Perkutan Nefrolitotripsiya Əməliyyatı

Böyük böyrək daşlarından danışmaq istərdim.

Xəstələr tez-tez bizə böyrəklərdə 2 cürə daşlarla müraciət edir : ya çox xırda daşlarla, ya da böyük və mərcanvari daşlarla.

Çox vaxtı xəstələr sual qarşısında qalır ki, həmin bu daşlar aşkarlanandan sonra hansı müalicə növü, hansı əməliyyatı seçmək daha uyğundur.

Biz xəstələrə bütün əməliyyat variantlarını izah edirik. Amma ümumi götürsək, standart əməliyyat metodu “perkutan” dediyimiz bir əməliyyatdır.

“Perkutan əməliyyatı” nə deməkdir?

“Perkutan” deyəndə, bu əməliyyatın tam adı “Perkutan nefrolitotripsiya”dır. “Perkutan” – dərinin içərisindən keçərək deməkdir. “Nefrolitotripsiya” – bu o deməkdir ki, böyrəyin içində olan daşları parçalamaq. Adi vaxtlarda bu əməliyyata “perkutan əməliyyatı” deyilir.

Perkutan əməliyyatının məqədi nədir?

Bu əməliyat böyrəyin içində olan daşların, lazerlə və ya pnevmatik litotriptorlarla parçalanması və bütün qırıqların həmin yolla çıxarılmasıdır.

Daha da sadə dildə desək, böyrək nahiyəsində ultrasəs müayinə altında böyrəyin içinə punksiya edilir, yənu iynə qoyulur, o iynə ilə həmin deşik böyüdülür təxminən ya 5 mm-ə qədər, ya da 1 sm-ə qədər və “nefroskop” dediyimiz alət var, həmin o deşikdən “nefroskop” daxil olur böyrəyin içinə və bütün o daşları aşkarlayıb lazerlə və ya müəyyən litotriptor variantı ilə tam olaraq parçalanır.

Amma burada perkutan əməliyyatının iki variantı var.

Standart və supine position perkutan

Standart perkutan əməliyyatı

Birincisi, “standart” perkutan. “Standart” nə deməkdir? Standart deməkdir ki, əməliyyat masasında xəstə üzü üstə çevrilir narkoz veriləndən sonra və əməliyyat üzüstə olunur.

Bu “qızıl standart” dediyimiz bir metoddur.

Amma müəyyən səbəblərə görə, ümumiyyətlə bütün dünyada bu dəqiqə ikinci varianta keçirlər.

“Standart” metodikanın mənfi tərəfi nədir?

Əsas mənfi tərəfi ondan ibarətdir ki, müəyyən xəstələr var ki, ürək xəstəliklərinə görə, ağciyər xəstəliklərinə görə, bəzi xəstələrdə çəkiyə görə bu xəstələrin üzü üstə uzunmüddətli uzanması məsləhətli deyil. Bu müəyyən risklərlə bağlıdır. Əsasən də ürək xəstələrində.

İkinci mənfi tərəfi, əməliyyatın müddətinin uzadılmasıdır. Çünki, xəstəyə narkoz verib, sonra bu xəstəyə müəyyən müayinələr edib, sonra o xəstəni üzü üstə çevirmək ən azından 20 dəqiqə, 30 dəqiqə vaxt aparır standart variantlarda.

Bəzi variantlarda isə, daha da çox vaxt aparır. Yəni əməliyyatdan 30 dəqiqə keçib, amma əsas əməliyyat heç başlamayıb hələ.

Supine position perkutan əməliyyatı

Bizim klinikamızda – Respublika Diaqnostika Mərkəzində biz ikinci variant perkutan edirik. Bu əməliyyatın adı “supine position perkutan əməliyyatı”.

“Supine”, yəni ki “bel üstə” deməkdir, “litotomik” vəziyyətdə.

Bu əməliyyatın standart perkutan əməliyyatına görə üstünlükləri, əməliyyatın vaxtının qısaldılmasından, xəstələrdə daşın parçalanması zamanı daşların evakuasiyasının daha tez başa gəlməsindən və yanaşı xəstəliklər (kardioloji və s.) olan xəstələrdə risklərin daha da azaldılmasından ibarətdir.

Amma ümumi götürsək, demək olmaz ki, bu əməliyyatlardan hansısa daha yaxşıdır, hansısa daha pisdir. Burada belə bir seçim yoxdur. Sadəcə bu bel üstə olunan perkutan əməliyyatı hal-hazırda, son 5-7 il ərzində, daha da dünyada məşhurlaşır və bütün dünyada klinikalar bunun üstünlüklərini görüb, buna doğru gedirlər.

Bel üstə olunan əməliyyatda əsas faktor həkimin təcrübəsidir. Çünki bu əməliyyatların nəticəsi eyni olsa belə, başlanğıcı çox fərqlənir. Çünki üzü üstə olan əməliyyat – orada tamamilə başqa cür böyrəyə daxil olunur. Amma ikinci variantda, bel üstə olanda orada ultrasəs nəzarət altında olur. Ona görə də bu həkimlərdən çox yüksək təcrübə tələb edir.

Bizim klinikamızda demək olar ki, 98 faiz xəstələrdə, ümumi xəstələrdə biz “bel üstə” eləyirik əməliyyatı. Yəni ki, bu bizim praktikamızda ən çox rastlaşdığımız əməliyyatlardan biridir.

Amma yenə də mən 100 faiz deməzdim, 98 faiz. Bizdə də elə xəstələr olur ki, biz o 2 faiz xəstələri məcburuq “üz üstə” edək, müəyyən səbəblərə görə.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *