hansı bir formada, siz mütləq bunun mənfi tərəflərini də bilməlisiz. 

Müsbət tərəfini biz bildik ki, yəni bu müəyyən problemləri həll edir. Amma ki, bunun mənfi təsirləri də var və bunu bilməlisiniz. Əsasən də cavan adamlarda… 

Nə ilə bağlıdır bu problemlər? 

İki dənə mövzu var. 

Testosteron qəbul etdikdə orqanizm özü testosteron iifrazını dayandırır

Birincisi, əgər biz qıraqdan, hansısa dərmanla testosteronu qəbul ediriksə, bizim bədənimiz bunu, belə deyim də başa düşür ki, biz haradansa testosteron qəbul edirik və özünün içində olan hüceyrələr, hansı ki, testosteronu ifraz edir, bunlar dayanır. 

Yəni bu o deməkdir ki, əgər biz qıraqdan testosteron qəbul ediriksə, bizim özümüzün testosteronumuz, hansı ki, bizim bədən yaradır, o düşür, hətta dayanır. 

Ona görə, testosteron müalicəsi eləyəndə mütləq biz bunu nəzərə almalıyıq. Yəni birbaşa biz müalicə etdik, bitirdik və daha qəbul etmirik… Elə bilirik ki, bizim testosteronumuz bu dəqiqə yəni ki, çox belə yaxşı bir vəziyyətdə olacaq. Yox! Çox vaxtı o momentlərdə düşmə olur. Çünki dərman gəlmir, öz bədənimizdə olan hüceyrələr hələ ki testosteron yaratmır və ona görə, belə bir disbalans yaranır. Və bu bədən üçün istər-istəməz stresdir. 

Stresdən çıxmaq üçün müəyyən müalicə üsulları var, düzgün çıxma üsulu var. Yəni ki, bu testosteronun müalicəsindən sonra… Burada qaydalar var. Buna mütləq riayət eləməlisiniz siz. 

Amma bunun qaydalarını mütləq sizə həkim danışmalıdır ki, bu necə olacaq, nə təhər olacaq… 

Testosteron qəbul etdikdə sperma yaranması dayana bilər

İkincisi, nəyə görə mən cavan adamlardan danışdım? Cavan kişilərdən əsasən də… 

Fertil kişilər, yəni hansı ki, gələcəkdə cütlüklərdə hamiləlik planlaşdırırlar, uşaq dünyaya gətirmək istəyirlər, buna daha çox diqqət etməlidirlər. 

Bizim qıraqdan qəbul etdiyimiz testosteron spermatozoidlərimizə təsir göstərir. Düzdür, spermatozoidlərin özünə yox, amma bunların yaranma prosesinə təsir edir. Və bəzi adamlarda bu proses tam olaraq dayanır və biz görə bilərik ki, testosteron qəbul edən adamda gedir spermoqramma verir və orada sıfır çıxır. 

Biz başa düşürük bu nəyə görə belə oldu. 

Çünki, qıraqdan gələn testosteron spermatogenez prosesinə təsir göstərir və dayandırır bunu. 

Ona görə, burda da yenə də testosteron bitəndən sonra, ya testosteron olan zamanı mütləq yanaşı olan dərmanlar da olmalıdır ki, hansı ki, qoymur ki, bu proses düşsün. Yəni spermatozoidlərin yaranma prosesi. 

Bu 2 dənə əsas mənfi tərəfləri var bu testosteronun qəbulunun. 

Testosteron qəbuluna qarşı ifrat həssaslıq

Və bəzi adamlarda isə, testosterona qarşı hiperhəssaslıq olur. 

Bizim praktikamızda belə bir şey olub, özü də həkim idi xəstəmiz, 50 yaşında… Biz ona testosteron yazmışdıq və bir az pis reaksiya verdi. 

Çünki onun reseptorları çox ac vəziyyətində idi və uzun müddətdir lazım olan qədər testosteron yox idi bədəndə. 

Biz o xəstəyə gel formasında bunu yazdıq. 2 dəfə istifadədən sonra xəstədə əməlli-başlı problemlər yarandı: ürəkdə, təzyiqində… Ümumiyyətlə bədəni çox pis vəziyyətə düşdü. Araşdırdıq ki, nədir problem, niyə belə oldu və başa düşdük ki, bu testosteronla bağlıdır. 

Yəni ki, belə bir məsələ var ki, bizim bədənimizdə olan reseptorlar əgər çox ac vəziyyətindədirsə, biz testosteronu qəbul edən kimi bu bütün bədən üçün çox sərt bir reaksiya verə bilər. 

Bu o deməkdir ki, yenə də dediyim kimi testosestonun reseptorları bizim bütün bədənimizdə var. Yəni məsəl üçün, tək xayada, ya başqa orqanlarda yox, bütün bədəndə… 

Tutaq ki, kişilərdə qollarda tük var… Kişilərdə tüklənmə məsələsi qadınlardakı kimi deyil, daha da fərqlidir. Yəni bunlar hamısı bir-biri ilə bağlıdır. 

Testosteron qəbulun saçların tökülməsinə səbəb ola bilər

Bəzi hallarda testosteron qəbul edən adamlarda saç tökülmə ola bilər üzdə, başda və bu bir ağrılaşma da deməzdim, yanaşı bir effekt kimi belə bir şey ola bilər. 

Ona görə də bu testosteronla bütün olan məsələlər mütləq diqqət altında olmalıdır. Həm həkim tərəfindən, həm xəstə tərəfindən.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *