Hamilələrdə sidik analizindən danışaq.
Çünki bəzi hallarda xəstələrdən sual gəlir, əsasən də hamilə qadınlardan ki, “Mənim sidiyimdə filan maddə var…” “Mənim sidiyimdə məsəl üçün, hansısa göstərici yüksəkdir…”
Bu çox vacib bir məqamdır. Çünki, hamilə qadınların sidik analizinə çox diqqət yetirilir, əsasən də genekoloq tərəfindən, uroloq tərəfindən.
Ümumiyyətlə, hamilə qadın hamiləliyin başlanğıcından axırına kimi ən azından 2 həftədən bir ümumi sidik analizi verməlidir.
Nəyə görə buna çox belə diqqət yetirilir?
Çünki, hamilə qadınlarda uşaqlıq böyüdükcə başlayır sidik yollarına təzyiq göstərməyə və bəzi hallarda sidik yollarında durğunluq yaranır. Böyrəklərdə genişlənmə ola bilər məsəl üçün, bir və ya hər iki tərəfdə… Sidik sistemində müəyyən dəyişikliklər ola bilər… Hormonal dəyişikliklər var hamilə qadınlarda. Bunların hamısı risk faktorlarıdır. Bununla bağlı da ən azından 2 həftədən bir sidik analizi verilməlidir.
Əgər hamilə qadın tutaq ki, sidik analizi verdi və gördü ki, sidik analizində hansı göstərici normal deyil, mütləq, ən azından öz ginekoloquna və sonra isə, uroloqa müraciət etməlidir.
Hansı göstəricilər hamilə qadın üçün norma deyil? Bir neçə videolarda mən demişəm ki, ümumiyyətlə sidik analizində leykositlərin, eritrositlərin yüksəlməsi bu norma deyil.
Hamilə qadının sidiyində bakteriya varsa?
Amma “bakteriya” dediyimiz bir göstərici var – “mikroflora” sidik analizində.
Əgər hamilə qadının sidik analizində “bakteriya” dediyimiz bir göstərici müsbət gəlibsə, bu normal hal deyil. Yəni, adi qadında əgər xanımın şikayəti yoxdursa, bu normal sayıla bilər, amma hamilə qadında sidik tər-təmiz olmalıdır, yəni ki, steril şəkildə olmalıdır.
Hamilə qadının sidik analizində bakteriya tapılıbsa, onda mütləq uroloqa müraciət eləməlidir və bu bakteriyanın olmağının səbəbini araşdırıb və tapmaq lazımdır.
Haradasa 90% hallarda bu durum hansısa dərmanlarla idarə olunur və problemsiz keçir.
Amma əgər hamilə qadın bu problem ola-ola heç hara müraciət eləmir, heç ginekoloqun da xəbəri yoxdur, əlbəttə ki, bu böyrəklərdə və sidik sistemində hansısa güclü bir iltihabın səbəbi ola bilər. Hətta hamiləliyin gedişatına çox ciddi bir təzyiq göstərə bilər.
Leave a Reply