orijinal / generik dərman

Hansısa bir istehsalçı tərəfindən araşdırılaraq kəşf olunan, patentləşdirilən, özünəməxsus adla satışa çıxarılan dərmanlara “orijinal dərman” deyilir. Patent bu dərmanın bir müddət yalnız həmin şirkət tərəfindən istehsalına və satışına imkan verir.
Patent müddəti başa çatdıqdan sonra orijinal dərmanla eyni tərkibdə analoq dərmanlar başqa istehsalçılar tərəfindən istehsal olunub, satışa çıxarıla bilir. Bu analoqlara isə, “generik dərmanlar” deyilir.
Generik dərmanın orijinal dərmanla eyni təsiri göstərməsi gözlənilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *