Böyrək genişlənməsi – hidronefrozun əlamətləri, yaranma səbəbləri və müalicəsi

Hidronefrozun iki variantı olur: kəskin yaranmış bir hidronefroz və xronik hidronefroz. 

Amma ümumi götürsək, hidronefrozun dörd dərəcəsi var. Bir, iki, üç, dörd. 

Birinci, ikinci dərəcəli hidronefroz geri qayıda bilən bir prosesdir. Yəni ki, bu hidronefrozu yaradan hansısa səbəb var və bunu aradan qaldırandan sonra böyrək öz fəaliyyətini tam şəkildə göstərə bilər. 

3 və 4 dediyimiz dərəcələr, bu o deməkdir ki, hidronefroz elə bir hala çatıb ki, böyrək öz funksiyasını tam şəkildə yerinə yetirmir çox güman ki. 

Böyrək genişlənməsinin səbəbləri

Hidronefrozun səbəbləri çox geniş ola bilər. 

Amma hidronefroz ümumiyyətlə nəyə görə yaranır? 

Əgər böyrəkdən sidik adekvat şəkildə çıxa bilmirsə və böyrəkdə qalır, böyrəyin içini tam doldurur… Böyrək isə, lorlu dildə desək, şişkin vəziyyətdə olur – buna hidronefroz deyirlər. 

Yaranma səbəbləri isə, cürbəcür variantlar ola bilər. Hansı ki, sidiyin çıxışına hansısa bir maneçilik yaradır. 

Bu daş ola bilər, darlıq ola bilər, hansısa xərçəng xəstəliyi ola bilər, anadangəlmə ola bilər… Yəni adətən bu ən tez-tez rastlaşdığımız səbəblərdən biridir. 

Böyrək genişlənməsinin müalicəsi

Əlbəttə ki, burda müalicə üsulu səbəbindən asılıdır. 

Əgər daşdırsa, deməli, daşı götürmək lazımdır. 

Əgər tutalım, darlıqdırsa, darlıqda o qədər də sadə deyil. Bəzən darlığı açmaq mümkündür Bəzən o darlığı biz ləğv etməliyik, kəsib-götürüb, təzədən tikməliyik bu sidik yolunu. 

Bəzən xərçəng olur. Tutalım, hansı xərçəng növlərində hidronefroz ola bilər? Uşaqlıq xərçəngi, ya uşaqlıq boynu xərçəngi və prostat xərçəngində və sidik kissəsi xərçəngində. Ən tez-tez rastlaşdığımız xərçənglər… Qalın bağırsaq xərçəngində də hidronefroz ola bilər. 

Böyrək genişlənməsinin əlamətləri

Hidronefrozun bir neçə həlli yolu var. Yuxarıda da qeyd etdiyim kimi, var kəskin və xronik hidronefrozlar. 

Kəskinlə xronikin arasında əsas fərq nədir? 

Kəskin, yəni kəskin yarandığına görə, xəstədə müəyyən simptomlar verir. Kəskin hidronefrozun ən tez-tez rastlaşdığımız şikayətlərindən bir neçəsi: bədən temperaturunun yüksəlməsi, ağrı – hidronefroz olan tərəfdə, üşütmə-titrətmə halları, bəzən sağ, ya sol tərəfdə bel nahiyəsinə ağrı vura bilər, qarın nahiyəsinə ağrı vura bilər… 

Yəni, ümumi belə götürsək, əgər bu simptomlardan hansısa varsa da, bu hidronefrozun nəyə görə xronik? Yəni ki, bu yavaş-yavaş yaranan bir prosesdir. Aylarla, illərlə gedən bir prosesdir. 

Əlbəttə ki, bu halda simptomlar bu qədər şiddətli olmur. Yüngül ağrı ola bilər, şişkinlik hissiyatı ola bilər o nahiyədə. Bəzən o üşütmə-titrətmə halları ola bilər və keçə bilər sonra. Kəskin ağrı da ola bilər, amma çox nadir hallarda olur. 

Bəzən xəstələr təsadüfən USM-ə gedirlər. Heç bir şikayəti yoxdur və aşkarlayırlar ki, bir böyrəkdə hidronefroz var. Bu məsələnin həlli səbəbindən asılıdır. 

Bəzən xəstələrə “nefrostoma‘ dediyimiz bir boru qoyulur böyrəyin içinə ki, böyrək öz fəaliyyətini bir azca bərpa eləsin və sonra hidronefrozun səbəbi həll olunsun. 

Bəzən böyrək elə bir vəziyyətə çatır ki, “Hidronifroz 4” dediyimizdə, bu o deməkdir ki, artıq çox güman ki, böyrəyin fəaliyyəti yoxdur və böyrək böyük bir kistaya bənzəyir. İçində sidik, divarları çox nazik. Bəzən xəstələr illərlə bununla yaşayır. 

Amma bunun bir dənə mənfi tərəfi var ki, bu vəziyyət saatlı bombaya bənzərdir. Nə vaxtsa bu anidən iltihablaşa bilər bu böyrək və həmin o dediyim hidronefroz, yəni ki, nazik divar, içi sidik – tez bir halda çirkli bir iltihaba çönə bilər. Bu vəziyyətdə artıq çox kəskin bir vəziyyət ola bilər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *