Böyrək genişlənməsi – hidronefroz

Hidronefroz ümumiyyətlə nə deməkdir? 

Hidronefroz böyrəyin genişlənməsi deməkdir. Böyrəkdə ifraz olunan sidik böyrəkdən çıxa bilmir və böyrək genişlənir. 

Hidronefrozun səbəbləri

Hidronefrozun səbəbləri çox ola bilər. 

Ən tez rastlaşdığımız xəstə qrupu hansısa onkoloji xəstələr, hansında ki, ya qarın boşluğunda, ya da ki, çanaq orqanlarında onkoloji xəstəlik var və həmin o xəstəlik sidik axarlarına təzyiq göstərir və böyrəklərdən sidik çıxa bilmir. 

Bu halda hidronefroz yaranır və bu hidronefrozla xəstələr bir müddət gəzir. 

Hidronefrozun fəsadları

Hidronefroz nəyə gətirib çıxarda bilər? 

Börək çatmamazlığına gətirib çıxarda bilər. Bu çox ciddi bir durumdur. Ona görə də vaxtında bu hidronefroza müdaxilə eləmək lazımdır. 

Sidik axarında daralmalar

Bəzən hidronefrozun səbəbi daralmalar olur sidik axarında. Sidik axarının 3 dənə hissəsi var və hansısa bir hissəsində daralma olanda yenə də böyrək əziyyət çəkir, sidiyi çıxarda bilmir vaxtında və genişlənir, həmin bu hidronefroz yaranır. 

Qısa zamanda və uzun zamanda yaranan hidronefroz

Adətən hidronefroz 2 cürə olur, belə deyək. Əslində, kitabda kəskin, ya xronik variantları yoxdur. Sadəcə gedir – hidronefroz. 

Amma ki, ümumi götürsək, biri var hidronefroz, hansı ki, yavaş-yavaş yaranır, ikinci variant – hansı çox qısa zamanda yaranır. 

“Qısa zaman” dediyim də, yəni ki, 1 günə, 1 günə, 2 günə, 1 günə, 2 günə, 3 günə. Belə… “Uzun müddət”, yəni ki, tutalım bir “1 həftədən artıq” deyəndə, artıq uzunmüddətli hidronefroz gedir. 

Hidnonefrozun əlamətləri

Bundan asılı olaraq da simptomlardan danışaq. 

Hidronefroz olan tərəfdə böyrək ağrısı

Əgər bu vəziyyət qısa zamanda yaranıbsa, yəni ki, 1 gün, 2 gün ərzində, çox güman ki, o hidronefrozun səbəbi 90% hallarda daş olur. Daş düşür sidik axarına və böyrəkdə genişlənmə yaradır kəskin şəkildə, ən qısa zamanda. Ona görə də bu vəziyyətdə həmin hidronefroz olan tərəfdə böyrəkdə ağrılar… Bu, ən tez rastlaşdığımız şikayətlərdən biridir. 

Sidik ifrazının azalması

İkinci şikayət ola bilsin ki, sidik ifrazının azalması. gün ərzində 2 litr sidik ifraz edirdisə, birdən, məsəl üçün, fikir verir ki, bu 1 litrə düşüb, ya məsəlçün 1,5 litrə… (1,5 litr – o qədər də kritik deyil.) Yəni ki, ümumiyyətlə sidik ifrazının azalması. 

Amma bu, o qədər də tez-tez rastlaşdığımız şikayətlərdən deyil. 

Əlamətlər olmadan hidronefroz

Əgər bu vəziyyət xronikdirsə, “xronik” yəni ki, yavaş-yavaş artır, çox vaxt bu xəstələr heç bir şikayət qeyd eləmirlər. Çünki, həmin o genişlənmə yavaş-yavaş yaranır. Cüzi ağrılar, nəsə belə bir şeylər ola bilər.

Amma xəstələr ona əhəmiyyət vermədiyinə görə aşkarlananda bu hidronefroz 3-cü, 4-cü dərəcədə aşkarlanır. Hidronefrozun 4 dərəcəsi var. 4-ü mərhələli hidronefroz bu deməkdir ki, artıq böyrəyin toxuması yoxdur. Sadəcə bir böyük sidik torbası kimi deyərdim… 

Böyrək öz funksiyasını yerinə yetirmir. Toxuması demək olar ki, yoxdur. Tomoqrafiyada baxsaq, bir sidik torbası kimi görsənir. Yəni ki, kapsuladır və içində sidikdir… 

Artıq bu, funksiya göstərməyən bir böyrəkdir. 

Temperaturun yüksəlməsi

Şikayətlərdən biri ola bilər ki, temperaturun yüksəlməsi. Yəni ki, temperatur 37,5 dərəcədən artıq olanda əgər yüngül ağrılar varsa, hansısa tərəfdə, bu da hidronefrozun bir simptomu ola bilər. 

Hidronefrozun müalicəsi

Hidronefroz olanda neyləmək lazımdır ilk növbədə? 

Əslində hidronefroz – bu norma deyil və bu vəziyyət deyim ki, həftələrlə, aylarla nəzarət etdiyimiz, gözlədiyimiz bir hal deyil. 

Yəni bunun üstünə kəskin şəkildə düşmək lazımdır. 

Çünki, belə bir moment yarana bilər ki, böyrəyi itirmək olar. Bu vəziyyətə ciddi yanaşmasaq… 

Neyləmək lazımdır? 

Bəzən olur ki, xəstə müraciət eləyir: kəskin ağrılar, temperatur və böyrək öz funksiyasını yerinə yetirməyəndə bu vəziyyəti biz kəskin şəkildə, tez zamanda biz həll eləməliyik. 

Bəzi xəstələrə nefrostomik drenaj qoyuruq. Yəni ki, nefrostomik boru, böyrək borusu, loru dilində desək… 

Bu metod ən tez zamanda böyrəyin funksiyasını bərpa edir. Bərpa edəndən sonra biz hidronefrozun səbəblərini tapmağa çalışmalıyıq. 

Nefrostomik drenajın nə olduğunu mən sizə növbəti yazıda izah edəcəm.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *