Son bir ayda bir neçə xəstələrimiz olub, hansında ki, prostat xərçəngi aşkarlanıb. Amma bu xəstələrin PSA analizi normal olub.
Hansı səbəblərdən bu mümkün ola bilər?
Birincisi, statistikanı götürsək, belə halların faizi çox aşağıdır. Amma yenə də statistikada bununla biz rastlaşırıq.
Səbəbləri nədir?
PSA analizi – “prostat spesifik antigen” deməkdir və prostat vəzinin hüceyrələri ilə ifraz olunur bizim qan sistemimizə.
Qanda PSA hansı hallarda yüksəlir?
Hansı halda PSA artır?
Əlbəttə ki, onkoloji problemlərlə bağlı. Amma burda bəzi nüanslar var.
PSA-nı prostat vəzinin hüceyrələri ifraz eləyir. Amma prostat vəzidə olan onkoloji şişlər də bunu ifraz edir artıq şəkildə. Əgər bu törəmə qan damarına yaxındırsa, əlbəttə ki, bu ifraz olunacaq.
Amma bəzi hallarda bizdə belə bir neçə xəstə olub son bir ayda – PSA tam normal.
Tutalım, MRT-də yazırlar ki, şübhə var.
Ya rektal müayinə zamanı görünür ki, hansısa bir prostat vəzinin payı daha sərtdir və o halda PSA normal belə olsa, bu xəstəyə biopsiya olunur və belə bir şey aşkarlanır.
Əlbəttə ki, bütün kişilər 50 yaşından sonra heç olmasa ildə bir dəfə PSA analizi verməlidir. Bu mütləqdir. Amma belə bir hallar da olur ki, PSA normal ola-ola xəstədə prostat xərçəngi ola bilər.
Hətta bəzi variantlar var ki, prostat vəzi xərçənginin başqa bir növlər var, onlarda PSA-nın heç bir aidiyyəti yoxdur. PSA tam normal ola bilər, amma xəstədə xərçəng ola bilər.
Ən azından “yüngül” dediyimiz, yəni bir balaca skrininqlə başlamaq mütləq lazımdır 50 yaşından sonra.
Prostat vəzi xərçəngi skrininqi
“Skrininq” dediyimiz də PSA analizi, ultrasəs və mütləq uroloqun müayinəsi. Və əgər nəsə bir şübhə olanda isə, uroloq tərəfindən rektal müayinə aparmalıdır. Yəni prostat vəzinin sərt, ya yumşaq olmağına həkim tərəfindən mütləq baxılmalıdır.
Və əlbəttə ki, bu skrininq məsələsini deyirəm.
Və əgər sizdə hansısa bir sidiyə getmək şikayətiniz varsa, sidik ləngiməsi varsa, tez-tez gedir sidiyə, bu ilk siqnallardan biri ola bilər və buna ciddi nəzarət yetirmək lazımdır.
Total PSA və Sərbəst PSA
“Nəzarət” dediyimiz də burada bizim PSA analizimizin 2 növü var: “Total” və “Sərbəst”. Bir vaxtlar var idi ki, bir 10 il bundan qabaq ikisi də verilirdi bu analizin. Amma indi o qədər də informativ olmur. Ən azından skrininq şəklində. “Skrininq” – yəni ki, bir müayinə şəklində “Total PSA” yetərlidir.
Əgər “Total PSA”da nəsə bir şübhə olsa, ya başqa bir müayinə tərəfindən şübhə olsa, o halda “sərbəst” də verilə bilər. Amma əsas PSA analizi “Total PSA” dediyimizdir.
Hər PSA yüksəkliyi xərçəng demək deyil
Amma hər bir PSA-nın yüksəkliyi o demək deyil ki, sizdə birbaşa prostat xərçəngidir.
Bu nəyi bizə göstərə bilər?
Adətən PSA nədə yüksələ bilər?
- Xərçəngdə,
- iltihabda,
- bəzən cinsi əlaqədən sonra,
- prostat vəzin adenoma xəstəliyində.
Əlbəttə ki, ancaq uroloqun müayinəsi tam şəkildə bu suallara cavab verə bilər.

Leave a Reply