Adətən erkən boşalmanın müalicəsində ancaq dərman üsullarından istifadə edirlər. Amma bir çox faiz hallarda başqa bir həlli yolu var. Bu isə, denervasiya prosedurudur.
Denervasiya proseduru əslində əməliyyatdır. Onun mənası nə deməkdir?
Erkən boşalma prosesində çox vaxt, belə deyək də, sinirlər “günahkar” olur və reseptorlar. Yəni ki, cinsiyyət orqanında olan reseptorlar daha həssas olur və sinirlərlə bu siqnalı çox tez şəkildə ötürürlər bizim sinir sistemimizə.
Denervasiya əməliyyatın məqsədi sinirlərdə olan həssaslığı azaltmaqdır. Bunun bir neçə variantları olur, necə olur.
Amma burada vacib bir məqam var ki, bu bütün erkən boşalma olan xəstələri üçün aid deyil. Deyim ki, 100% xəstələr üçün bu metod köməklik göstərəcək? Xeyr! Bu əməliyyat üçün düzgün xəstə seçmək lazımdır.
“Düzgün” dedikdə, yəni nəyi nəzərdə tuturam?
Bəzən erkən boşalmanın səbəblərindən biri hansısa psixoloji bir durum ola bilər. Psixoloji durumla olan xəstələrdə bu əməliyyatın heç bir effekti olmayacaq. Bu əməliyyatın effekti ancaq o xəstələrdədir ki, hansında ki, doğurdan da sırf cinsiyyət orqanında olan həssaslıq daha çoxdur, nəinki erkən boşalma olmayan adamda.
Bunu necə yoxlamaq olar?
Sadə bir variantı var.
Məsəl üçün, spreylər satılır. Keyləşdirici sprey, keyləşdirici qoruyucular… Əgər, bunu istifadə edərkən erkən boşalma olan xəstənin, kişinin – bunun cinsi əlaqəsi bir neçə dəfə artırsa, burada sinirlərin həssaslığı ilə bağlıdır bu məsələ və bu xəstədə bu əməliyyatın effekti olacaq.
Amma əgər, spreydən ya da ki, qoruyucudan istifadə edərkən heç bir effekt yoxdursa, bu xəstələrə bunun köməyi dəyməyəcək.
Ona görən bu məlumat erkən boşalma olan xəstələr üçün maraqlı olmalıdır ki, belə bir metod var.
Bu metod həyat keyfiyyətini qaldırır, problemi bir dəfəlik həll edir.

Leave a Reply