Həkimlə necə danışmaq lazımdır?

Bəzi tip xəstələr var ki, həkimə gəlməmişdən qabaq bütün şikayətləri nədir, hansı suallar vermək istəyirsə, bunların hamısını qeyd edir və bu əslində yaxşı bir şeydir. Çünki, qəbul bitəndən sonra nə xəstənin sualları qalmır, nə də ki həkimin, belə deyim, qaranlıq bir sualları qalmır ağlında. 

Bu əlbəttə ki, ən ideal variantdır. Amma 99% hallarda belə variantlar heç demək olar ki, olmur. Elə, xəstə gələn kimi: “Mənim şikayətim budur.” 

Əsasən də, bəzi xəstələrdən soruşursan ki, 

“Şikayətiniz nədir?” 

Qayıdır ki, 

“Böyrəyimdə daş var”. 

Bu şikayət deyil. Bu xəstəlikdir. 

Şikayət ağrı ola bilər, yandırma, göynəmə, təzyiq, bədən temperaturunun yüksəlməsi, nəsə bir narahatçılıq… Bu şikayətdir. “Böyrəkdə daş…” olanda – bu şikayət deyil. Bu xəstəlik kimi gedir. 

Bəzi xəstələr olur, gəlir oturur, bütün şikayətlərini deyir, bütün nə baş verib bu 1 gün, 2 gün, 3 gün arasında və həkimdə heç sual qalmır verməyə. Birbaşa müaynəyəmi göndərir, ya müalicəsinimi yazır…. 

Elə xəstələr var ki, yəni, bunlarla gərək əlavə bir 10-15 dənə sual verəsən ki, bütün məlumat toplansın və xəstəyə bir diaqnoz qoyulsun. 

Əslində bu xəstənin işi deyil. Yəni, bu hakimin işidir ki, lazım olan suallar verilsin və sonra o diaqnoz qoyulsun. 

Çünki, xəstə əlbəttə ki, bilmir bu məsələ necə olunur, hansı sualları vermək lazımdır. Məsəl üçün, elə xəstəliklər var ki, ağrı bir yerdədir, amma problem tamamilə başqa yerdədir. 

Sonra, xəstə mütləq müayinə olunmalıdır həkimin yanında. “Müayinə” – yəni, mən nəyi deyirəm? Ümumiyyətlə, qarın boşluğu, böyrək nahiyəsi… Əgər bir şübhə varsa xəstəliyə, əlbəttə ki, bunlara baxılmalıdır. Pasternatski sindromu var, bu da baxılmalıdır. Yəni, həkim xəstəyə mütləq əllə baxmalıdır. Əgər nəsə bir ciddi şübhəsi varsa?!.. 

2 qrup xəstələr olur, hansı ki, ümumiyyətlə, demir məsəl üçün, nə dərman qəbul edir. Ya yadında deyil, adlarını bilmir…. 

Və ikinci qrup xəstələr var ki, əsasən də yaşlı adamlardır… Bunların dərman qəbul etməyinə və ümumiyyətlə bu xəstələrə hansısa qohumları baxır. Və bunlar məsəlçün, tamamilə bilmir hansı dərman qəbul edir və əsasən də bu problem çox vaxtı bizdə bir qrup xəstələrə aiddir. Bu xəstələrə, hansı ki, qan durulducu dərman qəbul edir. 

Çünki, əgər xəstə qan durulducu dərman qəbul edirsə, bunu birbaşa əməliyyata götürmək olmaz. Bu xəstəyə hazırlıq görülməlidir, müəyyən dərmanlar olunmalıdır ki, bunun qan sistemini əməliyyata hazırlamaq lazımdır. Çünki, əgər xəstə qəbul edirsə qan durulducu dərmanlar, əməliyyat zamanı ciddi şəkildə qanaxma ola bilər. Və əlbəttə ki, mən bütün xəstələrə tövsiyə edirəm ki, həkimə gəlməmişdən qabaq bütün içdiyi dərmanları bir kağızda yazsınlar, qeyd eləsinlər. Nə qədər qəbul edirlər, neçə tabletka, nə qədər müddətlidir bu məsələ?.. 

Bunların hamısı həkim üçün vacibdir. Çünki, elə dərmanlar var ki, onların əks təsiri gətirib çıxarda bilər uroloji problemə. Və siz bunu axtarırsınız ki, nədir, niyədir bu problem və bu qəbul etdiyiniz dərmanlardır. 

Tutalım, ən yüngül məsələ necədir? Gəlir xəstə, bir 45 yaşında, 50 yaşında kişi xəstədir və şikayəti nədir? Cinsi zəiflik. Başlayırsan araşdırmağa hansı dərmanları qəbul edir? Müəyyən tipli dərmanlar var ki, hansı ki, ürək üçün yazılır, bunlar cinsi həyata çox ciddi təsir edir. Və başa düşürsən ki, məsələ budur, problem budur və bunun həlli də məsəlçün, budur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *