hiperplaziya

Hiperplaziya “artıqlıq” ifadə edən hiper və “formalaşma” mənasına gələn plasis sözlərindən yaranıb, toxuma və orqanların ölçüsünün böyüməsi deməkdir.

Hipertrofiyadan fərqi burada böyümə hüceyrələrin böyüklüyündə yox, sayındakı artış hesabına olur.

Hüceyrələrin çoxalmaları, bunu stimullaşdıran faktor nəticəsində yaranır və stimulun kəsilməsi ilə çoxalma da dayanır və geriləyir.