Son zamanlarda, əsasən də cavan xəstələrdə belə bir halla rastlaşırıq ki, xəstə deyir:
“Həkim, məndə müəyyən simptomlar oldu və mən ChatGPT ilə söhbət etdim və orada mənə müəyyən tövsiyyələr oldu və mən elədim o tövsiyyələri, amma hansısa bir effekti ala bilmədim.”
Əlbəttə ki, bu ilk növbədə bir az gülməli gəlir. Amma ki, bir az bu məsələyə dərin getsək, bu çox həssas bir mövzudur. Son zamanlarda, əsasən də axır bir ildə süni intellektin inkişafı çox irəliləyib.
Ümumi götürsək, süni intellektin tibb sahəsində, belə deyim, yavaş-yavaş görünür ki, möhkəm bir yer özünə ayırır yavaş-yavaş. Əsasən də radiologiya sahəsində süni intellekt çox yaxşı bir uğurlara malik olub.
Nəyə görə?
Tutaq ki, tomoqrafiya: MRT, KT – bu müayinələrə baxaraq müəyyən nəticə verir. Hətta bəzi təqdiatlar var ki, hansısa süni intellektə, tutalım bir 10 min dənə ağciyərin tomoqrafiyasını yükləyüblər və belə deyim, öyrədiblər ki, əgər bu dəyişikliklər varsa, ola bilsin budur.
Bu nəticələr bizə göstərir ki, bəzi hallarda radiologiya sahəsində süni intellekt çox yaxşı bir nəticə edir. Yəni ki, həkimlərə köməklik kimi. Amma həkimi əvəz edici funksiya edə bilməz süni intellekt. Bu, yenə də, bu süni intellektdir. Bu, bəzi mövzuları başa düşə bilməz.
Düzdür, məlumat almaq üçün süni intellektdən istifadə etmək olar. Ümumi bir məlumat almaq üçün. Amma hansısa bir müalicəmi, köməklikmi?.. Əlbəttə bu bir az düzgün deyil.
Bu gün belə bir xəbər eşitdim ki, Səudiyyə Ərəbistanında hansısa poliklinikalarda süni intellekt olan, belə deyim də, həkim kimi təqdim ediblər… Yəni ki, bu həkim deyil, süni intellektdir. Hansı ki, xəstələrdən sorğu-sual edir, müayinələrə göndərir və bunları hamısını analiz edir və öz tövsiyyələrini verir.
Bu nadir olan bir şeydir. Yəni ki, buna da çox güvənmək lazım deyil.
Çünki, mən əminəm ki, tibb sahəsində olan süni intellektlər çox həssas mövzular var ki, yəni o ona toxuna bilməz heç cürə. Buna görə də, yəni bu məsələyə xəstələr çox ehtiyyat eləməlidir.
Bəli, informasiya üçün bu çox yaxşı bir üsuldur. Amma ki, hansısa bir qərar vermək və müalicə etmək – o biraz düzgün deyil.
Bəzi süni intellektlərdə insanların sağlamlığına hansısa təsir edici məsləhətlər qadağan olunub. Yəni ki, süni intellektlər sağlamlıqla bağlı məsləhətlər verə bilməz. Bu o deməkdir ki, bu süni intellektlər hələ ki, mənə elə gəlir ki, heç vaxt həkimi əvəz edə bilməz. Amma köməklik kimi göstərə bilər.
Leave a Reply