CASE: İki xərçəng bir adamda 

Çox maraqlı xəstə idi. Nəyə görə? Çünki xəstədə birbaşa 2 dənə xərçəng xəstəliyi var idi. 

Necə olmuşdu? Xəstə sidiyə gedəndə sidiyində qan var idi. Şikayətlərdən biri… 

Uroloqa müraciət elədi. Müayinə olundu və böyrəyində, böyrəyin içində bir törəmə aşkarlandı. Sonra xəstə bizə göndərildi. 

Biz baxdıq, xəstəyə. Xəstənin hardasa 65-67 arası yaşı var idi. 

Tomoqrafiya etdik, gördük ki, böyrəkdə bir şiş var. Şiş balaca bir şiş deyil. Böyrəyin toplayıcı sisteminə çox yaxın bir şiş idi. Və biz şübhələnirdik ki, bu ola bilsin uretelial xərçəngi olsun. Çünki var böyrək xərçəngi, var sidik axarının xərçəngi. Yəni loru dilində desək, sidik axarının xərçəngi. 

Bunlarda yanaşma bir az fərqlidir. Və əlbəttə ki, yaşını nəzərə alaraq biz xəstəyə tövsiyyə elədik ki, PSA analizi versin. Verilən zamanı gördük ki, PSA yüksək gəlib və ilk növbədə bu xəstəyə biz biopsiya etdik. Prostat vəzinin biopsiyasını. Orda da xərçəng aşkarlandı: prostat vəzi xərçəngi. 

Qapalı üsulla, laparoskopik əməliyyat etdik

Yəni xəstədə paralel olaraq iki dənə xərçəng gedirdi və biz bu xəstəni götürdük, əməliyyat elədik. 

Laparoskopik olaraq böyrəyini götürdük və prostat vəzisini götürdük limfa düyünlərlə bir yerdə. Yəni kombine edilmiş bir əməliyyat olundu. 

Belə əməliyyatlar hər klinikada edilmir 

Belə əməliyyatlar hər bir klinikada olunmur. Çünki burada çox güclü bir briqada lazımdır. Əməliyyat briqadası: həkimlər. 

Xəstə uzun müddət narkozda qaldığına görə bu məsələdə anestezioloqun çox böyük bir rolu da var. Xəstəni əməliyyat zamanı stabil etmək, müddətinə nəzarət etmək ki, xəstə sonra tez oyansın, problemsiz bu oyanma keçsin. 

Sonda biz bu əməliyyatı etdik və xəstəni eyni, bir əməliyyatda 2 xərçəng xəstəliyindən, belə deyək, azad etdik. Xəstəmiz əməliyyatdan sonra dördüncümü, ya üçüncü gün özü, özü ayağıyla evə getdi. 

Reabilitasiya prosesi

Müalicə üsulları minimal invazivdir deyə, yəni ki, laparoskopik, qapalı üsulla keçir deyə, əlbəttə ki, xəstələr üçün bu daha rahatdır və daha da tez reabilitasiya olunurlar, daha tez ayağa dururlar, daha tez dururlar, gəzirlər, eləyirlər. Yaşadığı mühitə, əməliyyatdan qabaq olan həyat tərzinə rahat qayıda bilirlər belə əməliyyatlardan sonra. 

Bəziləri soruşa bilər ki, necə olacaq? 

Əlbəttə ki, bu xərçəngin növlərindən asılıdır. 

Hansı xərçəng daha təhlükəli idi?

Soruşa bilərsiniz ki, məsəl üçün, hansı xərçəng bunun üçün daha təhlükəli idi həmin momentdə? 

Deyə bilərəm ki, böyrək xərçəngi daha təhlükəli idi. Amma məsəl üçün, xəstə istədi ki, biz bir zamanda 2 dənə əməliyyat eləyək. 

Prostat vəzi xərçəngi daha idarə olunan bir xəstəlikdir. Dərmanla, hansısa müalicə üsulları ilə biz ona təsir göstərə bilərik. 

Amma böyrək xərçənginə bir müddətə qədər ancaq əməliyyat olar. Ondan sonra metastaslar bədənə yayılsa, əlbəttə ki, burada əməliyyat variantları ancaq müəyyən şəkildə oluna bilər. 

Əlimizdə olan bizim müalicə üsullarımız o qədər də çox deyil. Ona görə xəstənin vəziyyətilə bağlıdır. Yəni ümumi vəziyyətilə, yanaşı xəstəliklərlə. Bu xəstədə bütün bunlar bizə imkan verdi ki, biz bu əməliyyatı bir əməliyyatın içində eləyək. 

Niyə bu xəstədə 2 xərçəng xəstəliyi var? 

Tam şəkildə deyə bilmərəm. Çünki ola bilsin prostat xərçəngi onlarda genetik olub. Məsəl üçün atada, atada, babada, atada, babada, qardaşda… Kimdəsə olubsa, bu ehtimalını artırır. 

Böyrəklərdə isə… 

Ümumiyyətlə, görsək ki biz xəstədə 2 dənə xərçəng var, deməli, bu xəstənin immun sistemində hansısa bir problemlər baş verir ki, bu məsələyə gətirib çıxardır. Əslində, bizim immun sistem xərçəngin qarşısını almalıdır özü, öz-özünə. Amma bu baş vermirsə, deməli immun sistemində nəsə bir problem var və bu qoymur ki, xərçəng hüceyrələri həm yaransın, həm məhv olunsun. Yəni qoyur ki, inkişaf etsin. 

Buna baxmayaraq biz bu xəstəliklərə təsir göstərə bilirik və bu xəstələr normal, düzgün yanaşma olandan sonra, normal üsullar, müalicələr, dərmanlar olunandan sonra bu xəstələr uzun müddətli, rahat yaşayırlar. Həyat keyfiyyəti də çox yüksək səviyyədə olur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *