Keçən mövzuda mən qeyd elədim ki, bütün kişilər 50 yaşdan sonra PSA analizi verməlidir və onun nəticəsinə baxaraq biz xəstənin diaqnozunu təyin etməliyik.
Ya hiperplaziya xəstəliyidir, ya müəyyən faiz xəstələrdə isə prostat xərçəngi çıxır.
Tutalım xəstədə prostat xərçəngi çıxmadı, onda isə, əgər xəstənin şikayətləri varsa və prostat vəzi böyüyübsə buna prostat vəzin hiperplaziya xəstəliyi, ya adenoma xəstəliyi deyirlər.
Bəzi xəstələr gəlir məsəl üçün deyir ki,
“Həkim, məndə prostat var”.
Başa düşürəm ki, bu qrup xəstələrin məsəl üçün, anatomiyadan biliyi yoxdur, ya bəlkə hansısa bir həkim düzgün başa salmayıb və deyir ki, “Məndə prostat var”.
Mən isə, başa salıram ki, prostat vəzi bütün kişilərdə var. Amma bəzi kişilərdə bu normal ölçüdə qalır, heç bir şikayət vermir, bəzilərində isə böyüyür və hansısa bir nəticəyə gətirib çıxarır. Yəni ki, şikayətlər başlayır, sidiyə gedəndə problem olur. Ona görə 50 yaşından sonra mütləq hər kişi xaylağı, USM, PSA analizi mütləq verməlidir, nəzarət altında saxlamalıdır və xəstəliyi vaxtında tutmaq lazımdır ki, adekvat olaraq lazım olan müalicə vaxtında da olsun.
Prostat adenomasının dərəcəsinin təyin olunması
Bu qrup xəstələr çox vaxtı hansısa bir şikayətlə yaxınlaşırlar bizə. Yəni ki, sidiyə tez-tez getmə şikayəti, sidik ifrazının ləngiməsi, ya gecə vaxtı tez-tez sidiyə getmək… Bu şikayətlərlə yanaşırlar. Tutalım, biz bütün müayinələrdən keçirdik xəstəni və təyin elədik ki, xəstədə adenoma xəstəliyi var, hiperplaziya xəstəliyi var. Burada vacib bir məqam var ki, yəni bütün xəstələr, hansında isə biz hiperplaziya xəstəliyindən şübhələniriksə, bunlara mütləq uroflometriya deyilən müayinə olmalıdır. Və biz uroflometriya nəticəsinə baxaraq xəstəliyin dərəcəsini dəyərləndiririk.
Urofloumetriya müayinəsinin nəticəsini oxumaq
Uroflometriya nəticəsi bizə nə məlumat verir? Əslində bizə diaqramma göstərir və bəzi sidik ifrazının göstəricilərinə məlumat verir. Burada ən vacib göstərici var. Yəni ki, sidik ifrazının maksimal sürəti, belə deyək… Professionallar arasında Qmax deyilən bir göstəricidir. Xəstədə bu göstərici 15-dən artıqdırsa, bu demək olar ki, normadır. 15 ml / saniyə – maksimal sürət. Adenoma xəstəliyində necə olur? Prostat vəzi böyüyür və böyüdükcə sidik kanalına maneçilik yaradır. Sidik kisəsi sidik ifrazı zamanı sidiyi lazım olan sürətdə çıxara bilmir sidik kisəsindən. Və bu aparat, bu müayinə bizə bu məlumatı verir. Yəni konkret olaraq göstərir ki, sürət nə qədərdir. Bu sürət 6-dan, 5-dən aşağıdırsa bu əməliyyata tam olaraq bir göstərişdir. Bu sürət 15-dən tutalım, 5-ə qədərdirsə, 5-ə, 6-ya qədərdirsə dərman müalicəsi edə bilərik bu qrup xəstələrə.
Prostat vəzin hiperplaziyasının dərmanla müalicəsi
Xəstələr bir şeyi bilməlidir ki, dərman müalicəsi xəstəliyi aradan qaldırmır, xəstəlik qalır, dərmanlar ancaq xəstəliyin nəticəsini çalışır aradan qaldırsın. Yəni ki, simptomatik müalicədir bu. Yəni ki, heç bir dərman yoxdur ki, prostat vəzini yenidən normal ölçüyə qaytarsın və bütün problemlər keçsin. Yəni ki, 80% -90% hallarda dərman müalicəsi, bu müvəqqəti effekt verir. Kimdə isə 3 ay, 4 ay, 5 ay, kimdə isə 1 il, 2 il… Yəni ki, özünü idarə eləyə bilir bu xəstələr. Amma geci-tezi bu xəstələr müalicənin, dərmanın effektini görməyəndə həkimə müraciət edib, xəstəliyi bir daha dəyərləndirib, bu xəstəyə əməliyyat növü seçmək olar.
Açıq və ya qapalı prostat əməliyyatı: TUR və Prostat adenektomiya
Əməliyyat növlərindən danışsaq, yəni ki, ən klassik üsullardan biri transuretral rezeksiya deyirlər, yəni ki, TUR əməliyyatı. Bu ən klassik və qızıl standart kimi sayılan bir əməliyyat növüdür. Sadə şəkildə olur, endoskopik olur, qapalı olur. Yəni ki, heç bir kəsik olmadan. Əslində xəstələr üçün çox yaxşı bir metoddur. Çünki, götürsək bir 15 il, 20 il bundan əvvəl, hətta çox uzağa getməyək, elə bir 10 il əvvəl açıq adenomaktomiya deyilən bir əməliyyat növü var idi. Əslində indi də var, indi də eləyən həkimlər də var. Bu qınamaq kimi çıxmasın. Çünki hər həkim nəyi bacarır, onu da eləyir. Təcrübəli həkim adenomaktomiya eliyirsə, nəticəsi əminəm ki, heç bir TUR əməliyyatından sonra olan nəticədən pis deyil. Belə deyək də, yəni ki, 21-ci əsirdə yaşayırıq və indi bütün cərrahiyyə, müalicə üsulları belə deyək, minimal invaziv şəklində gedirsə… “Minimal invaziv” yəni ki, az müdaxilə olan əməliyyatlar. TUR əməliyyatından sonra xəstə haradasa 3-4 gün xəstəxanada maksimum yata bilər. Qanaxması yox, qan itirmə demək olar ki, yoxdur. Yəni sadə keçir.
Müasir prostat vəzi əməliyyatları: HoLEP, ThuLEP, TUEB
Yeni müalicə üsullarından danışsaq, HOLEP əməliyyatı. Əslində HoLEP o deməkdir ki, holmium, yəni ki, “holmium” sözündən gəlir bu əməliyyatın adı. Ümumiyyətlə HoLEP oldu, ThuLEP oldu, TUEB oldu… Yəni bunun bir neçə variantları var. Əslində bu üç dənə əməliyyatın belə deyək də, nəzərdə tutulan həcmi əməliyyatın prostat vəzinin enkulyasiyası gedir. HoLEP, bu o deməkdir ki, holmium lazerlə olunur. ThuLEP, bu o deməkdir ki, thulium lazeri ilə olunur və TUEB, bu o deməkdir ki, bipolyar enkulyasiya olunur. Bəzi hallarda isə, marketinq kimi bir mövzu gedir. Məsələn, HOLEP yaxşıdır, ThuLEP yaxşıdır, bipolyar yaxşıdır… Belə deyək də, hər hansısa bir həkim, hansısa bir metodu öyrənibsə, onu yaxşı eliyirsə, fərqi yoxdur HOLEP oldu, ThuLEP oldu, Bipolyar oldu… Yəni, fərqi yoxdur. Nəticə xəstələrdə eynidir. Yəni ki, biz çalışmalıyıq ki, xəstənin həyat keyfiyyətini biz qaldırmalıyıq. Mütləq. Və hər əməliyyat nəticədə yəni, bizə bunu verir.
Alternativ metodlar: Sidik axarına stent qoyulması
Bəzi metodlar var hansı ki, bələ deyək, tədqiqatlarda öz yerini tapmayan metodlar var. Bəzi hallarda, yəni xəstələr tutalım eşidib “stent” nə deməkdir? Stent ümumiyyətlə, hansısa bir boru kimi düzəldilən bir materialdır. Hansısa bir ərazini genişləndirmək üçün yaradılıb.
Stent olur ürəkdə, damarlarda, sidik axarında… Yəni ki, çox yerdə olur. Yəni bu yeni bir müalicə metodlarından, üsullarından biri sayılır. Və urologiyanı götürsək, adenoma xəstəliyini götürsək, bir vaxt var idi ki, belə bir eksperimental metod var idi ki, sidik kanalına…
Çünki adenoma sidik kanalını sıxır, adenomaya, yəni ki, sidik kanalına stent qoyurdular. Amma bu metod öz yerini tapa bilmədi, stentlərin effekti çox müvəqqəti oldu.
Yenə də dediyim kimi, bu metod xəstəliyi aradan qaldırmır, ancaq müvəqqəti, çox müvəqqəti ola bilər: 1 ay, 2 ay maksimum o stent öz fəaliyyətini göstərsin. Yenə də dediyim kimi, xəstəlik davam edir və bir vaxtdan sonra o stenti sıxaraq yenə də o daralma əmələ gələcək.
Ablyasiya metodları var tutalım. Burada deməzdim ki, hansısa pisdir, hansı yaxşıdır…. Bu bir az düzgün deyil. Yəni hər bir xəstəyə individual olaraq yanaşmaq lazımdır və hər bir əməliyyata özünün göstərişi var.

Leave a Reply