Böyrək mövzusunda danışanda xəstələr mənə belə suallar verirlər ki, “Duz nədir, daş nədir, kalsinat nədir?”
Ultarasəs müayinəsinin nəticəsində hər bir adam belə bir sözlər görə bilər: kalsinat, mikrokalsinat, duz, daş, konkrement…
Əslində bunlar hamısı bir xəstəliyin göstəricisi ola bilər. Bunların hamısının mənası “daş” deməkdir. “Kalsinat” da “daş” deməkdir, “duz” da, “kalsinat” da, “konkrement” də”daş” deməkdir…
Sadəcə əgər bunların yanında “mikro” sözü varsa, məsələn, “mikrokalsinat”… “Mikrokalsinat” dedikdə, ya “mikrolitiaz” – belə bir sözlər işlənilir. Bu nə deməkdir?
Ümumi sdik daşı xəstəliyini biz götürsək, daşları 2 yerə bölmək olar: xırda daşlar və böyük daşlar. “Mikrolitiaz”, ya “mikrokalsinat” dedikdə 5 mm-dən aşağı olan bir daşları nəzərdə tuturlar.
Əgər “daş” deyiriksə, bu, 5 mm-dən artıq olan daşları biz nəzərdə tuturuq.
“Mikrokalsinat” əslində çox vaxtı ultrasəs müayinə nəticəsində görünür. Buna çox da əhəmiyyət vermək lazım deyil. Çünki bəzən 1 mm, 2 mm olan mikrokalsinatlar, bu o demək deyil ki, bu daşdır.
Çox vaxt da belə bir şey olur ki, xəstə gəlir və deyir ki, “Mən 100% bilmək istəyirəm ki, bu doğurdan da balaca bir daşdırmı, yoxsa nə durumdur?” Biz xəstəyə kontrastsız tomoqrafiya məsləhət görürük.
Çünki kontrastsız tomoqrafiya daş mövzusunda 99% hallarda bütün suallara cavab verir. Yəni bu daşdır, yoxsa daş deyil? Əgər daşdırsa, bunun ölçüləri, sıxlığı və yerləşdiyi ərazi…
Bəzən olur ki, USM-də yazdıqları 1 mm, 2 mm kalsinatlar bu heç daş da deyil və böyrəyin, hansısa bir xüsusiyyəti USM-də, mikrokalsinata oxşaya bilən bir ərazi ola bilər. Amma tomoqrafiya bu suala tam cavab verir və bəzən 1 mm, 2 mm olan mikrokalsinatlar KT-də heç görünmür. Bu o deməkdir ki, heç onlar yoxdur.
Bu mövzuda çox da həssas olmaq lazım deyil. 5 mm-ə qədər nə tapılıbsa böyrəkdə, bu çox vaxtı nəzarət tələb edir.
Nəzarət də yəni 6 aydan bir, 1 ildən bir…
Və əgər 1 il ərzində bu daş tutalım, 5 idisə, olub 7 mm – bu o qədər də, yenə deyim, əhəmiyyətli deyil.
Amma tutalım, bu daş 5 mm idisə, bu oldu 15 mm – yəni, 1,5 cm daş oldu, bu o deməkdir ki, daş sürətli dərəcədə böyüyür və əgər bu daş sürətli şəkildə böyüyürsə, hansısa bir müdaxilə etməliyik bu daşa.
Amma yenə dediyim kimi, əgər ildə məsəl üçün, 2 mm, 1 mm böyüyən daş, bu o qədər də əhəmiyyətli deyil.
Bir də adətən daşın yerləşdiyi ərazi ən vacib olan məsələdir. Çünki sidik axarında olan daş bu əlbəttə ki, çox vacib bir məsələdir. 90% hallarda müdaxilə həmin momentdə lazımdır. Amma sırf böyrəyin içindədirsə, ləyəni nəzərdə tutmuram, bu halda bəzən orada nəzarət də eləmək olur. Yəni ki, nəzarət kifayətdir bu məsələdə.

Leave a Reply