Bir neçə həkimin fikrini soruşmaq

Xəstəyə hansısa bir əməliyyat məsləhət görülür və bir qrup xəstələr var ki, sual qarşısında qalır: “Mənə bu əməliyyət həqiqətən lazımdır, yoxsa lazım deyil?” Yəni, bu diaqnoz düzgün qoyulub, yoxsa yox?

Mən bütün xəstələrə həmişə deyirəm ki,

“Siz başqa bir həkimin fikrini, hətta 1 həkim yox, 2-3 həkimin fikrini eşidə bilərsiz və bu ümumiyyətlə, dünyada normal sayılır”.

Çünki, hər həkimin müəyyən xüsusiyyətləri var ki, mən bu xəstəliyə bir gözlə baxıram, başqa bir həkim, bir az təcrübəsi çox olan həkim bəlkə də başqa cür baxır, təcrübəsi daha az olan həkim tamamilə başqa cür baxa bilər və daha çox təcrübəsi olan – bir professor məsəl üçün, o ayrı bir tərəfdən baxa bilər bu xəstəliyə və bu xəstəliyin əməliyyatına.

Ona görə, xəstələr tutaq ki, bir adamın fikrini eşitdisə, başqa həkimin fikrini eşitmək – bu normal bir haldır.

Ola bilsin ki, bəzi həkimlər buna “qısqanclıqla” yanaşır. Amma bu bir az düzgün deyil. Hər xəstə gedib, 2-3 həkimdən soruşa bilər ki,

“Bax, məndə belə bir diaqnoz var. Siz nə məsləhət görərdiz?”

Əgər sizə, tutalım 3 həkim eyni şeyi deyirsə, deməli siz düzgün yoldasınız. Yəni ki, deməli, sizə bu əməliyyat lazımdır. Adətən belə olur.

Amma bir qrup xəstələr də var ki, gedir 2-3 yox, 5-10 həkimin fikrini öyrənir. Bu tamamilə başqa bir durumdur.

Çünki, çox vaxtı bu xəstələr düzgün olan şeyi eşitmək istəmirlər. Onlar özünü aldatmaq istəyirlər ki, birdən o 10 həkimin içində hansısa tapıldı və tutalım mənə dedi ki,

“Sənə əməliyyat lazım deyil. Sən belə müalicə ilə davam edə bilərsən”.

Belə tipli bir həkimin yanına düşürlər və bəzi hallarda bizdə olur ki, xəstələr gəlir gecikmiş halda. Nəyə görə?

“Mənə bir həkim dedi ki, əməliyyat lazım deyil.”

Bəs deyirsən ki, sənə başqa 3-4 dənə həkim dedi ki, əməliyyat lazımdır!

“Mən əməliyyat olmaq istəmirdim və bu həkim dedi ki, əməliyyatsız müalicə edəcək”.

Bu biraz həssas mövzulardır.

Çünki belə xəstələr olur – gecikmiş vaxtlarda, gecikmiş hallarda. Əsasən də bu onkoloji xəstələrdə olur. Nəyisə düzgün eləmirlər, qaydasında eləmirlər və bu xəstələr çətin vəziyyətdə, ağır vəziyyətdə yenidən qayıdırlar bizə. Və əlbəttə ki, əgər ilk mərhələdə bu işi daha yüngül həll etmək olardısa, indiki vəziyyətdə bu bizim üçün çətinləşdirir və əlbəttə ki, xəstənin proqnozuna təsir edir bu məsələ.

Ona görə yəni ki, 2-3 həkimin fikrini bilmək – bu normal bir məsələdir və mən həmişə tərəfdarıyam ki, xəstələr öz xəstəlikləri haqqında məlumatı toplaya bilərlər. Yəni ki, “ümumi məlumat.” Heç kim demir ki, “Siz özünüzü müalicə edin.” Yox! Ümumi məlumat – yəni ki, bu gün, süni intellekt dövrüdür və hər şeyi öyrənmək mümkündür.

Amma bəzi xəstələr var, gəlirlər, adi mövzuları deyirsən ki, məsəl üçün, prostat vəzidir, sidik kisəsidir… Yəni xəstələr başa düşmürlər ki, bu sidik kisəsi hardadır, prostat vəzi hardadır, böyrək hardadır?.. Və əlbəttə ki, bu xəstələrə hansısa əməliyyatdan danışmaq, hansısa müalicədən danışmaq bir az problemli olur.

Çünki belə xəstələr adətən gəlib deyir ki,

“Həkim mən heç nə bilmirəm. Mənim reseptimi yaz, mən çıxım gedim!”

Yəni mənə elə gəlir ki, xəstə öz xəstəliyi haqqında heç olmasa, minimal bir məlumat bilməlidir ki, bir başa düşsün ki, bax, birinci dərman nəyə görə lazımdır, necə işləyir, ikinci dərman nəyə görə lazımdır, necə işləyir və əlbəttə ki bu, xəstənin ruh halını da yaxşılaşdırır və inanır ki, bu dərmanlar, bu müalicə hamısı köməklik edəcək.

Maariflənmək mütləq lazımdır.

Mən sevinirəm bəzi xəstələr yanıma gələndə hansısa bir minimal informasiyanı toplayıb gəlirlər ki, məsəl üçün,

“Həkim mən bilirəm ki, mənim durumumda bu əməliyyat lazım ola bilər, bu əməliyyat…”

Və mən o hər bir əməliyyatın xüsusiyyətlərindən danışıram və xəstə yenə də başa düşür ki, nəyə görə tutaq ki, bu əməliyyat yox, bu lazımdır və normal dialoq alınır və xəstənin müalicəsi də normal şəkildə keçir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *