“Palliativ” və “radikal müalicə” metodları

Bəzi xəstələrdə suallar yaranır ki, “Radikal müalicə” nədir?, “Palliativ müalicə” nədir? Çünki, onkologiyada həkimlər arasında bu terminlərdən çox istifadə olunur. 

“Radikal müalicə” nədir?

Radikal müalicə dedikdə, “radikal” sözünün buradaki mənası xəstəliyin tam aradan qaldırılması deməkdir. 

“Radikal” sözü adətən hansısa müalicə metodu ilə birlikdə işlədilir. “Radikal şüa terapiyası” olur, “radikal əməliyyat” olur. Bu o deməkdir ki, xəstəlik sırf hansısa bir orqandadır və əməliyyatlamı, ya şüa terapiyasıyla, ya başqa bir müalicə üsulu ilə bu xəstəliyi aradan qaldırmaq olar. 

Burada, yəni tibbi dildə “radikal” sözünün mənası, orqanı tam olaraq götürməkdir. Yəni tutaq ki, deyirlər “radikal nefrektomiya” – bu o deməkdir ki, böyrək tam götürülür. “Radikal sistektomiya” – bu o deməkdir ki, sidik kisəsi tam götürülür. “Radikal histerektomiya” – yəni ki, bu o deməkdir ki, uşaqlıq tam götürülür. Yəni radikal sözün mənası orqanı tam götürməkdir. 

“Palliativ müalicə” nədir?

“Palliativ” sözü çox vaxtı o halda işlənilir ki, xəstəlik artıq çox irəliləyib. Yəni ki, xəstəliyin mərhələsi, belə deyək, gecikmiş haldadır, tutaq ki, 4-cü mərhələdir və xəstəliyi tam aradan qaldırmaq mümkün deyil. Yəni ki, belə bir müalicə metodu yoxdur. 

Tutaq ki, bir xəstə gəlir və onda böyrək xərçəngi var, gecikmiş haldır, böyük bir törəmədir və xəstə, əsasən də törəmənin yaratdığı fəsadlardan əziyyət çəkir. Bəzi xəstələrdə kəskin qanaxmalar olur. 

Bu halda, tutalq ki, biz xəstəni müayinə edirik, görürük ki, onun ağciyərində, haradasa başqa bir yerdə metastaslar var. Yəni biz fikirləşirik ki, bu böyrəyi biz götürsək, biz xəstəliyi onsuz da müalicə eləmirik. Amma əgər biz istəyirik ki, xəstənin ömrünü uzadaq və həyat keyfiyyətini bir az artıraq. Yəni ki, bu xəstə qanaxmadan ölməsin, intoksikasiyadan ölməsin deyə, biz əməliyyata gedirik və bu böyrəyi götürürük. Amma biz bilirik ki, bu xəstəlik aradan qaldırılmır. 

Bu müalicə növlərinə “palliativ müalicə” deyirlər. Yəni ki, xəstəliyi tam aradan qaldırılmır, amma xəstəliyin ağırlaşmasını və xəstənin həyat keyfiyyətini qaldırmaq üçün bu müalicə üsuldan istifadə olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *