Əməliyyat və tromboemboliya riski

Qonşudan, qohumdan – kimdənsə eşidirsiniz ki, məsəlçün, “Xəstəni bu gün əməliyyat elədilər. Xəstə sabahısı gün, ya xəstəxanadan çıxan günü rəhmətə getdi”. 

Bir çox hallarda bunun səbəbi tromboemboliyadır. 

“Tromboemboliya” nə deməkdir? 

Bu, o deməkdir ki, qan sistemində laxta yaranıb və o laxta hansısa magistral damarlara düşür və ürəyin fəaliyyətini, ağciyərlərin fəaliyyətini, ya beynin fəaliyyətini tamamilə dayandırır. Ani ölüm olur. Bəzən bu xəstələri vaxtında müdaxilə edib geri dönüş eləmək olur. Amma 90% hallarda yəni bu alınmır. 

Bunun səbəbi nədir? 

Bəli, tromboemboliya o deməkdir ki, tromb, yəni ki laxta düşür hansısa magistral damarlara. Amma bu, öz-özünə düşmür. 

Bu necə olur? 

Əsasən də bu tromblar bizim ayağımızda olan venalarda yaranır.Yəqin ki, fikir vermisiniz ki, kiminsə ayağında venalar çox kobud vəziyyətdə, çox geniş olur. Cinsiyyət fərqi yoxdur:
qadınlarda da olur, kişilərdə də olur. 

Əməliyyatqabağı tromboemboliya riskinə qarşı alınmalı tədbirlər

Xəstəni əməliyyata hazırlama üzrə dünya protokolları var. Onların arasında müəyyən hazırlıqlar da var ki, bunlar tromboemboliya yaranmasına qarşı alınan tədbirlərdir. 

Ayaq damarlarının ultrasəs müayinəsi

Əslində, əgər sizin əməliyyatınız yarım saat, 35 dəqiqə, 45 dəqiqədən artıq çəkməlidirsə, siz mütləq ayaqda olan damarların ultrasəs müayinəsini etməlisiniz və həkim baxmalıdır ki, orada tromb var, yoxsa yox. 

Əgər yoxdursa, orada başqa hazırlıqlar görür. Əgər varsa, orada başqa hazırlıqlar görülür. 

Ayaq damarlarında tromb yoxdur, amma əməliyyat uzun çəkəcək

Tutalım, biz götürdük ki, “Tromb yoxdur”. Tər-təmizdir ayaqlar. Amma əməliyyatın təxminən müddəti 45 dəqiqədən artıq çəkəcək. Yenə də burada biz hazırlıq görməliyik. 

Çünki, narkoz veriləndən sonra, əməliyyat zamanı xəstənin qanı həm qatı ola bilər, həm duru ola bilər və dəyişilə bilər. Bu məsələ stabil bir məsələ deyil. Əməliyyat zamanı bu məsələ dəyişilə bilər. 

Neyləməliyik? 

Əməliyyatdan qabaq geyindirilən kompression corablar

Bəzən xəstələr görür ki, əməliyyatdan qabaq onlara corab geyindirirlər. Uzun bir corabdır. Düz bud hissəsinə qədər… Ona “kompression corab” deyirlər. 

Onun məqsədi nədir? 

Kompression corabları geyindirməkdə məqsəd damarları, əsasən də venaları tonusda saxlamaqdır. Yəni ki, damarları sıxsın və orada tromb yaranmasın. 

Tromb nədən yaranır? 

Tromb əsasən bu 2 səbəbdən yaranır:

  1. Qan dövranı lazım olan səviyyədə deyilsə, 
  2. əgər laxtalanma sistemində nəsə bir pozğunluq varsa…

Kompression corab qoymur ki, venalarda ciddi bir durğunluq yaransın. 

Bəzi xəstələrə əməliyyat qabağı qan durulducu dərmanlar verilir. Qarın hissəsinə dərialtı “enoksiparin” dediyimiz bir dərman var, bunlar vurulur. Bu yenə də həkim tövsiyə olunandan sonra vurula bilər. 

Bütün bu hazırlıqlar sonda belə bir nəticəyə gətirib çıxardır ki, tromboemboliyanın riskini biz azaldırıq. Əlbəttə ki, sıfıra qədər bunu azaltmaq mümkün deyil. 

55 yaşdan yuxarı xəstələrə xüsusilə ciddi yanaşmaq lazımdır

Əsasən də burada 55 yaşından yuxarı olan xəstələrdir. Bunlarda biz çox bu məsələyə ciddi yanaşmalıyıq və hazırlıq görməliyik.

Amma bu tromboemboliyadan heç bir xəstə sığortalı deyil. Ki, “Məndə olmayacaq, kimdəsə olacaq…” 

Tromboemboliya sağlam, normal adamda da ola bilər

Ən sağlam, normal adamlarda ola bilər tromboemboliya. 

Çünki hər bir əməliyyat, hər bir narkoz bədən üçün qeyri-adi bir şeylərdir və bədən buna necə reaksiya verəcək, əlbəttə ki, bunu heç kim bilmir. 

Amma təxminən biz planlaşdıra bilərik ki, bu belə ola bilər. Və biz öz hazırlıqlarımızı görəndən sonra bu tromboemboliya riskini salırıq çox cüzi bir faizə. 

Əməliyyatdan sonrakı tədbirlər də tromboemboliyaya qarşı önəmlidir

Bəzi xəstələrə tək əməliyyata hazırlaşmaq yetərli deyil. Bəzi xəstələrdə tromboemboliya riskini azaltmaq üçün əməliyyatdan sonra da müəyyən tədbirlər olmalıdır. İstər dərman oldu, istər həmin o corab. 

Yəni elə birbaşa “Mən bu gün xəstəxanadan çıxdım. Mən bu corabları atdım, tulladım.” Yox! O elə deyil. 

Əməliyyatdan sonra qısa zamanda fiziki aktivlik vacibdir

Əlbəttə, palatada çox yatan xəstə, yəni ayaq üstə durmayan, aktiv olmayan xəstədə bu tromboemboliya riski daha da artır və biz çalışırıq ki, bu xəstələri əməliyyatdan sabahsı gündən bu xəstələr aktivləşir. İstər durub gəzmək… Yəni əlbəttə ki, güclü nəsə bir fiziki aktivlikdən getmir. Amma ən əsasən durub gəzmək, eləmək bunlar hamısı yəni mütləq lazımdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *