Kişilərdə gecə sidiyə qalxma şikayəti: səbəbləri və həlli yolları

Gecə vaxtı sidiyə durmaq şikayəti. – Hansı hallarda bu normal ola bilər? Hansı hallarda bu normal deyil və nəyin göstəricisi bu ola bilər? 

Bu problemi mən iki yerə bölərdim. Cavan xəstələrdə və bir azca yaşlı kişilərdə. Çünki çox güman ki, bu problemin səbəbləri bu 2 qrup xəstələrdə fərqlidir. 

Cavan kişilərdə gecə sidiyə qalxma şikayəti

Cavan adamları götürsək, müəyyən neyrogen simptomlar ola bilər, sidik kanalında darlıq ola bilər, cürbəcür variant ola bilər. Amma yaşlı adamlarda bu daha geniş bir problemdir. 

Adətən gecə ərzində bir dəfə durub sidiyə getmək bu normal bir haldır. Hətta 2 dəfə də normal ola bilər. 

Birincisi, bu nədən asılıdır? 

Sizin yatmağa getməmişdən əvvəl maye qəbulunuzdan asılıdır. 

Əgər siz yatmamışdan qabaq bir 3-4 stəkan çay içib, gedib yatırsınızsa, əlbəttə ki, bu normaldır. 

İkincisi, adətən gecə sidiyə durmaq bu tək bir şikayətlə olmur. Çox güman ki, sidiyin sürəti zəifləyir. Ümumiyyətlə, bu xəstələr tez-tez gedir tualetə. Tualetə gedəndən sonra hiss edir ki, elə bil tam axıra kimi getməyib tualetə. Bunlar hamısı bir-biri ilə yanaşı gedir bu şikayətlər. 

Buna da diqqət yetirsəniz lap yaxşı olar. 

Yaşlı kişilərdə gecə sidiyə qalxma şikayəti

Amma əgər hansısa bu simptomlardan biri varsa və sizin yaşınız 50-dən yuxarıdırsa, 45-dən yuxarıdırsa, bu prostat vəzinin adenomasının şikayətlərindən biridir. 

Prostat vəzinin adenoması nə deməkdir? Yəni ümumiyyətlə, nəyə görə bu problem yaranır? 

Ümumiyyətlə, insan anatomiyasında sidik kanalının anatomiyası elə bir vəziyyətdə qurulub ki, sidik kanalı prostat vəzinin içindən keçir. 

Prostat vəzidə ümumiyyətlə, 3 dənə xəstəlik ola bilər: iltihab, xərçəng və adenoma. Və bir xəstədə, bir prostat vəzidə üçü də ola bilər. 

Adenoma deməkdir ki, prostat vəzidə adenomatoz düyünlər var. Düyünlər demək olar ki, bütün kişilərdə yaranır. Kimdə isə çox kəskin şəkildə, kimdə isə o qədər də həyat keyfiyyətinə təsir etməyən şəkildə. 

Amma əgər bu düyünlər sidik kanalını sıxırsa, yəni sidik kanalında müəyyən darılıq yaranır. 

Bununla bağlı da ilk şikayət sidik ifrazının ləngiməsi ola bilər. Yəni zəifdir sürəti, haçalana bilər, müəyyən şikayətlər ola bilər. 

Düyünlər artdıqca da məsəl üçün, hər bir yarım saatdan, bir saatdan bir sidiyə getmələr olur. Bəzən də sidiyə gedərkən yandırma-göynəmə şikayəti də ola bilər. Bunlar hamısı prostat vəzinin adenomasının şikayətləridir. 

Prostat adenomasının müalicəsi

Bu xəstəliyi vaxtında müraciət eləyəndə həlli yolu var. 

Düzdür, əgər bu xəstəlik sidik kanalına çox ciddi şəkildə bir maneçilik yaradırsa, bunun sonu əməliyyatdır. Şikayətlər o qədər də ciddi deyilsə, bu vəziyyəti dərmanlarla idarə etmək olar. Amma əgər bu problemin tam həllindən danışırıqsa, burada artıq əməliyyat məsələsi gündəmə gəlir. 

Amma bu o demək deyil ki, bütün, kimdə adenoma var, buna əməliyyat lazımdır. Burada bir neçə kriterilər var ki, bunları nəzərə alsaq, biz deyə bilərik ki, bu xəstəyə əməliyyat lazımdır, dərman lazımdır? 

  1. Birincisi, prostat vəzinin ölçüsünə baxmalıyıq. 
  2. İkincisi, uroflometriya dediyimiz müayinədən istifadə edərək sidik ifrazının sürətinə və digər göstəricilərinə baxırıq… 
  3. Üçüncü, xəstədə “qalıq sidik” var, yoxsa yoxdur, ona baxırıq? Bəzi hallarda o qədər “qalıq sidik” qalır ki, böyrəklərdə də hidronefroz yaranır. Böyrəklərdən sidik süzülə bilmir. Əlbəttə ki, bu çox ağır bir vəziyyətdir. Amma belə vəziyyətlər olur. 

Adətən bax, bu göstəricilərə biz baxırıq və deyirik ki, bu xəstəyə hansı müdaxilə, yəni ki, konservativ, dərman müalicəsimi, yoxsa əməliyyat? 

Prostat ademonası əməliyyatı

Əgər əməliyyatdırsa, burada bir neçə variantlar var və hər bir variantın özünün mənfi və müsbət tərəfləri də var. 

Amma qızıl standart dediyimiz əməliyyat prostat vəzinin TUR əməliyyatıdır. Çoxdandan istifadə olunan bir üsuldur və yenə də dediyim kimi qızıl standartdır. Amma bu əməliyyat ümumi belə götürsək, 90 ml həcmində prostat vəziyə aiddir. 

Prostat vəzinin həcmi 90 ml-dən yuxarı olarsa, bu xəstələrdə ya HoLEP (holmium lazer enukleasiyası) əməliyyatı, ya da BipoLEP (bipolyar enukleasiya) əməliyyatı edirik. Bəzən də laparoskopik əməliyyat variantı olunur bu xəstələrdə. 

Bunların hər birinin müsbət və mənfi təsirləri var. 

Amma ümumi götürsək, bu xəstələrdə 3 aydan sonra, 6 aydan sonra heç bir fərq olmayacaq. Həyat keyfiyyəti bu xəstələrdə eyni cür olacaq. 

Amma hansı müalicə üsulu sizin üçün vacib və daha uyğundur, bunu ancaq sizə həkim deyə bilər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *