CASE: Buruna metastas verən böyrək xərçəngi

Pasiyentimiz 65 yaşlı kişi idi. Şikayəti ondan ibarət idi ki, nəfəs alanda burnunda nəsə çətinlik çəkirdi. Və bu çətinliklərlə bağlı LOR həkimə müraciət elədi. LOR həkim də xəstəni göndərdi Komputer Tomoqrafiyaya və gördülər ki, frontal sinusda, yəni ki, bu nahiyəsində, iç hissəsində bir polip var.

Həkim baxdı özü tomoqrafiyanın şəkillərinə. Şübhələndi ki, bu vizual olaraq burunda olan poliplərə oxşamır. Polipdən biopsiya götürdü, material götürdü, göndərdi laboratoriyaya.

Ordan belə bir cavab gəldi ki, böyrək hüceyrəli xərçəng xəstəliyi.

Böyrək hüceyrəli xərçəng xəstəliyi

Yəni bu nə deməkdir? Bu deməkdir ki, bu metastasdır. Bu, əsas xəstəlik deyil.

Sonra, müayinə zamanı xəstə artıq bizə göndərildi. Biz xəstəyə baxdıq və gördük ki, tomoqrafiya zamanı bunun böyrəyində böyük bir törəmə var.

Bu mövzu nəyə görə maraqlıdır ki, ilk dəfə mən gördüm ki, böyrəkdən burnun içinə metastas versin. Və mən araşdırmalara baxdım. Hələ ki, mən frontal sinusun içində metastas böyrəkdən görmədim. Və çox güman ki, biz bu mövzunu məqalə şəklində yəqin ki, yazarıq bunları.

Şiş tapıldısa, bütün bədən yoxlanılmalıdır

Əgər xəstədə hansısa bir nahiyəsində törəmə varsa da, bu o demək deyil ki, yəni bu ilk törəmədir. Bu ola bilsin ki, bu hüceyrələr başqa bir törəmədən gəlib düşüb bu nahiyəyə və orda da inkişaf edib.

Ona görə, əgər xəstədə hansısa bir onkoloji xəstəlikdən şübhələniriksə, əlbəttə ki, bütün bədən hansısa şəkildə: tomoqrafiya şəklində, PET tomoqrafiya şəklində yoxlanılmalıdır.

Bir əməliyyatda iki orqandan şiş çıxarıldı

Bu xəstəyə biz neylədik? Bu xəstəyə biz bir əməliyyat zamanı LOR həkim frontal sinusda olan törəməni götürdü tam olaraq və biz laparoskopik üsulla həmin o böyrəyi götürdük və iki gündən sonra xəstə rahat evə getdi.

Əkilməsi də gəldi ki, bunlar bir-birinə uyğun törəmələrdir. Və hal-hazırda xəstədə heç bir başqa orqanlarda metastas dediyimiz bir göstəricilər yoxdur.

Amma bu xəstələr uzun müddətli target terapiyası alırlar. Yəni bu kimyaterapiya deyil. Bu, el arasında akıllı ilaç dediyimiz bir dərman formasıdır və uzun illər bundan qəbul edib normal həyatını yaşaya bilər bu xəstə.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *