Necə siz başa düşə bilərsiniz ki, yəni testosteron sizdə aşağıdır? Bunun bir neçə göstəriciləri var.
Birincisi, burada kişiləri yaş qruplarına bölmək lazımdır.
Çünki biri var ki, cavan adamlar, biri də var ki, tutalım, 40-50 yaşından sonra olan kişilər. Bunlarda fərqli taktikadır.
Cavan kişilərdə testosteron azlığı
Tutaq ki, bir cavan oğlan var, bir 25 yaşı var və ilk şikayəti olur ki,
“Məndə cinsi həyatda problem var.”
Birbaşa gedir testosteron verir, müəyyən müayinələr keçir. Tutaq ki, testosteronun nəticəsi gəlir və bu nəticə aşağı sərhəddə yaxın nəticədir. Xəstə ola bilsin ki, panikaya düşür ki,
“Məndə testosteron aşağıdır. Bunun yuxarı sərhəddi tutalım 12-dir. Məndə 3 gəlib. Bu yəqin ki, məndə testosteron çatmır.”
Amma bu belə deyil. Panikaya düşmək lazım deyil.
50% hallarda cavanlarda hansısa bir cinsi problemlər hormonlarla bağlı deyil. Çox vaxtı bu nəsə psixoloji durumlarla bağlıdır.
Lap tutaq ki, artırmaq lazım olsa belə, testosteronu müalicəsiz qaldırma üsulları da var. Tək bu testosteronun ölçüsü ilə bağlı deyil.
Testosteronu analiz edəndə tək total testosteron o qədər də vacib deyil. 2 dənə əlavə maddə var, onlar da vacibdir: Biri sərbəst testosteron və biri də SHBG (Sex hormone-binding globulin – Cinsi hormonları birləşdirən qlobulin).
Bu göstəricilər də çox vacibdir.
Nəyə görə?
Çünki bizim bədənimizdə olan testosteronun təsir etməsi total testosterondan asılı deyil. Bizi gümrah saxlayan o testosteron deyil.
Bizi yaxşı vəziyyətdə saxlayan sərbəst testosterondur. Belə də bir mövzu var: “bioaktiv testosteron”.
Yəni total testosteronla hansısa bir vəziyyəti dəyərləndirmək düzgün deyil. Çünki o ümumi testosteronu göstərir. Amma o ümumi testosteronun hansı faizi bizim bədən onu qəbul edir və bizi bu hala gətirib-çıxardır, o vacibdir.
Çünki, ümumi testosteron normada ola bilər, amma bioaktiv testosteron aşağı ola bilər. Ona görə, xəstələr buna aldanmasın ki, mənim əgər ümumi testosteronum aşağıdırsa, problem var, əgər normadadırsa problem yoxdur.
Tutaq ki, testesteron normaldır, amma şikayətlər var – bu da norma deyil. Yəni bu artıq problemdir.
Ona görə testosteronu müayinə edəndə tək qan analizi deyil, testosteron deyil, bundan əlavə də müəyyən göstəriciləri biz yoxlamalıyıq. 4-5 dənə hormonlar var ki, biz onu yoxlamalıyıq.
Əlbəttə ki, qalxanvari vəzinin də hormonlarını biz mütləq yoxlamalıyıq. Çünki, o tərəfdən nəsə bir disbalans olanda o birbaşa testosterona təsir edir.
40 yaşdan yuxarı kişilərdə testosteron azlığı
İkinci qrup xəstələri götürsək, 40-dan, 50-dən yuxarı olan xəstələrdə tək cinsi həyat yox, bunlarda başqa şikayətlər ola bilər.
Məsəl üçün, artıq çəki, halsızlıq, gücsüzlük, müəyyən depressiya… Bunların hamısı ola bilsin ki, testosteronun aşağı düşməsi ilə bağlıdır.
Bu o demək deyil ki, biz bu simptomları gördük, birbaşa xəstəyə testosteron eləməliyik.
Yox! Bu belə deyil.
Çünki, yaşlı adamlarda testosteronu qaldırmaq üçün birbaşa testosteron vurmaqla deyil.
Yaşlı adamlarda bir az diqqətlə bu məsələ həll olunmalıdır. Çünki, testosteron o qədər də təhlükəsiz bir maddə deyil.
Nəyə görə?
Bəzi xəstələrdə tutalım, hansısa onkoloji xəstəliyi kəskin vəziyyətdə sürətləndirə bilər.
Tutalım, prostat vəzi xərçəngidir…
Mütləq, testosteronu yazmamışdan qabaq, müalicə etməmişdən qabaq prostat xərçənginə görə xəstə yoxlanılmalıdır. Əgər heç bir şübhə yoxdursa, onda testosteron müalicəsi olar. Əgər şübhə varsa da, yəni bu əks-göstərişdir.
Çünki, prostat xərçəngi testosteronla qidalanır və biz testosteron vuranda qıraqdan əlbəttə ki, bu, bunu qida kimi qəbul edir və kəskin şəkildə sürətlənir bu xəstəlik.

Leave a Reply