Author: Dr.İlkin Göyüşov

  • Penil protez: cinsi həvəs, həssaslıq, sperma ifrazı

    Erektil disfunksiya – sərtləşmə probleminin həlli yollarından penil prozezlərlə bağlı paylaşımımıza müəyyən suallar gəldi: 

    “Penil protezi qoyulursa, bəs cinsi əlaqə zamanı cinsi əlaqədə olan həssaslıq, ya spermanın ifrazı olurmu, olmurmu və bu məsələlər necə olur bu xəstədə?” 

    DAVAMI
  • plasebo effekti

    Plasebo effekti xarici görünüşü və dadı dərmanı xatırladan, amma dərman olmayan bir maddəni (plasebonu) qəbul edərkən orqanizmdə müalicə effekti əldə olunmasına deyilir.

  • Erektil disfunksiya 4 – Penil protezlər

    Bəzən cəmiyyətdə oluram və orda uroloq yoxdur, məndən başlayırlar soruşmağa ki,

    “Həkim, bu… Siz bu cinsi zəiflik problemini son olaraq tutalım, dərmanla həll olunmursa, siz bunu nə ilə həll edirsiniz?” 

    “Penil protez” cavabını eşidəndə hamını gülmək tutur. 

    Əslində gülməli bir şey yoxdur. Bu, əslində ciddi bir məsələdir. 

    DAVAMI
  • multiparametrik MRT

    Multiparametrik MRT bir orqanın, xüsusən də prostat vəzin daha detallı və funksional məlumatlarını əldə etmək üçün bir neçə ayrı MRT texnikasını birləşdirən qabaqcıl bir görüntüləmə metodudur.

    Multiparametrik MRT ilə toxumanın quruluşu, hüceyrə sıxlığını və qan təchizatı analiz edilir. Nəticədə daha dəqiq diaqnostika ilə orqanda xərçəng varsa, yerini müəyyənləşdirmək mümkün olur və biopsiyaların qarşısını almaq olur.

  • Erektil disfunksiya 3 –  Cinsi maarifləndirmə

    Təəssüf ki, Azərbaycanda kişilərdə belə bir problem var ki, hansısa cinsi problem olanda ya bu məsələni çox gecikdirirlər və ondan sonra həkimə müraciət eləyirlər, ya da ki, ümumiyyətlə utanırlar kiməsə söyləməyə, danışmağa həkiməmi, yoldaşınamı: “Belə bir problemlər var”. 

    DAVAMI
  • Erektil disfunksiya 2 – Gənclərdə sərtləşmə problemi adətən psixolojidir

    Cavanlarla yaşlıların arasında erektil disfunksiyada əsas fərq nədir?

    Sonuncu yazımda qeyd etdiyim kimi, bu pasiyentlər əsasən 2 qrupa bölünür. 40 yaşına qədər və 40 yaşdan yuxarı kişilər. 

    Burada əsas fərq nədədir? 

    DAVAMI
  • Erektil disfunksiya 1 – Sərtləşmə probleminin səbəbləri, diaqnostikası və müalicəsi

    Erektil disfunksiyadan ilk olaraq xəstələrin fikirləşdiyi mövzu sərtləşmə ilə olan problemlərdir. Əslində bu düzgün bir düşüncədir. Problem sərtləşmədə olur və xəstələr bununla bağlı müraciət edir. 

    DAVAMI
  • PI-RADS

    PI-RADS (Prostate Imaging – Reporting and Data System) prostat xərçəngi ehtimalını qiymətləndirmək üçün Multiparametrik MRT ilə istifadə edilən standartlaşdırılmış təsnifat sistemidir:

    PI-RADS 1 – Çox aşağı risk
    PI-RADS 2 – Aşağı risk
    PI-RADS 3 – Orta risk
    PI-RADS 4 – Yüksək risk
    PI-RADS 5 – Çok yüksək risk

  • CASE: İki xərçəng bir adamda 

    Çox maraqlı xəstə idi. Nəyə görə? Çünki xəstədə birbaşa 2 dənə xərçəng xəstəliyi var idi. 

    Necə olmuşdu? Xəstə sidiyə gedəndə sidiyində qan var idi. Şikayətlərdən biri… 

    Uroloqa müraciət elədi. Müayinə olundu və böyrəyində, böyrəyin içində bir törəmə aşkarlandı. Sonra xəstə bizə göndərildi. 

    DAVAMI
  • Xaya və xaya artımı iltihabı: orxit və epididimit

    Latınca xaya “orchis” deməkdir. Xaya artımı isə epididymis. Xəstəliklər isə, epididimit və “orxit”. Yəni ki, bu iki orqanın iltihabı. 

    DAVAMI