Gündəlik maye qəbulu və Ramazan ayı

Demək olar ki, hər gün xəstələr mənə bir sual verirlər ki, 

“Həkim, gün ərzində nə qədər maye mən qəbul etməliyəm?”

Bu suala konkret olaraq bir cavab yoxdur. Çünki bu moment xəstədən asılıdır. Yəni ki, sağlam adam desək, yəni ki, heç bir xəstəlikləri olmadan, bu adam gün ərzində təxminən 1-1.5 lt maye qəbul etməlidir.

Maye deyəndə də mən bütün mayeləri nəzərdə tutmuram. Tutalım var: su, çay… Buna maye demək olar. Çünki bunun ən böyük hissəsi sudan ibarətdir.

Başqa bir növ mayelər var: qazlı içkilər tutalım. Əsas da ki, Cola, Fanta… Yəni limonatlar. Burada bir az bu məsələ dəyişir. Nəyə görə? Çünki bu mayelərin tərkibində çoxlu miqdarda şəkər var. Yəni ki, bizim bağırsaq, mədə üçün bu bir gida kimi gedir. Çünki bunlar hamısı mədədən, bağırsaqdan sorulur və həmin halda da qanda şəkərin səviyyəsini artırır. Yəni ki, bu limonadları mən100% deyə bilmərəm ki, “Bu maye kimi qəbul olunur bizim bədəndən”.

Kofe içmək maye qəbulu sayılır?

Başqa mayelərdən danışsaq, əsas da ki, cavanlar arası kofe çox qəbul olunur. Kofe deyəndə mən yəni ki, kofeni “paraşok” vəziyyətində nəzərdə tutmuram. Kofe aparatlarında düzələn kofeni nəzərdə tuturam. Kofenin məsəl üçün bir az başqa bir təsiri var böyrəklərə və böyrək-sidik sisteminə.

Bəzi hallarda adam o kofeni qəbul edəndən sonra, tutaq ki, tualetə gedəndə sidikdən bir qoxu gələ bilər. Bundan qorxmaq lazım deyil. Bu normaldır.

Kofenin içində olan maddələr sidik sistemi üçün diuritik, yəni ki, sidikqovucu bir effekt verir. Burada bir şey var ki, yəni biz maye qəbulundan danışırıqsa, tutalım normal vəziyyətdə adam 1 litr-1.5 litr gün ərzində içməlidirsə və tutalım, çay və su sidikqovucu effekt vermir, amma kofe sidikqovucu effekt verir deyə, yəni ki, bir yandan siz kofeni içirsiniz, elə bilirsiniz maye qəbul eləmisiniz, amma bir yandan da böyrəklər daha da ekspress şəklində işləməyə başlayır (sidikqovucu effekt) və bu da bədəndən mayenin çıxmasına səbəb olur.

Ona görə burada yenə də o balansı saxlamaq lazımdır. Yəni kofe içirsinizsə, gün ərzində su da qəbul etməlisiniz ki, bu balansı saxlayasınız.

Təbii şirələr və bitki çayları içmək maye qəbulu sayılırmı?

Meyvə şirələri və kompotlar bunlar şəkərdən düzəldilmiş mayelərdir. Yəni ki, tərkibində çoxlu miqdarda şəkər var.

Bir növ mayelər də var: bitkilərdən düzəldilmiş çaylar. Əslində bitkidən düzəldilmiş mayelərin, çayların sidik sisteminə müsbət effekti var. Hətta bəzi hallarda xəstədə sidik sistemində hansısa bir xronik iltihab prosesi varsa, xəstə qəbul edə bilər bu çayları. Yəni ki, bunların mənfi tərəfi yoxdur. Onların da tərkibində sidikqovucu maddələr ola bilər. Hətta xəstəlik aktiv şəkildədirsə, bu, xəstə üçün lazımlı bir şeydir.

Maye qəbulu böyrəklərimiz üçün niyə vacibdir?

Xəstələr bir sual verir ki, 

“Maye qəbulu böyrək üçün nəyə görə vacibdir?”

Burada bircə dənə mexanizm var ki, maye qəbulu aşağı düşəndə yəni ki, adam gün ərzində az maye qəbul edəndə böyrəklərdə durğunluq yaranır və bu yenə də hansısa bir xəstəliklərə gətirib çıxarda bilər: Ya sidik daşı xəstəliyinə, ya hansısa bir xroniki iltihab prosesinə və s. Ona görə maye qəbulu çox önəmli və aktual bir sualdır.

Böyrək problemi olanlar oruc tuta biləmi?

Bu ay Ramazan ayıdır və yenə də maye qəbulu sualı aktual olur. Uroloji cəhətdən danışsaq, hər hansı bir adamda uroloji xəstəlik varsa, yəni ki, sidik daşı xəstəliyidirmi, ya hansısa bir böyrəkdə problemlər olanda bu qrup xəstə gün ərzində 1.5 litr-2 litr maye qəbul etməlidir.

Gün ərzində deyəndə, yəni ki, 1 saatın, 2 saatın, 3 saatın ərzində yox! Yəni 24 saat ərzində olunmalıdır ki, böyrəklərə çox da güc düşməsin. Ona görə əgər sizdə hansısa bir böyrək xəstəlikləri varsa, gün ərzində mütləq 1.5 litr -2 litr maye qəbul etməlisiniz.

Əsas da ki, sidik daşı xəstəliyi olan xəstələrdə. Çünki, onların böyrəklərində daşın yaranma səbəbi çox vaxtı durğunluqdur. Yəni ki, aktiv olmayan həyat tərzi ilə yanaşı az maye qəbul etməkdən də olur.

Bu xəstələrdə günün böyük hissəsində maye qəbul edilməyəndə onlarda daşların təkrar yaranma riski çox yüksəkdir.

Ramazanda maye qəbulu xüsusilə vacibdir

Əgər siz oruc tutursunuzsa və gündüz vaxtı maye qəbul etmirsinizsə, bu mayeni axşam vaxtı mütləq qəbul etməlisiniz. Burada balans məsələsi var. Siz bu balansı mütləq saxlamalısınız ki, 1 litr-1.5 litr sutka ərzində, gün ərzində maye qəbul edilməlidir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *