Author: Dr.İlkin Göyüşov

  • adrenalektomiya

    Adrenalektomiya bir və ya hər iki böyrəküstü vəzinin cərrahi üsulla çıxarılması əməliyyatıdır.

    Adrenalektomiya əməliyyatı qapalı və ya açıq üsulla edilə bilər.

    Adətən böyrəküstü vəzi şiş xəstəlikləri zamanı adrenalektomiya əməliyyatı icra olunur.

  • Böyrəküstü vəzi törəmələri: növləri, müalicəsi 

    Böyrəküstü vəzidə olan törəmələr adətən 2 qrupa bölünür: xoşxassəli və bədxassəli törəmələr. 

    Haradasa 80 – 90% hallarda bu törəmələr xoşxassəli törəmələr olur. 

    Amma əsas sual budur ki, nə zaman biz bu törəmələrə hansısa bir müdaxilə etməliyik? 

    Böyrəküstü vəzində olan törəmələrə bir neçə halda müdaxilə etməliyik. 

    DAVAMI
  • aktiv müşahidə

    Aktiv müşahidə erkən mərhələdəki xəstəliklərdə (məs., aşağı riskli prostat xərçəngi) dərhal cərrahiyyə və ya şüa terapiyasına başlamaq əvəzinə, mütəmadi analiz (PSA, MRT, USM, biopsiya) və müayinələrlə xəstəliyi yaxından izləmə strategiyasıdır. Məqsəd yan təsirləri azaltmaq və həyat keyfiyyətini qorumaqdır; riskin artması müşahidə olunarsa, dərhal aktiv müalicəyə keçilir.

    Bu, təsadüfi “gözlə və gör” yanaşmasından fərqli olaraq, ciddi cədvəl əsasında aparılan planlı nəzarətdir.

  • Sidik kisəsi xərçənginin təkrarlamasının səbəbləri

    Bəzən belə bir hallar olur ki, xəstədə hansısa bir törəmə tapılır sidik kisəsində, tutaq ki, xırda bir törəmə, xəstə gedir uroloqun yanına, əməliyyat olunur, – endoskopik əməliyyat və lazım olan müalicə, dərman, belə bir şeylər… 3 aydan sonra təkrar, yenidən şiş yaranır. Yenə eləyir, yenə şiş yaranır… 

    DAVAMI
  • Varikosele “varsa”, əməliyyat olunmağa tələsməyin

    Xəstə gəlir, bilir ki, buna əməliyyat lazımdır və mən o xəstəni əməliyyat eləmirəm. Bu, hansı hallarda olur və nəyə görə olur? 

    Mənim ən tez-tez rastlaşdığım durumlar, hansında ki, mən xəstəyə deyirəm ki, “Sizə əməliyyat lazım deyil” bu, çox vaxtı varikosele xəstəliyində olur. 

    DAVAMI
  • nefrostoma

    “Nefro” – böyrək, “stoma” isə ağız və ya dəlik mənasına gəlir.

    Xüsusilə də hidronefroz zamanı ifraz olunan sidiyin bədəndən xaric edilməsi üçün xəstənin böyrəyinə qoyulan, sintetik materialdan hazırlanmış boruya nefrostoma deyilir.

    Urostomadan fərqli olaraq nefrostoma sidik kisəsinə yox, birbaşa bədəndən xaricə açılır.

  • PSA analizinin nəticəsi yüksək çıxdıqda qorxmalıyıqmı?

    Bu həftə ərzində bəlkə bir 5-6 xəstələrimiz olub ki, hansı ki, yüksəlmiş PSA ilə müraciət eləyirlər. 

    İlk sualları odur ki,

    “Həkim mənim həyatım bitdimi? Bu nədir? Bu nə xəstəlikdir? Xərçəngdir, xərçəng deyil?” 

    DAVAMI
  • hematuriya

    Hematuriya sidikdə qanın və ya eritrositlərin olmasına deyilir.

    Normalda sidikdə eritrosit olmamalıdır. Amma əgər varsa, eritrositlərin dəyişmiş və ya dəyişməmiş olmasına görə səbəbin yuxarı sidik yollarından (böyrək, sidik axarı), yoxsa aşağı sidik yollarından (sidik kisəsi, prostat vəzi, sidik kanalı) qaynaqlandığı haqqında danışmaq olar.

  • Nefrostoma nədir? Nə vaxt istifadə olunur?

    Nefrostoma nə deməkdir? 

    Nefrostoma 2 sözdən ibarətdir. “Nefro” – yəni ki, böyrək, “stoma” da bir çıxış yolu kimi qeyd eləyək. 

    Nefrostoma çox vaxt hidronefroz durumu olanda qoyulur və ümumiyyətlə, bu nədir? 

    DAVAMI
  • anuriya

    Anuriya (yunanca “an” inkar bildirir, “uron” isə “sidik” deməkdir) sidik kisəsinə sidiyin daxil olmaması və ya sutka ərzində 50 ml-dən az daxil olmasına deyilir.

    İnkişaf mexanizminə görə anuriya böyrəkdənkənar, böyrəklə bağlı və sidik yollarının mexaniki tutulması ilə əlaqədar olur.

    Anuriya zamanı təcili tədbirlər görülməsi tələb olunur.