Orijinal dərman yoxsa əvəzedici dərman? Hansını seçməli?

Dərmanlardan danışmaq istərdim. Bəzi xəstələrdə eşidirsən ki, belə bir sözlər, “firma dərmanı”, “hansısa bir dərmanın əvəzedicisi.” Yəni bu mövzuda bir az aydınlıq gətirmək istərdim. Bəzi xəstələr başa düşmür, “firma dərmanı” nədir?

Orijinal dərman və əvəzedici dərman nədir?

Ümumi götürsək, bütün dərmanlar firmayla istehsal olunur. Sadəcə belə bir terminlər var: “orijinal dərman” və “generik dərmanlar”

Bu nə deməkdir?

Bu o deməkdir ki, hansısa bir şirkət bu dərmanı kəşf edib və bütün dünya bazarına çıxarıb. Bu dərmana bu şirkətin patenti var.

Dərmanın patent nə deməkdir?

Patent o deməkdir ki, bu şirkətin o dərmana dair sənədi var. Necə ki, evin “kupçası” olur, bu da onun kimi bir mövzudur. Bu dərmanın da “kupçası” bu şirkətin əlindədir. Başqa heç kim müəyyən vaxta qədər bu dərmanı istehsal edə bilməz.

“Generik” – “əvəzedici dərman” nədir?

Müəyyən vaxt keçdikcə həmin o dərmanların “generik”ləri əmələ gəlir.

“Generik” nə deməkdir?

Bu o deməkdir ki, “əvəzedici dərmanlar.”

“Əvəzedici” sözü nə deməkdir?

Bu o demək deyil ki, yəni, bu nəsə tamamilə başqa bir dərmandır, eyni effekt verir. Xeyr! Bu həmin dərmandır. Yəni, bunun içində olan tərkibi, “orijinal” dərmanla eyni birdir sənədlərə baxsaq…

Amma belə bir xüsusiyyətləri var ki, hətta belə bir tədqiqatlar var ki, əsasən də Rusiyada belə bir tədqiqatla rastlaşdım ki, var “orijinal” dərman və “əvəzedici” – onların hamısının təsir etmə faizini hesablayıblar.

Araşdırma nəticəsində belə bir qənaətə gəliblər ki, “orijinal” dərman tutaq ki, 95% – 98% effektiv olursa, “əvəzedici”nin qədər qiymət aşağı düşdükcə təsir etmə faizi da aşağı düşür.

Dərmanı xəstə üçün həkim təyin etməlidir

Ümumiyyətlə, dərmanı xəstə seçə bilməz. Dərmanı həkim tövsiyə edir və bəzi xəstələrdə isə, dərmanın dozası xəstəyə uyğun hesablanır, ona baxaraq yazılır. Xəstənin yanaşı xəstəlikləri varsa da, buna baxaraq da yazılır. Son olaraq sözüm odur ki, dərmanı həkim seçir.

Aptekdə xəstəyə başqa dərman tövsiyyə edirlər

Belə bir hallar olur ki, xəstə gəlir aptekə, həkim yazıb, tərkibi olan dərmanı, “orijinal” dərmanı və aptekdə qayıdıb deyirlər ki, “Yox e… Bunun əvəzedicisi var, daha ucuzdur və daha keyfiyyətlidir.”

Bilirsiniz? Təəssüf ki, “ucuz” həmişə “keyfiyyətli” deyil.

“Orijinal” dərmanla bir xəstəliyi tutalım, 1 həftəyə müalicə etmək olarsa, siz həmin o “əvəzedici” dərmanla 2 həftəyə qurtara bilməyəcəksiniz. Çünki, o lazım olan effekti vermir.

Bu, o demək deyil ki, onlar pisdir, ya necədir?.. Bu çünki, tamamilə başqa bir məsələdir və ondan heç danışmaq istəməzdim.

Amma adətən, əgər həkim bir resept yazırsa, onun içində müəyyən dərmanlar tövsiyə olunursa, yəni ki, xəstə onları dəyişdirə bilməz, nə də aptek işçiləri də bunu dəyişdirə bilməz.

Düzdür, belə bir söhbətlə, necə deyim, xəstəyə onlara lazım olan məlumatı verə bilərlər ki, “Yox, bu yazılan boş şeydir. Bizdə daha onun yaxşısımı, nə bilim, ucuzumu var.” Amma xəstələrə də tövsiyəm odur ki, əgər siz hansısa dərmanı tapa bilmirsinizsə, ya siz həkimə geri dönüş eləməlisiniz, bəlkə həkim o dərmanları korreksiya edə bilsin, dəyişə bilsin ola bilsin və siz başqa apteklərə də baxıb o dərmanları tapa bilərsiniz.

Aptek işçisinin dərman yazmaq hüququ yoxdur

Ümumiyyətlə, aptek işçiləri bu mövzuya toxuna bilməzlər. Çünki, onların dərman yazma hüquqları yoxdur, müalicə etmək hüquqları yoxdur.

Yalnız “farmakoloq” deyilən bir ixtisas var və onlar bəzi mövzulara toxuna bilərlər. Tutalım, “Bu dərman bu xəstəyə düşə bilərmi?”

Biz xəstəyə dərman yazarkən hansısa yanaşı xəstəliyə görə və ya müəyyən allergik effektlərə görə, “klinik farmakoloq” deyilən həkimlərlə məsləhətləşirik bu mövzularda. Elə mövzular olur ki, mən özüm də məsləhətləşirəm ki, “Bax, bu xəstə üçün hansı dərman məsləhətli olar?”

Çox vaxt “klinik farmakoloq”lar xəstəxananın içində fəaliyyət göstərirlər. Yəni ki, bu “tibbi personal” kimi gedir, həkimdir.

Əgər xəstəxanada yatan bir xəstədirsə, ya ambulator bir xəstədirsə, amma mən bir son qərara gələ bilmirəm ki, hansı dərman bu xəstə üçün daha yaxşı olar, əlbəttə ki, mən farmakoloqlarla məsləhət edirəm və bu normal sayılır.

Amma əgər resept yazılıbsa, tövsiyələr olunubsa, bu məsələyə toxunmaq düzgün deyil.

İstehsalçı firmaya və ya ölkəyə görə dərmanların keyfiyyət fərqi varmı?

Bəzən xəstələrdən belə bir sorğu-sual olur ki, “Həkim, tutalım, hansısa bir dərman var, və onun var Almaniya istehsalı, Türkiyə istehsalı, Avropa istehsalı və s.”

Və bəzən də xəstələr niyə aldanır? Brendi istehsal edən dövlət.

Yəni ki, bu da bir az xəstələri aldadır.

Yəni ki, deyirlər ki, bu brend, məsəl üçün, harayasa – Avropaya aiddir… Amma bir az dərindən görürsən ki, zavod Çində yerləşir, ya tutalım, başqa bir dövlətdə yerləşir.

Mən nəyə diqqət edirəm?

Amerikada FDA deyilən bir qurum var. İcazə verir, bu dərman Amerika bazarına çıxsın ya yox.

Orada bütün bu nüansları: təsiri, əks-göstərişləri, yəni bütün bu mövzular araşdırılır uzun illər ərzində və sonra bir qərar çıxarılır ki, bu dərman, bəli, həkimlər tərəfindən istifadə oluna bilər.

İşlədiyimiz dərmanlar əlbəttə ki, onlar hamısı bu FDA siyahısında var.

Eyni firmanın başqa ölkələrdə istehsal olunan dərmanları arasında keyfiyyət fərqi olurmu?

Tutalım, hansısa bir böyük şirkət var və o şirkətin Almaniyada da zavodu ola bilər, Hindistan, Pakistan dövlətlərində zavodları ola bilər.

Əgər bu ciddi bir şirkətdirsə və əgər bu zavodlar doğrudan da həmin o şirkətə məxsusdursa, əlbəttə ki, onlarda müəyyən keyfiyyət standartları var və mən əminəm ki, orada özbaşınaçılıq olası deyil.

Əgər eyni bir şirkətin dəumanıdırsa, Almaniyada istehsal olunan dərmanla Pakistanda, Hindistanda istehsal olunan dərman arasında fərq olmamalıdır. Bunlar eyni olmalıdır.

Bahalı dərman daha keyfiyyətlidir?

Hətta bəzən xəstələr nəyə aldanır? Qiymətə.

Tutaq ki, hansısa bir dərman – hə, o Almaniyanındır, onun qiyməti tutalım, 100 manatdır. Hindistanınki 50 manatdır, ya 30 manatdır, tutaq ki… Yəni, burada qiyməti müqayisə etmək bir az düzgün deyil.

Hər bazarın özünün belə bir qiymət qüvvəsi var. Avropada alıcılıq qüvvəsi tamamilə başqadır. Avropada vergi tamamilə başqa hesablanır və əlbəttə ki, eyni bir dərman tutaq ki, Hindistanda və Almaniyada istehsal olunanda onların mayası fərqli bir qiymətə gəlir.

Yəni ona da aldanmamaq lazımdır.

Bu o demək deyil ki, yəni, bahalı dərman pisdir, ucuz yaxşıdır. Xeyr! Sadəcə, əgər eyni bir dərmandırsa, eyni bir şirkətin dərmanıdırsa, mən yəni ki, belə deyim də, tam da əminliklə deyə bilərəm ki, çox güman ki, bu dərmanlar eyni bir tərkibdir və eyni bir effekt verəcək. Sadəcə bazara məxsus xüsusiyyətləri var. Amma bu onun keyfiyyətinə təsir edəsi deyil.

Kombinə olunmuş dərman nədir?

Belə tipli dərmanlar var ki, təsiredici maddə 1 dənə deyil, 2 dənədir. Əsasən də prostat vəzi hiperplaziyasında istifadə olunan belə bir dərmanlar var, hansının ki, tərkibində 2 dənə dərman var.

Bəzi xəstələr fikirləşir ki, “Bunun effekti yaxşı olar, yoxsa pis? Bəlkə, mən onları tək-tək içim?”

Əsasən də urologiya ixtisası üzrə deyə bilərəm ki, bu dərmanlar heç də fərqli deyil. Əgər ayrı-ayrı da içsəniz, effekti olacaq, kombinə edilmiş dərmanlarda da eyni effekt alacaqsınız. Əgər bu dərmanlar doğrudan da “orijinal” dərmanlardırsa.

Əgər bu “əvəzedici”dirsə və ya məsəl üçün, hansısa bilinməyən bir dərmandırsa, əlbəttə ki, onun təsirinə bir az suallar var.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *