Böyrək daşının ölçüsü azala bilərmi?

Xəstələr mənə suallar verir ki,

“Həkim, mənim böyrəyimdə, tutalım hansısa bir 9 mm-lik, 1 sm-lik daş var. Bunu əritmək mümkündürmü? Bu düşə bilərmi?”

Ən birinci sual bu olur.

Ya məsəl üçün tutaq ki, xəstə hansısa bir həkimdə USM elətdirib. USM yazıb: “9 mm”.

2-3 aydan sonra gedib başqa həkimdə USM elədirib. O yazıb: “6 mm”.

Yəni bu xəstədə bir az aldadıcı məsələlər yaradır. Xəstə elə bilir ki, onun daşı əriyib düşür yavaş-yavaş. Bəlkə də elə ola bilər.

Bu suallardan danışmaq istərdim.

Ümumi götürsək, deyəndə ki,

“Həkim, mənim böyrəyimdə xırda daş var. Biz bunu müəyyən dərmanlarla əridə bilərik, yoxsa yox?”

Əsasən də xırda daşlardan danışırıq. Çünki böyük daşları əritmək mümkün deyil demək olar ki. Əgər sizdə mərcanvari bir daş varsa da, yəni onunla əritmək mümkün deyil.

İkinci, əgər böyrəkdə xırda daşlar varsa?!.

“Xırda” mən nəyə deyirəm? Hardasa 10 mm-ə qədər olan daşdır.

Bunu başa düşmək lazımdır ki, daşı əritmək üçün siz ağızdan hansısa bir dərmanı qəbul edirsinizsə, onun o gedib sidiyə, böyrəyə təsir etmə vaxtımı deyim, müddətimi, ya faizimi… çox aşağıdır.

Ümumiyyətlə, daş əritmə məsələsini götürsək, daşı əritmək üçün 2 dənə effekt lazımdır.

Birincisi, sidiyin tərkibini dəyişmək. Əgər daş yaranırsa, deməli buna sidiyin tərkibində olan maddələr gətirib çıxardır.

İkincisi isə, biz gərək böyrəyin fəaliyyətini, ya süzülməsini artıraq.

Bu iki dənə effekt olanda, düzdür, bəzi hallarda daşlar düşə bilər.

Üçüncü nüans burada adamın və xəstənin anatomiyası ilə bağlıdır. Elə adamlar var ki, 1 sm-lik daşı özləri rahat düşürdürlər. Elə adamlar var ki, 3 mm-lik daşı yəni düşürdə bilmirlər və məcbursan onları əməliyyat eləyəsən.

Standart yanaşma əlbəttə ki olmalıdır.Amma burada müəyyən xüsusi yanaşma da olmalıdır xəstələrə.

Bir neçə növ daşlar var ki, onu əritmək mümkündür. Amma ümumi götürsək, hansından biz yaxşı effekt ala bilərik, bircə növ daşlar var. Ancaq onları biz əridə bilərik.

Onu da gərək sidiyin tərkibinə baxasan, aylarla müalicə eləyəsən… Yəni o sadə bir proses deyil.

Əgər siz elə bilirsinizsə, elə bitkili dərman içdim, mənim daşım əridi, töküldü. Yox, əriyə bilməz. Çox güman ki, əriməyəcək.

Amma o bitkili dərmanlar sidiyin süzmə sürətini artıra bilər və ona görə də daş tərpənə bilər. Və sizə elə gələr ki, bu daş əriyib düşür. Düşür, amma sadəcə başqa səbəblərə görə düşür.

Qısaca desək, biz hansısa daş əridici müalicə edəndə bu iki effekti əldə etməliyik.

Müəyyən xəstələr var ki, gəlirlər,

“Həkim, məndə, üç ay bundan qabaq daş var idi, indi isə yoxdur.”

Mən də deyirəm ki, lap yaxşı! Yoxdur? Yoxdur!

Amma müəyyən xəstələr var ki, USM keçirlər. USM göstərir daş var və bunu müalicə edirlər.

Mən xəstəni bir dənə KT-yə göndərirəm, tomoqrafiyaya. Gəlir ki, bir dənə də daş yoxdur.

Bu o demək deyil ki, ultrasəs müayinə, ya UZM həkimi, ya kimsə də pis baxır. Yəni səviyyə məsələsi var. Yox!

Ultrasəs müayinənin həssaslığı var böyrək daşlarında. Əlbəttə, 1 sm-lik, 2 sm-lik daşlarda həssaslığı çox yüksəkdir. Amma 5 mm-dən aşağı olan daşlarda həssaslıq düşür. Hər 1 mm daş balaca olduqca da həssaslıq düşür.

Bu o demək deyil ki, siz mütləq tomoqrafiya eləməlisiniz. Ya birbaşa sizdə şübhələniblərsə, qaçıb, tomoqrafiya eləməlisiz. Yox, belə deyil!

Ultrasəs müayinənin nəticəsinə baxırlar. Sidik analizinin nəticəsinə baxırlar və xəstənin şikayətlərinə baxırlar. Bunların hamısını nəzərə alaraq bir sonuc kimi xəstəyə hansısa müəyyən dərmanlar, müəyyən şeylər yazıla bilər və bu daşqovucu kimi effekt yarada bilər.

Amma çox suallar alıram ki,

“Məndə 5 mm, 6 mm, 3 mm daş var. Necə əridək, necə düşürdək?”

Yəni bu, bir az doğru deyil.

Yəni “doğru deyil” deyəndə əgər o daş sizə şikayət vermirsə, elə bir xırda daşdırsa, yəni normal həyat tərzi, normal qidalanma və su balansı gün ərzində… Və çox güman ki, o daşın özü düşüb gedəcək. Ya da əriyib özü düşüb gedə bilər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *