Keçən yazıda mən “Xəstələr həkimlə necə danışmalıdır?” – mövzusuna toxundum. Bu yazının mövzusu isə “Həkim xəstə ilə necə danışmalıdır və hansı suallar verməlidir ki, nə etməlidir ki, xəstə qəbuldan məmnun olsun?” Yəni ki, bütün suallara cavab tapsın.
Əvvəlki müayinə nəticələrinə baxmalıdır
İlk növbədə əlbəttə ki, əgər xəstə özü ilə hansısa bir müayinələri gətiribsə, həkim baxmalıdır bunlara. Çünki bəzi hallarda bunlara hansısa həkimlər göz yuma bilər. Amma o keçmiş hansısa müayinələrdə indiki problemin səbəbi tapıla bilər. İlk növbədə kağızlara baxmaq: Nə olub xəstədə?
Yanaşı xəstəliklər haqqında məlumat alınmalıdır
İkinci məsələ, xəstənin hansı yanaşı xəstəlikləri var?
Elə xəstəliklər var, tutalım, şəkərli diabet, ürək xəstəlikləri, keçirdiyi əməliyyatlar hansısa bir uroloji problemə gətirib çıxarda bilər və bu problemin səbəbi gözümüzün qabağındadır. Sadəcə xəstəyə düzgün suallar verilməlidir ki, bu problemi araşdıraq.
MRT/KT müayinəsininin rəyinə yox, diskinə baxılmalıdır
Üçüncü məsələ, tutaq ki, siz əməliyyat məqsədi ilə həkimin yanına gəlmisiniz. Həkim mütləq KT oldu və ya MRT oldu, ona baxılmalıdır. Yəni, təkcə rəyi oxumaqla yetinmək bir az doğru olmaz.
Rəyi həkim radioloq yazır. Onun bu məsələni cərrahi tərəfindən tamamilə anlaması bir az çətin olur. Cərrah həmin o MRT-yə, ya KT-yə baxanda tamam başqa bir fikirlə baxır ki, mən necə edə bilərəm ki, bu əməliyyat daha rahat olsun, daha yaxşı keçsin və daha da tez keçsin.
Əlbəttə, əgər siz bu diskləri gətirmisinizsə, həkim ona baxmalıdır.
Və əlbəttə əgər siz bu müayinələri keçmisinizsə, KT oldu, MRT oldu – fərqi yoxdur, nəsə müayinələr keçmisinizsə, bunları mütləq siz özünüzlə gətirməlisiz.
Gün ərzində bir dənə, iki dənə xəstə olur ki, gəlir, deyir ki, “Hə, mən diski evdə unutmuşam”. Yəni disk vacib bir şeydir. Yazı o qədər də vacib deyil, amma disk, yəni bu mütləqdir. Disk oldu, flash kart oldu… Əgər MRT/KT orda yazılıbdırsa, bu mütləqdir.
Pasiyentə diaqnozu deyilməlidir
Bütün bunları keçəndən sonra həkim sizə diaqnoz qoymalıdır və diaqnozu sizə deməlidir. Mütləq sizi nə gözləyir: fəsadlar oldu, əməliyyat oldu, yəni sizi gözləyən nə varsa, siz bunu bilməlisiniz və həkim sizə bunu deməlidir.
Əgər həkim sizə deyirsə “Hər şey super olacaq!” – bu bir az bəlkə də düzgün deyil. Çünki, hər bir xırda əməliyyatın fəsadı ola bilər və hər şey super olmaya da bilər. Bu məsələ bir az çətin məsələdir.
Amma yenə də xəstə bütün nə ola biləcək şeyləri, ola bilməyəcək şeyləri bilməlidir ki, xəstə müəyyən şeylərə hazır olmalıdır. İstər pis şey oldu, istər yaxşı şey oldu, bunlara hazır olmalıdır.
Hazır olanda da xəstə bu, onun üçün şok olmur. Ortaya hansısa bir nüans çıxanda, əməliyyat bir az planlaşdırdığımız kimi getməyəndə ya xəstə üçün, ya xəstə qohumları üçün bu şok olmur. Yəni sürpriz olmur. Buna görə də bu məsələlərdə mütləq həkim sizinlə danışmalıdır.
Bəzi hallarda həkimlər daha da şişirdirlər bu məsələni ki, xəstənin gözləntisi o qədər də yüksək olmasın. Yaxşı nəticə alanda xəstənin əhval ruhiyəsi da daha da yaxşı olur.
Mən sizə məsəl üçün, desəm ki, bu dəqiqə eşikdə hava pisdir, qar yağır. Siz palto geyinərsiniz ki, eşikdə qar yağır. Çıxdınız, gördünüz ki, yox, hava yaxşıdır. Bəzi adamlar var – hirslənir. Bəziləri tam tərsi – fikirləşir ki, “Aaa… Nə yaxşı oldu?! Hava yaxşıdır!” O bir psixoloji hazırlıqdır. Bəli. Amma o bir yandan düzgün deyil.
Nəyə görə?
Çünki reallıq olmalıdır.
Reallıq – nə varsa, o danışılmalıdır və ondan sonra daha yaxşı nəticə oldu, ya o qədər də yaxşı olmadısa, onu qəbul etmək lazımdır.

Leave a Reply