Ən tez-tez rastlaşdığım suallardan biri odur ki,
“Həkim, bəs mən nə vaxt müraciət etməli idim? Nə zaman?”
Burada birmənalı cavab yoxdur bu suala. Amma ümumiyyətlə götürsək, əgər sizdə bu 4 haldan hansısa biri varsa, mütləq siz uroloqa gözləmədən müraciət etməlisiz.
Böyrək nahiyəsində ağrı varsa
Birinci: əgər sizdə bel, ya böyrək nahiyəsində keçməyən ağrı varsa?!
Sidiyə gedərkən göynəmə, yandırma, qan varsa
İkincisi: əgər sizdə sidiyə gedəndə hansısa yandırma, göynəmə, hətta qan əlamətləri sidikdə varsa, hətta bir dəfə belə olsa belə, mütləq uroloqa müraciət edin.
PSA 4-dən yüksəkdirsə
Üçüncü: əgər sizdə PSA analizi yüksəlibsə?! Yüksəlmiş PSA analizi 4-dən artıq sayılır. 4-dən artıq olan PSA – bu normal PSA deyil.
40-50 yaşdan yuxarı kişilərdə sidiyə getmədə ləngimə varsa
Dördüncü: əgər 40-50 yaşından yuxarı olan kişilərdə sidik ifrazı zamanı ləngimə olursa, bu da bir siqnaldır ki, siz urolqa gedəsiz.
Vaxtında hər hansı xəstəliyin müalicəsi var
Ümumiyyətlə, belə götürsək, əgər bu 4 şikayətlərdən, dörd durumundan biri varsa sizdə, bu bir siqnaldır və siqnal bizə bir məlumat ötürür ki, siz mütləq uroloqa getməlisiniz. Bu şikayətlər hansısa bir cüzi səbəblərdən də ola bilər. Amma elə hallar olur ki, çox gecikmiş bir xəstəliklərin göstərici kimi şikayətlər olur. Ona görə, vaxtınızı itirməyin. Cünki vaxtında hər hansı bir xəstəliyin müalicəsi var.

Leave a Reply