Uroloq qəbulundan əvvəl hazırlıq

Xəstələr uroloqa getməmişdən qabaq necə hazırlaşmalıdır? Deyim ki, bir standart nəsə hazırlaşma var… Belə bir şey yoxdur! 

Amma yenə də, həkimlər tərəfindən müəyyən tövsiyələr olunur ki, xəstələr hazırlaşsın, gəlsin. 

“Hazırlaşma” deyəndə yəni, nəyi nəzərdə tuturam? Burada bir neçə dənə məsələlər var. 

Uroloq qəbulundən əvvəl intim gigiyena

Birinci, intim gigiyenadan danışırıq. Yəni, kişi, yoxsa qadın oldu, fərqi yoxdur, mütləq həkimə gəlməmişdən qabaq intim gigiyena etməlidir. Bu ilk növbədə… 

Bəzi hallarda kişilərdə prostat müayinəsi etməliyik. Bu rektal müayinədir. Yəni ki, düz bağırsaqdan icra edilir. Burada da, yenə də, ilk növbədə intim gigiyenadan söhbət gedir. 

Uroloq qəbuluna ac qarına getmək lazımdır?

Uroloq qəçaluna ac qarına, yoxsa tox qarına getmək lazımdır? 

Bu aclıq/toqluq məsələsi uroloq üçün o qədər vacib deyil. 

Nəyə görə? 

Tutalım, sidiyin ümumi analizi verilməlidir… Əslində, burada bizim üçün siz ac oldunuz, tox oldunuz, fərqi yoxdur. Bizə əsasən vacibdir ki, bu sidik, ilk sidik olsun. Yəni ki, səhər durdunuz, bu ilk sidik olmalıdır. 

Bəli, bəzi qan analizlərini acqarına vermək lazımdır. Amma tam olaraq uroloji tərəfi biz nəzərdə tuturuqsa, burada ac qarına, tox qarına o qədər də vacib deyil. 

Qarın boşluğu orqanlarının ultrasəs müayinəsi

Üçüncü bir məsələ var ki, bu ac qarına, ya tox qarına olmaq, ultrasəs müayinə etməyə nəsə bir problem yaradırmı, yoxsa yox? 

90% hallarda böyrəklərə və ya sidik kisəsinin ultrasəs müayinəsi üçün, ac qarına və ya tox qarına olmaq, o qədər vacib deyil. 

Amma bəzi hallarda böyrəklərdə müəyyən problemlər olur və biz məcburuq böyrəkdən əlavə olaraq başqa orqanlara da baxaq. Qaraciyər oldu, mədəaltı vəz oldu, dalaq və s. Bu orqanlar qarın boşluğunda yerləşir. Əlbəttə ki, qarın boşluğunda olan orqanlara baxmaq üçün xəstə ac qarına olmalıdır. 

Müayinədən əvvəl 5-6 saatlıq aclıq kifayətdir

“Ac qarına” – mən nəyi nəzərdə tuturam? Bu əsas, vacib bir sualdır. “Ac qarına” – nəzərdə tuturuq ki, hardasa, xəstə 5-6 saat ərzində yemək yeməməlidir. 

Amma bir şey də var ki, xəstə 5-6 saat və hətta ondan artıq ac ola bilər, lakin bəzi xəstələrdə mədə sistemində, qarın boşluğunda müəyyən problemlər olur: köp problemi və s. problemlər olur. Bu problemlərin hamısı ultrasəs müayinə edəndə bizə çətinlik yaradır. Lazım olan orqanları, nüansları görə bilmirik. 

Müayinədən əvvəl bağırsaqları boşaltmaq lazımdır

Ona görə də, tövsiyə edirəm ki, bəzi xəstələrə həkimə gəlməmişdən qabaq, ya ultrasəs müayinədən qabaq mütləq böyük bayıra çıxsınlar. Əgər bu problemdirsə, mütləq hansısa dərmanlardan istifadə etsinlər ki, bağırsaq sistemi tam olaraq boşalsın. 

Uroloji ultrasəs müayinəsi üçün sidik kisəsi dolu olmalıdır

Başqa bir məsələ də var: su qəbulu. Yəni, uroloqa gəlməmişdən qabaq su içmək lazımdır, yoxsa azım deyil? 

Əslində, bayaq qeyd etdiyim kimi, ac qarına, tox qarına – bu o qədər də vacib deyil. 

Su məsələsi ilk növbədə ultrasəs müayinə üçün lazımdır. Çünki, sidik kisəsinə baxmaq üçün sidik kisəsi dolu olmalıdır. Yəni ki, sizin sidik kisəniz sidiklə dolu olmalıdır. 

Uroloq müayinəsindən 1 saat əvvəl 1 litrədək su için

Sidik kisəsinin dolu olması üçün həkimə gəlməmişdən qabaq mütləq su içmək lazımdır. Bu suyun miqdarında isə, burada bir standart yoxdur, təxminən yarım litr, 1 litr… 

Bəzi xəstələr var, həkimə gəlməmişdən qabaq 2 litr su içir, gəlir və deyir ki, “Mən 2 litr su içmişəm.” Xəstələrin fikirləşdiyi kimi işləmir. Yəni, o 2 litr birbaşa getdi sidik kisəsinə… Yox! Əlbəttə, o elə deyil. 

Həkimə nə lazımdır? 

Həkimə lazımdır ki, siz həkimə gələndə sizdə sidiyə getmək hissiyyatı olsun. Yəni ki, istək olsun. Biri var – cüzi, biri var – dəhşətli bir hissiyyat, biri də var – orta. Yəii ki, orta hissiyyat uroloqa lazımdır ki, hansısa bir müayinəni etsin. 

USM oldu, uroflometriya oldu, ya başqa bir müayinə oldu… Yəni ki, bu hissiyyat lazımdır. Yəni burada suyun miqdarı o qədər də vacib deyil. Əsas sizin istəyinizdir. 

Haradasa, təxminən bir saat qabaq maye içmək məsləhətdir. 

Miqdarı da belə deyərdim, yarım litrdən 1 litrə qədər. Ondan çox məsləhət görmürəm. Çünki, əgər bu yaşlı adamdırsa, bunun üçün bu 1 litr belə artıq ola bilər. Yəni, problem yarada bilər. Əsas odur ki, sidiyə getmək hissiyyatı olsun. 

Evdə çox su içib gəlmək əlavə problem yarada bilər

Bəzi hallar olur ki, əsasən də qadınlarda, evdə su içib gəlir, sidik kisəsi doludur və gəlir görür ki, həkimdə növbədir. Belə hallarda yaxınlaşıb həkimə deyə bilər ki, “Həkim, məndə vəziyyət gərgindir.” Bu normal sayılır və əlbəttə ki, biz belə xəstələri növbədənkənar qəbul edirik. Yəni, qoymuruq ki, nəsə bir başqa bir problem yaşansın. 

Təcili hallarda heç bir hazırlıq lazım deyil

Ən azından bu dediyim hazırlıqlar olmalıdır. Amma əgər, sizin şikayətlər, ağrılar və s. dəhşətli kəskin şəkildədirsə, əlbəttə ki, burada bu hazırlıqlara o qədər də ehtiyac yoxdur. 

Əsas bu şikayətlərin səbəbini tapmaqdır və siz bacardığınız qədər tez özünüzü həkimə çatdırmalısınız.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *